Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1935/2025 26.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilmiş işin halları: O, Maraqlı şəxs ilə el adəti qaydasında ailə qurmuş, nikahlarını xx.xx.2022-ci ildə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2022-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Əfruz uşağa baxmadığından və uşağın xərclərini qarşılamadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Əfruz ilə xx.xx.2025-ci ildə mediasiya prosesində MŞL/MT014/2025/MŞL-0477 saylı barışıq sazişi imzalamışlar. Cavabdehin aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs bir nəfər uşağın saxlanılması üçün hər ay 400 manat aliment ödəməyə razılaşmış və alimentin hesablanması aprel ayının 01-dən başlanmalıdır. Lakin Əfruz barışıq sazişi imzalanmasından bir neçə gün sonra demişdir ki, ona aliment ödəməyəcək və artıq bir aya yaxındır ki, alimenti ödəməkdən yayınır. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində MŞL/MT014/2025/MŞL-0477 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs bir nəfər uşağın saxlanılması hər ay 400 manat alimentin ondan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin tələbi: Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində MŞL/MT014/2025/MŞL- 0477 saylı barışıq sazişinin təsdiq edilməsi, alimentin tutulmasının xx.xx.2025-ci ildən hesablanmaqla, xx.xx.2022-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 400 manat alimentin maraqlı şəxsdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: MŞL/MT014/2025/MŞL-0477 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişində göstərilir: Maraqlı şəxs bu sazişi imzalamaqla tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2022ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 400 manat alimentin anası Ərizəçi ödənilməsinə öhdəlik götürmüşdür. Alimentin hesablanması 2025-ci ilin aprel ayının 01-dən başlamaqla, hər ayın 01-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsilə ödənilməlidir. Nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X2 nikahı xx.xx.2021-ci il tarixdə 564 sayla 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində qeydə alınmışdır. Doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2022-ci ildə anadan olmuşdur. Uşağın atası Maraqlı şəxs, anası Ərizəçidır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün 100 manat aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi xx.xx.2025-ci il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. MŞL/MT014/2025/MŞL-0477 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay uşağa görə 400 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq, Ərizəçi ödənilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-1935/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1935/2025
26.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver