Məhkəmə qərarları › İş №2(050)-1992/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1992/2023

25.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1992/2023 25.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə. Ərizəçi Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X4 və 28 oktyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 80 manat, cəmi 320 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə el adəti ilə toy etməklə ailə həyatı qurmuş, yaşadığları müddət ərzində Sevanə, Nuranə, Gülay, Fatimə adlı dörd uşaqları olmuşdur. Uşaqlar onun yanındadır. Mediasiya prosesi zamanı Maraqlı şəxs ilə aralarında barışıq sazişi imzalanıb. Bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün dörd uşağa görə cəmi 320 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT 014/2023-00450 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X8 20 aprel 2007-ci ildə, X9 xx.xx.2009-cu ildə, X12 xx.xx.2015-ci ildə, X10 xx.xx.2020-ci ildə doğulmuşlar. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, 20 aprel 2007-ci il təvəllüdlü X2 atası Maraqlı şəxsdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞL/ MT014/2023-00450 nömrəli Barışıq Sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X4 və 28 oktyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 80 manat, cəmi 320 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. İkinci tərəf Maraqlı şəxs uşaqların anaları Ərizəçi yanında saxlanılmalarına icazə vermişdir. Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs xx.xx.2007-ci təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X7 həftənin istənilən günləri görməsinə icazə vermişdir . Alimentin köçürülməsi hər ayın 01-də gün ərzində nağd qaydada, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 09 mart 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixli, MŞL/ MT014/2023-00450 nömrəli barışıq sazişi təsdiq edilsin. 20 aprel 2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və 26 avqust 2015-ci il təvəllüdlü X4 və 28 oktyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 80 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Alimentin tutulması 01mart 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar