Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1934/2023 19.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya qurumu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-00931 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay bir uşağa sabit pul məbləğində 80 (səksən) manat olmaqla, üç uşağa görə cəmi 240 (iki yüz qırx) manat aliment pulunun onun xeyrinə Maraqlı şəxs tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə nikahlarını xx.xx.2009-cu il tarixdə rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə yaşadıqları müddətdə rəsmi nikahlarından üç nəfər xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Ailədə bir müddət mehriban olmuşlar. Sonradan aralarında olan münasibətlər pisləşmişdir. Bunun nəticəsində ayrılmışlar. Uşaqlar onun himayədədir. Ayrıldıqdan sonra nikahın pozulması və aliment tələbi ilə bağlı Mediasiya qrumuna müraciət etmişdir. Mediasiya prosesi zamanı Maraqlı şəxs ilə aralarında barışıq sazişi imzalanmışdır. Bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs uşaqların yetkinlik yaşınaq çatana kimi saxlanılması üçün bir uşağa görə 80 manat olmaqla, üç uşağa görə cəmi 240 manat aliment ödəməyə, alimentin ödənilməsinə hər ayın 20-dən başlayaraq ödəməyə razılaşmışlar. Lakin Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək bu günə kimi alimenti ödəməmişdir. Həmişə olduğu kimi cavabdeh bu dəfədə verdiyi sözə əməl etməyərək barışıq sazişinin şərtlərini yerinə yetirmir. Ona görə də, məhkəməyə müraciət etməyi qərara almışdır. O, azyaşlı uşaqlara görə heç bir yerdə işləyə bilmir, heç bir yerdən gəliri yoxdur, həm də ona münasib iş yoxdur. Üç nəfər azyaşlı uşaqları maddi cəhətdən təmin edə bilmir. Cavabdeh bir ata kimi uşaqlarına baxmağa onlara qayğı göstərməyə uşaqların maddi tələbatlarını təmin etməyə borcludur. Bu qanunun tələblərindən biridir. Odur ki, bütün sadaladıqlarımı nəzərə alıb məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 22 iyul 2009-cu il tarixdə Masallı rayon Türkoba ərazi nümayəndəliyində 26 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Fərzullayeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 03 avqust 2009-cu ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 09 noyabr 2014-cü ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 05 yanvar 2020-ci ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli, MŞL/MT014/2023-00931 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) Ərizəçi (ikinci tərəf) Maraqlı şəxsdur. Tərəflər xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 anası Ərizəçi yanında saxlanılmasına razılaşmışlar. İkinci tərəf Maraqlı şəxs Saziş imzalandıqdan sonra xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 80 manat olmaqla, üç uşağa görə 240 manat aliment pulunu Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Alimentin hesablanması 2023-cü ilin aprel ayının 20-dən başlayır və hər ayın 20-də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 20-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 10 may 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 17 aprel 2023-cü il tarixli, MŞL/MT014/2023-00931 nömrəli barışıq sazişi təsdiq edilsin. 20 aprel 2023-cü ildən başlayaraq Maraqlı şəxs 03 avqust 2009-cu il təvəllüdlü X3, 09 noyabr 2014-cü il təvəllüdlü X2 və 05 yanvar 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün 80 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1934/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1934/2023
19.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver