Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2015/2025 02.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə 22 noyabr 2023-cü ildə mediasiya prosesində bağladıqları barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 21 sentyabr 2005-ci il tarixdə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuş, nikahlarını 24 iyun 2011-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlardan 06 iyun 2011-ci il təvəllüdlü X5 və 05 yanvar 2018-ci il təvəllüdlü X4 doğulmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Maraqlı şəxs uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. 22 noyabr 2023-cü il tarixdə mediasiya prosesində MŞM/MT/036/2023-00224 saylı barışıq sazişi imzalamışlar. Cavabdehin başqa yerdən qeyri-rəsmi gəlirləri olduğundan onunla barışıq sazişi bağlayan vaxt belə razılığa gəlmişlər ki, Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ay bir uşağa görə 80 (səksən) manat, iki uşağa görə cəmi 160 (bir yüz altmış) manat alimenti ona ödəyəcəkdir. Lakin Maraqlı şəxs barışıq sazişi imzaladığdan dörd ay ərzində 160 manat ödəmişdir, ondan sonra sazişini icra etməkdən yayınmışdır. Odur ki, Maraqlı şəxs ilə 22 noyabr 2023-cü ildə mediasiya prosesində saylı MŞM/MT/036/2023- 00224 saylı barışıq sazişinin təsdiq edilməsi, 06 iyun 2011-ci il təvəllüdlü X3 və 05 yanvar 2018-ci il təvəllüdlü X1 üçün 2024-cü ilin mart ayından başlayaraq hər ay hər uşağa 80 (səksən) manat iki uşağa görə cəmi 160 (bir yüz altmış) manat ondan alınaraq ərizəçiyə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: MŞM/MT/036/2023-00224 saylı 22 noyabr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, Tərəflər 21 sentyabr 2005-ci ildə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar və 24 iyun 2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Bu nikahdan iki uşaq doğulmuşdur: 1) 06 iyun 2011-ci il təvəllüdlü X5 və 05 yanvar 2018-ci il təvəllüdlü X4. Son dövrlərdə Tərəflər arasındakı ailədaxili münasibətlər pozulduğuna görə, Ərizəçi aralannda bağlanmış nikahın pozulması və aliment təyin edilməsi mübahisəsi üzrə ilkin mediasıya sessiyasının keçirilməsi üçün mediasiyaya müraciət etmişdir. 22 noyabr 2023-cü il tarixdə Tərəflərlə həmin mübahisə üzrə ilkin imediasiya sessiyası keçirildi və Tərəflər tam mediasiyaya keçmək barədə qərar qəbul etdilər. Tam mediasiya prosesi zamanı Tərəflər nikahın davam etdirilməsi barədə razılığa gəlmədilər. Lakin uşaqların ananın yanında saxlanmaqla aliment təyin edilməsi mübahisəsini həll edərək, aşağıdakı şərt daxilində razılığa gəldilər: Tərəflərin birgə uşaqlan X5 və X4 anaları Ərizəçi yanında saxlanılır; Hər bir uşaq üçün 80 (səksən) manat sabit məbləğdə aliment müəyyən edilir; X5 və X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cari ilin dekabr ayının 15-dən başlayaraq, gələn hər ayın 15-dək hər bir uşaq üçün 80 (səksən) manat olmaqla cəmi 160 (yüz altmış) manat məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80 (səksən) manat cəmi 160 (bir yüz altmış) manat məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 22 noyabr 2023-cü il tarixli, MŞM/MT/036/2023-00224 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “X3 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2023-cü ilin dekabr ayının 15-dən başlayaraq, gələn hər ayın 15-dək hər bir uşaq üçün 80 (səksən) manat olmaqla cəmi 160 (yüz altmış) manat məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilir” hissəsində təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 22 noyabr 2023-cü il tarixli, MŞM/MT/036/2023-00224 nömrəli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “X3 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2023-cü ilin dekabr ayının 15-dən başlayaraq, gələn hər ayın 15-dək hər bir uşaq üçün 80 (səksən) manat olmaqla cəmi 160 (yüz altmış) manat məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilir” Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №2(050)-2015/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2015/2025
02.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver