Məhkəmə qərarları › İş №2(050)-1978/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1978/2025

15.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1978/2025 15.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında videoçəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilən işin halları: Ərizəçi, xx xxxx 1959-cu ildə Masallı rayon Təzə-Alvadı kəndində anadan olmuşdur, halhazırda Masallı rayon Ləngan kəndində yaşayır. Onunla bir evdə yaşayan xx.xx.1975-ci il təvəllüdlü baldızı X4 xx.xx.1997-ci il tarixdə Masallı rayon Ləngan kəndində ürək tutmasından vəfat etmiş və Masallı rayon Ləngan kənd qəbirstanlığında dəfn olunmuşdur. Lakin ölümün səbəbinə dair tibbi akt tərtib edilməmiş, bu səbəbdən də ölümün qeydiyyatı mümkün olmamışdır. Mərhum baldızının meyiti müayinə olunmadığından bu barədə müvafiq qeydiyyat aparılmamışdır. Nəticədə onun ölümünün qeydə alınması başqa yolla mümkün deyildir. Qanunvericiliyin tələblərinə əsasən belə olan halda həmin faktı məhkəmə müəyyən edə bilər. Bu faktı bütün qohumlar, qonşular təsdiq edə bilər. Bunu kəndin mollası da təsdiq edə bilər. Lakin baldızı X3 doğum haqqında şəhadətnamə verilsə də ölməsi barədə heç bir yerdə qeydiyyat aparılmamışdır. Masallı regional "ASAN xidmət mərkəzində Qeydiyyat Şöbəsinə 09 dekabr 2024-cü il tarixdə ərizə ilə vəfat etmiş baldızı X2 ölüm haqqında aktının ona verilməsini tələb etməyinə baxmayaraq Masallı regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsindən ölüm haqqında akt qeydinin ona verilməsini mümkünsüz hesab edilməsi barədə imtina məktubu verərək, ona bu barədə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Odur ki, hazırki ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçinin tələbi: X2 xx.xx.1997-ci il tarixdə Masallı rayonu Ləngan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin mövqeyi: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, mərhum baldızı X2 xx.xx.1997-ci il tarixdə Masallı rayonu Ləngan kəndində xx.xx.1997-ci il tarixdə Masallı rayonu Ləngan kəndində ev şəraitində vəfat etməsini, həmin vaxt onun ölümü ilə bağlı rəsmi sənədləşmə aparılmadığını bildirdi. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun sayır. Şahid ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, ərizəçi onun qardaşının yoldaşıdır. X6 bacısı olmuşdur. o, xx.xx.1997-ci ildə yaşadığı evdə ürək tutmasından ölmüşdür. Mərhum bacısı subay olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, ərizəçi onun qardaşının yoldaşıdır. X6 bacısı olmuşdur. O, xx.xx.1997-ci ildə yaşadığı Masallı rayonu Ləngan kəndində ev şəraitində ürək tutmasından ölmüşdür. Dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, ərizəçi onun əmisi yoldaşıdır, X6 bibisi olmuşdur. Bibisi xx.xx.1997-ci il tarixdə Masallı rayonu, Ləngan kəndində yaşadığı evdə ürək tutmasından vəfat etmişdir. Dəfndə iştirak etmişdir. İş materiallarında olan: Doğum haqqında arayışdan görünür ki, X4 xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. X5, anası X13r. Doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. X5, anası X13r. Nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X9 nikahı haqqında xx.xx.1990cı il tarixdə 25 №-li akt qeydi tərtib edilmişdir. Nikah haqqında arayışdan görünür ki, X15 ilə X11 nikahı haqqında 12 yanvar 1967-ci il tarixdə 02 №-li akt qeydi tərtib edilmişdir. Ölüm haqqında arayışdan görünür ki, X15 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Ölüm haqqında arayışdan görünür ki, X17 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Masallı Rayon “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyət aktları üzrə yoxlama aparılmış və ölüm faktının müəyyən edilməsi haqqında akt qeydi aşkar olunmamışdır. Masallı RİHB-nin Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 386 saylı arayışından görünür ki, Ərizəçi mərhum baldızı X1 rayonu Ləngan kəndində yaşamış, xx.xx.1997-ci ildə vəfat etmiş və Ləngan kənd qəbiristanlığında dəfn olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1-ci maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Həmin qaydanın 8.5-ci maddəsinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını, işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, xx.xx.1975-ci ildə doğulmuş X4 xx.xx.1997-ci il tarixdə vəfat etmiş, lakin onun ölümü barəsində tibbi sənəd verilmədiyindən, müvafiq həkim rəyi verilməmiş, bu səbəbdən ölüm akt qeydi aparılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mərhumun ölüm akt qeydinin aparılması məhkəmə tərəfindən ölüm faktı müəyyən olunmadan mümkün deyil, odur ki, ərizə təmin edilməli, X2 xx.xx.1997-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1975-ci ildə doğulmuş X2 xx.xx.1997-ci il tarixdə Masallı rayonu Ləngan kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) tərəflər Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar