Məhkəmə qərarları › İş №2(050)-206/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-206/2025

17.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-206/2025 17.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Masallı rayon Qeydiyyat Şöbəsində 501 nömrəli nikah qeydə alınmışdır. Birgə nikahdan övladları olmamışdır. Cavabdeh ilə evləndikdən sonra ilk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuş və aralarında tez-tez mübahisələr baş vermişdir. Artıq uzun müddətdir ki, bir yerdə yaşamırlar və birgə təsərrüfatı idarə etmirlər. Bundan sonra ər-arvad kimi birgə yaşamaqları və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. Hər ikisi faktki olaraq ayrı-ayrı ünvanlarda yaşayırlar. Bu səbəbdən hesab edir ki, xx.xx.2015-ci il tarixdə Masallı rayon Qeydiyyat Şöbəsində bağlanmış 501 nömrəli nikahları məhkəmə qaydasında pozulmalıdır. Həmçinin iddiaçıya məxsus cehiz əşyaları və sənədlər cavabdehlə yaşadıqları Masallı rayon, Sərçuvar kəndindəki evdə qalmışdır. Cavabdeh həmin əşyaları bugünkü günə kimi ona geri qaytarmamışdır. Həmin cehiz əşyaları və sənədlər aşağıdakılardır: Masallı rayonu, Sərçuvar kəndində yerləşən maraqlı şəxs Cavabdeh yaşadığı evdə dəyəri 2200 manat olan mətbəx mebeli, dəyəri 5200 manat olan qonaq dəsti, (qorka, kamot) yataq dəsti (dolab, taxt, termo, oturacaq, tumboçka 2 ədəd), stol 1 ədəd-stul 8 ədəd, künc divan, dəyəri 280 manat olan çıl-çıraq 5 ədəd, dəyəri 300 manat olan pərdə, dəyəri 100 manat olan taxt üstü dəsti 1 ədəd, dəyəri 200 manat olan xrustal (dəst), dəyəri 850 manat olan soyuducu indezit 1 ədəd, dəyəri 650 manat olan paltaryuyan LG 8 kq 1 ədəd, dəyəri 600 manat olan televizor LG 1 ədəd, dəyəri 300 manat olan qaz, moyka, aspirator, dəyəri 120 manat olan tozsovuran 1 ədəd, dəyəri 70 manat olan ət çəkən maşın elektriklə 1 ədəd, dəyəri 40 manat olan sok çəkən maşın 1 ədəd, dəyəri 80 manat olan elektrik somavar 1 ədəd, dəyəri 380 manat olan nahar dəsti, bakal 6 ədəd, xrustal ləpə qabı 2 ədəd, xrustal meyvə qabı 2 ədəd, konfet qabı 2 ədəd, tort qabı qapaqlı 1 ədəd, kampot qabı dəsti 7 ədəd, dəyəri 1200 manat olan xalça (böyük) 2 ədəd, dəyəri 300 manat olan xalça (orta) 1 ədəd, dəyəri 150 manat olan xalça (balaca) 3 ədəd, dəyəri 350 manat olan döşək 5 ədəd, dəyəri 150 manat olan yorğan 5 ədəd, dəyəri 120 manat olan balış (sadə) 12 ədəd, dəyəri 24 manat olan balış (quş tükü) 2 ədəd, dəyəri 80 manat olan ədyal (buxovu) 2 ədəd, dəyəri 50 manat olan ədyal (sadə) 5 ədəd, dəyəri 60 manat olan döşəkcə 12 ədəd, dəyəri 650 manat olan mətbəx, stol 2 ədəd, stul 8 ədəd, dəyəri 450 manat olan kompüter 1 ədəd, X1 1 ədəd diplomu; xarici pasport 1 ədəd, Dərsliklər - 10 ədəd; Bədii kitablar - 5 ədəd; Vinetka və şəkillər; ayaqqabılar və paltarlar. İddiaçının tələbi: Onunla Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Masallı rayon Qeydiyyat Şöbəsində bağlanmış 501 nömrəli nikahın pozulması, iddia ərizəsinin məzmununda qeyd edilən cehiz əşyaları, geyim və sənədlərin cavabdehdən alınaraq ona verilməsi, cehiz əşyaları aşkar edilməzsə onların dəyəri olan 16387 manat pul məbləğinin, 190 manat dövlət rüsumunun və 60 manat ödədiyi mediasiya xərcinin Cavabdeh alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-3080/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və cehiz və digər əmlakın qaytarılması” tələblərindən “cehiz və digər əmlakın qaytarılması” tələbi ayrı icraata ayrılmış və həmin tələbə ayrı icraatda baxılması, ayrı icraata ayrılmış “cehiz və digər əmlakın qaytarılması” tələbinə dair mülki işə yeni daxil olma nömrəsi verilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, icra məmuru tərəfindən tərtib edilmiş aktla tanış olmuşdur. Həmin aktda qeyd edilənlərə etirazı yoxdur. Odur ki, iddia tələbinin tərtib edilmiş aktda göstərilmiş əmlaklar hissəsində təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Lakin əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi iddia tələbini qismən qəbul etdiyini, cehiz əmlakların geri qaytarılmasına etiraz etmədiklərini, lakin tərəflərin birgə yaşayışı müddətində bəzi əşyaların sınması, zədələnməsi və s. kimi halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: İş materiallarında olan Masallı rayon icra və probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 16(050)-21/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar əmlakların olduğu evdə olmuşlar. Aparılmış icra tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, əmlaklardan 6 ədəd sadə balış, 2 ədəd sadə ədyal, kompüter 1 ədəd, diplom (X1), 1 ədəd xarici pasport, 10 ədəd dərslik, bədii kitablar, vinetka və şəkillər, ayaqqabılar, paltarlardan başqa digər bütün əmlaklar tam işlək vəziyyətdə yerindədir. Göstərilən əmlakların üzərinə həbs qoyulmuşdur. Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00671 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən, tərəflər arasında razılıq əldə edilməmişdir. 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 190 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.4. mülkiyyətin toxunulmazlığı Mülki qanunvericiliyin prinsiplərindəndir. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-cil tarixli Qərarında qeyd edilir ki; Məhz əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn və ya öhdəliyin ümumi əmlak siyahısından çıxarılması üçün bu hal qanunda birbaşa nəzərdə tutulmalıdır. Ər-arvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında göstərilmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; İşə baxan məhkəmənin mövqeyi: Mülki işə məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçıya toy mərasimi zamanı cehiz əmlakları hədiyyə edilmişdir. Qeyd edilən əmlakları gəlin köçərkən hazırda cavabdehin yaşadığı evə aparmışdır və həmin əşyaların geri qaytarılmasını tələb edir. Məhkəmə tərəfindən işin halları araşdırılarkən Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 16(050)-21/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli akt üzrə qeydə alınmış əşyaların siyahısı ilə məhkəmə iclasında iddiaçı tərəf tanış edilmiş, iddiaçının nümayəndəsi və vəkili aktda qeyd edilmiş əskik əşyalara görə hazırda mübahisə olmadığını, digər əşyaların cavabdehdən alınaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə əvvəlki məhkəmə iclaslarında cavabdeh tərəfin iddiaya münasibəti öyrənilmiş, cavabdeh tərəf əşyaların qaytarılmasına etiraz etmədiyini, lakin qətnamə qəbul edilərkən birgə yaşayış zamanı bəzi əşyaların sınması, zədələnməsi və ya sıradan çıxması hallarının mövcudluğunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 190 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Masallı rayon icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda göstərilən dəyəri 2200 manat olan mətbəx mebeli, dəyəri 5200 manat olan Mebel qonaq dəsti, (qorka, kamot) yataq dəsti (dolab, taxt, termo, oturacaq, tumboçka 2 ədəd), stol 1 ədəd, stul 8 ədəd, künc divan, dəyəri 280 manat olan çıl-çıraq 5 ədəd, dəyəri 300 manat olan pərdə, dəyəri 100 manat olan taxt üstü dəsti 1 ədəd, dəyəri 200 manat olan xrustal (dəst), dəyəri 850 manat olan soyuducu indezit 1 ədəd, dəyəri 650 manat olan paltaryuyan LG 8 kq 1 ədəd, dəyəri 600 manat olan televizor LG 1 ədəd, dəyəri 300 manat olan qaz, moyka, aspirator, dəyəri 120 manat olan tozsovuran 1 ədəd, dəyəri 70 manat olan ət çəkən maşın elektriklə 1 ədəd, dəyəri 40 manat olan sok çəkən maşın 1 ədəd, dəyəri 80 manat olan elektrik somavar 1 ədəd, dəyəri 380 manat olan nahar dəsti, bakal 6 ədəd, xrustal ləpə qabı 2 ədəd, xrustal meyvə qabı 2 ədəd, konfet qabı 2 ədəd, tort qabı qapaqlı 1 ədəd, kampot qabı dəsti 7 ədəd, dəyəri 1200 manat olan xalça (böyük) 2 ədəd, dəyəri 300 manat olan xalça (orta) 1 ədəd, dəyəri 150 manat olan xalça (balaca) 3 ədəd, dəyəri 350 manat olan döşək 5 ədəd, dəyəri 150 manat olan yorğan 5 ədəd, dəyəri 120 manat olan balış (sadə) 6 ədəd, dəyəri 24 manat olan balış (quş tükü) 2 ədəd, dəyəri 80 manat olan ədyal (buxovu) 2 ədəd, dəyəri 50 manat olan ədyal (sadə) 3 ədəd, dəyəri 60 manat olan döşəkcə 12 ədəd, dəyəri 650 manat olan mətbəx, stol 2 ədəd, stul 8 ədəd alınaraq, İddiaçı verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 190 (bir yüz doxsan) manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar