Məhkəmə qərarları › İş №2(050)-1958/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1958/2024

18.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1958/2024 18.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə, Masallı rayon məhkəməsinin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum oğlu 05 sentyabr 2008-ci il təvəllüdlü X1 09 iyul 2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu, 05 sentyabr 2008-ci il təvəllüdlü X3 09 iyul 2023-cü il tarixdə vəfat edərək, kənd qəbristanlığında dəfn olunmuşdur. Bu faktı bütün qohumlar və qonşular təsdiq edə bilərlər. Lakin ölümün səbəbinə dair tibbi akt tərtib edilməmiş, bu səbəbdən də ölümün qeydiyyatı mümkün olmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Masallı regional Maraqlı şəxsndə Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçi övladı Nurlan Novruzov “İstisu” adlanan ərazidə çimən zaman boğularaq vəfat etmişdir. O, Masallı rayon, Təzə Alvadı kənd qəbristanlığında dəfn edilmişdir. Nurlanın ölüm tarixini dəqiq xatırlamır. Mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçi övladı Nurlan Novruzov “İstisu” adlanan ərazidə çimən zaman boğularaq vəfat etmişdir. O, Masallı rayon, Təzə Alvadı kənd qəbristanlığında dəfn edilmişdir. Nurlanın ölüm tarixini dəqiq xatırlamır. Mərhumun yas mərasimində iştirak etmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 05 sentyabr 2008-ci ildə, Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuşdur. Masallı rayon Təzə Alvadı kənd inzibati ərazi nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatdadır və yaşayır. “Masallı Rayon Mərkəzi Xəstəxanasının” PHŞ-nin 16 may 2024-cü il tarixli arayışından görünür ki, X3 barəsində “Masallı Rayon Mərkəzi Xəstəxanasının” PHŞ-nə ölüm aktı üçün müraciət daxil olmamışdır. Masallı rayon Qeydiyyat Şöbəsinin “ölümün qeydə alınması ilə bağlı ərizənin qəbulundan imtina” barədə rəydən məlum olur ki, ölüm faktını təsdiq edən tibbi sənəd qeydiyyat üçün təqdim edilmədiyindən, şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, 05 sentyabr 2008-ci ildə doğulmuş X3 09 iyul 2023-cü il tarixdə vəfat etmiş və Masallı rayonu Təzə Alvadı kənd qəbristanlığında dəfn olunmuşdur. Lakin mərhum Nurlan Novruzovun ölümü barəsində tibbi sənəd verilmədiyindən, müvafiq həkim rəyi verilməmiş, bu səbəbdən ölüm akt qeydi aparılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 05 sentyabr 2008-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində anadan olmuş X1 09 iyul 2023-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar