Məhkəmə qərarları › İş №2(050)-1941/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1941/2023

06.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1941/2023 06.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X6 (sədrlik edən), məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə. Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qızı X3 16 may 1990-cı ildə Masallı şəhərində anadan olmuş və 06 fevral 2000-ci il tarixdə «ürək qüsuru» xəstəliyindən vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Nəzərova (Məlikova) Minayə Xeyrulla qızı xx xxxxxx 1963-cü il tarixdə Masallı rayonunun Dəmbəlov kəndində anadan olmuş və halhazırda Masallı şəhəri, C.Cabbarlı küçəsi ev 29, mənzil 2-də yaşayır. 06 fevral 1988-ci ildə Masallı şəhər sakini Şahid1 ilə ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövrdə xx.xx.1988-ci ildə X8, xx.xx.1990-cı ildə X3, xx.xx.1992-ci ildə X4, xx.xx.1997-ci ildə X7, xx.xx.2000-ci ildə X5 adlı 5 nəfər uşaqları olmuşdur. X3 16 may 1990-cı ildə doğulmuş, «ürək qüsuru» xəstəliyindən uzun müddət əziyyət çəkmiş və 06 fevral 2000-ci ildə həmin xəstəlikdən vəfat etmişdir. Lakin meyid daxili müayinə edilmədiyindən ölümün səbəbinə dair həkim rəyi verilməmişdir. Elə bu səbəbdən də bu ölümün qeydə alınma faktı mümkün olmamışdır. Odur ki, məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, ərizəçi onun arvadıdır. X3 06 fevral 2000-ci ildə xəstəlik səbəbindən Masallı şəhərində ölmüşdür. Mərhum Masallı rayonu Qəriblər kənd qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, ərizəçi onun qohumudur. X3 06 fevral 2000-ci ildə Masallı şəhərində ölmüşdür. Mərhum Masallı rayonu Qəriblər kənd qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X3 16 may 1990-cı ildə Masallı rayonunda anadan olmuşdur. Atası Şahid1, anası Ərizəçidır. İş materiallarında olan Masallı rayon mənzil istismar idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 200 nömrəli arayışda qeyd olunmuşdur ki, 16 may 1990-cı il təvəllüdlü X3 06 fevral 2000-ci ildə ölmüş və Masallı rayonu Qəriblər kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə verilmiş 05/Q-1609 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müraciətə əsasən müvafiq illər ərzində yoxlama aparılmış və X1 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında şəhadətnamə ölüm haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatının aparılması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. İş materiallarında olan Masallı rayon Mərkəzi Xəstəxanası “Publik Hüquqi şəxsi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, PŞH-6-60/2-52/2023 nömrəli arayışda qeyd olunmuşdur ki, 2000-ci il tarixdə vəfat etmiş X1 adına Masallı MRX PHŞ-nə ölüm aktı üçün müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1 və 8.2-ci bəndlərinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X1 06 fevral 1990-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadəsi ilə tam sübuta yetirilir. Ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir. Odur ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 16 may 1990-cı ildə Masallı rayonunda doğulmuş X1 06 fevral 2000-ci ildə Masallı şəhərində ölməsi faktı müəyyən edilsin. Müvafiq qeydiyyatın aparılması üçün qətnamənin surəti Maraqlı şəxsnə rəsmi qaydada göndərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar