Məhkəmə qərarları › İş №2(050)-2025/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2025/2023

26.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2025/2023 26.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə arasında bağlanmış xx.xx.2023-ci ildə mediasiya prosesində MŞL/MTO14/2023-00806 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2009-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X10 adlı uşaqların yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, üç uşağa görə 240 manat məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə faktiki nikaha girərək ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2007-ci ildə X5, xx.xx.2009-ci ildə X8 və xx.xx.2011-ci ildə X10 adlı üç nəfər uşaqları olmuşdur. Bir müddət yaşdıqdan sonra ayrılmışlar. Ayrıldıqdan sonra Aslan uşaqlara baxmamış və uşaqların xərclərini qarşılmamışdır. Aslan hazırda işləyir və aylıq gəliri vardır. Aslanla xx.xx.2023-ci ildə mediasiya prosesində MŞL/MTO14/2023-00806 saylı banşıq sazişi imzalamışdır. Barışıq sazişinə görə Maraqlı şəxs üç nəfər uşağın saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, üç uşağa görə cəmi 240 manat məbləğində aliment pulunu ona ödəyəcəkdi. Alimentin ödənilməsini isə hər aym 01-də edəcəkdi. Lakin Maraqlı şəxs ilə barışıq sazişi imzaladıqdan sonra xəbər göndərmişdir ki, imkanı çatdığı qədər aliment ödəyəcəkdir. Halbuki, Aslan barışıq sazişi imzalayanda hər ay 80 manat məbləğində aliment verəcəyini söz vermişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-ci ildə mediasiya prosesində MŞL/MT014/2023-00806 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X2 arasında 17 dekabr 2007-ci il tarixdə Masallı RİHB-nin Həsənli ərazi üzrə nümayəndəliyində 50 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Vəlişova soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, X5 30 sentyabr 2007-ci ildə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, X8 06 mart 2009-ci ildə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, X10 14 aprel 2011-ci ildə anadan olmuşdur. İşdə olan atalığın müəyyən edilməsi haqqında arayışdan görünür ki, Maraqlı şəxs 30 sentyabr 2007-ci il tarixdə Ərizəçi doğulmuş X3 atası hesab edilmiş və xx.xx.2023-cü ildə 209 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 06 aprel 2023-cü il tarixli, MŞL/MT014/2023 MŞL 00806 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) Ərizəçi (ikinci tərəf) Maraqlı şəxsdur. Tərəflər Maraqlı şəxs və Ərizəçi xx.xx.2007-ci il tarixli nikahın davam etdirilməsinə razı olmamışlar. Tərəflər xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2009-ci il təvəllüdlü X8 və xx.xx.2011-cu il təvəllüdlü X6 anası Ərizəçi yanında saxlanılmasına razılaşdılar. İkinci tərəf Vəlişov X1 imzaladıqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2009-ci il təvəllüdlü X8 və xx.xx.2011-cu il təvəllüdlü X10 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, üç uşağa görə 240 manat aliment pulunu Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Alimentin köçürülməsi hər ayın 01-də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 16 may 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 06 aprel 2023-cü il tarixli, MŞL/MT014/2023 MŞL 00806 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 may 2023-cü ildən başlayaraq Maraqlı şəxs 30 sentyabr 2007-ci il təvəllüdlü X3, 06 mart 2009-ci il təvəllüdlü X4 və 14 aprel 2011-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar