Məhkəmə qərarları › İş №2(050)-1966/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1966/2023

22.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1966/2023 22.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs ilə aralarında olan barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 18 aprel 2023-cü ildə mediasiya prosesində bağladıqları MŞL/MT014/2023-00942 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs 19 mart 2006-cı il təvəllüdlü X6, 21 avqust 2007-ci il təvəllüdlü X4 və 22 sentyabr 2016-cı il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, üç uşağa görə 240 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə ilə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə X6, X4 və X5 oğlu adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra İlham uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılamadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. İlhamla 18 aprel 2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023-00942 saylı barışıq sazişi imzalanmışlar. Cavadehin işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs üç nəfər uşaqların saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, üç uşağa görə cəmi 240 manat alimenti ona ödəyəcəkdir. Lakin, İlham barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Odur ki, Maraqlı şəxs ilə 18 aprel 2023-cü il ildə mediasiya prosessində bağladıqları MŞL/MT014/2023-00942 saylı barışıq sazinin təsdiq edilməsi, Maraqlı şəxs üç nəfər uşaqların saxlanılması hər ay hər bir uşağa görə 80 manat, iki uşağa görə cəmi 240 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, tərəflər məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında Masallı rayon İHB-nin Təzə Alvadı kənd icra nümayəndəliyi tərəfindən bağlanmış 27 avqust 2007-ci il tarixli 78 saylı nikah qeydi vardır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 19 mart 2006-cı ildə X6, 21 avqust 2007-ci ildə X4 və 22 sentyabr 2016-cı ildə X5 adlı uşaqları doğulmuşdur. 18 aprel 2023-cü il tarixli, MŞL/MT014/2023-00942 nömrəli barışıq sazişindən görünür ki, tərəflər 19 mart 2006-cı il təvəllüdlü X6, 21 avqust 2007-ci il təvəllüdlü X4 və 22 sentyabr 2016-cı il təvəllüdlü X2 anası Ərizəçi yanında saxlanılmsına razılaşmışlar. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra 19 mart 2006-cı il təvəllüdlü X6, 21 avqust 2007-ci il təvəllüdlü X4 və 22 sentyabr 2016-cı il təvəllüdlü X5 adlı uşalqarın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər bir uşağa görə 80 manat, üç uşaqa görə cəmi 240 manat aliment pulunu Ərizəçi ödəməsinə öhdəlik götürür. Alimentin köçürülməsi hər ayın 25-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəyəcəkdir. Barışıq sazişi 18 aprel 2023-cü il tarixdən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişinin bir hissəsi qanuna ziddir. Belə ki, ərizəçinin ərizəsində nikahının xx.xx.2007-ci ildə rəsmiləşdirilməsi qeyd edilmişdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2007-ci il təvəllüdlü X3 atalığı müəyyən edilməmişdir. Belə olan halda atalığı müəyyən olunmayan uşağa görə Maraqlı şəxs alimentin tutulması ilə bağlı bağlanmış barışıq sazişi qanuna ziddir və barışıq sazişinin həmin hissədə təsdiq edilməsindən imtina edilməlidir. Barışıq sazişinin qalan hissəsinin təsdiq edilməsi təsdiq edilməsindən imtina edilən hissədən ayrılması mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişinin tərəflərin birgə nikahından doğulmuş X6 və X5 adlı uşaqları hissəsində tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi olan Maraqlı şəxs 25 aprel 2023-cü ildən başlamaqla müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfi olan Ərizəçi ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, barışıq sazişi qismən təsdiq edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. 18 aprel 2023-cü il tarixli, MŞL/MT014/2023-00942 nömrəli barışıq sazişi qismən təsdiq edilsin. 19 mart 2006-cı il təvəllüdlü X6 və 22 sentyabr 2016-cı il təvəllüdlü X5 anaları Ərizəçi yanında qalmaqla, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altımış) manat sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. 18 aprel 2023-cü il tarixli, MŞL/MT014/2023-00942 nömrəli barışıq sazişinin X1 21 avqust 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment tutulub Ərizəçi verilməsi hissəsində təsdiq edilməsindən imtina edilsin. Alimentin tutulması 25 aprel 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar