Məhkəmə qərarları › İş №2(050)-1979/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1979/2025

29.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1979/2025 29.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində bağladıqları MŞM/MT036/2025-00289 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs birgə nikahlarından olan uşaqları 09 iyul 2017-ci il təvəllüdlü X4, 29 sentyabr 2019-cu il təvəllüdlü X1 və 27 iyul 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 250 manat, yəni ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.625 misli həddində olmaqla cəmi 750 manat onun xeyrinə aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə nikahlarını 30 dekabr 2010-cu il tarixdə Masallı rayon Qeydiyyat Şöbəsində rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə yaşadıqları dövrdə 09 iyul 2017-ci il təvəllüdlü Hadızadə Leyla, 29 sentyabr 2019-cu il təvəllüdlü Hadızadə Toğrul və 27 iyul 2022-ci il təvəllüdlü Hadızadə Tuncay adlı 3 uşaqları olmuşdur. Əvəllər mehriban olsalar da, sonradan aralarında narazılıqlar yaranmış və Maraqlı şəxs uşaqların saxlanmasına köməklik etmədiyindən bununla bağlı Mediasiya Şurasına müraciət etmişdir. Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində MŞM/MT036/2025-00289 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə birgə nikahlarından anadan olmuş yuxarıda adı çəkilən uşaqlar onun yanında saxlanılmalı və Maraqlı şəxs həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 250 manat, yəni ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.625 misli həddində olmaqla cəmi 750 manat alimenti ona ödəməli, alimentin köçürülməsi aprel ayın 15-dən başlayaraq hər ayın 15-dək nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödənilməli idi. Lakin Maraqlı şəxs barışıq sazişini aprel ayının 14-də imzalamasına baxmayaraq həmin sazişin şərtlərinə əməl etməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində bağladıqları MŞM/MT036/2025-00289 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: doğum haqqında şəhadətnamələrdən görünür ki, 09 iyul 2017-ci il təvəllüdlü X4, 29 sentyabr 2019-cu il təvəllüdlü X1 və 27 iyul 2022-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X3 arasında 30 dekabr 2010-cu il tarixdə Masallı Rayon Qeydiyyat şöbəsində nikah bağlanmış, bu barədə 597 saylı qeyd var və nikah bağlandıqdan sonra ərə (arvada) Hadıyev (a) soyadı verilmişdir. 14 aprel 2025-ci il tarixli, MŞM/MT036/2025-00289 saylı barışıq sazişindən görünür ki, 09 iyul 2017-ci il təvəllüdlü X4, 29 sentyabr 2019-cu il təvəllüdlü X1 və 27 iyul 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə 250 manat məbləğində alimenti Maraqlı şəxs 15 aprel 2025-ci il tarixdən başlayaraq gələn hər növbəti ayın 15-nə kimi cəmi 750 manat məbləğində alimenti nağd, poçt və ya bank köçürməsi yolu ilə Ərizəçi ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq 19 may 2025-ci il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 14 aprel 2025-ci il tarixli, MŞM/MT036/2025-00289 saylı barışıq sazişi təsdiq edilsin. 15 aprel 2025-ci ildən başlayaraq Maraqlı şəxs 09 iyul 2017-ci il təvəllüdlü X4, 29 sentyabr 2019-cu il təvəllüdlü X1 və 27 iyul 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 250 manat (minimum əmək haqqının 0.625 misli), üç uşağa görə 750 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar