Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2074/2023 30.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət oğlunun katibliyi ilə. Ərizəçi X7 maralı şəxs Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X14 ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay üç uşağa görə cəmi 240 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə el adəti ilə toy etməklə ailə həyatı qurmuş, Nikahlarını xx.xx.2014-cü ildə Masallı RİHB-nin Bədəlan ərazi nümayəndəliyində rəsmləşdirmişlər. Birgə yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Yaşadığları müddət ərzində xx.xx.2014-cü ildə X5, xx.xx.2017-ci ildə X8 və 09.10. 2021-ci ildə X9 adlı uşaqları olmuşdur. Cavabdeh ərinin təqsiri üzündən ayrılmışlar və bu səbəbdən nikahlarının pozulması barədə məhkəməyə müraciət etmişdir. Uşaqlar onun yanındadır. Ayrıldığları zaman Maraqlı şəxs ilə alimentin ödənilməsi barədə razılığa gəlmişlər, lakin sonradan Maraqlı şəxs aralarında olan razılığı pozulduğundan aliment tələbi ilə bağlı mediasiya qurumuna müraciət etmişdir. Mediasiya prosesi zamanı Maraqlı şəxs ilə aralarında barışıq sazişi imzalanıb. Bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün üç uşağa görə cəmi 240 manat aliment ödəməyi, alimentin ödənilməsinə hər ayın 01-dən başlanaraq ödəməyə razılaşmışlar. Lakin Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetiməyərək alimenti ödəməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi X11 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 xx.xx.2014-cü ildə, X8 xx.xx.2017-ci ildə, X6 xx.xx.2021-ci ildə doğulmuşlar. Uşaqların atası Maraqlı şəxs, anası X12r. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X1 atası Maraqlı şəxsdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-01000 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci) X14 və (ikinci) Maraqlı şəxs faktiki nikaha girərək ailə qurmuşdur. İkinci tərəf Maraqlı şəxs etiraf etmiş ki, xx.xx.2014-cü il təvəllüdlü X10 onun övladıdır. Tərəflər xx.xx.2014-cü il təvəllüdlü X4, 27.06.217-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 anaları X7 yanında saxlanılmasına razıdır. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2014-cü təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X13 və xx.xx.2021-ci il təvəllüdlü X9 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 90 manat üç uşağa görə 240 manat aliment pulunu Ərizəçi ödəməsinə öhdəlik götürmüşdür. Alimentin köçürülməsi hər ayın 01-də gün ərzində nağd qaydada, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 09 mart 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-01000 nömrəli barışıq sazişi təsdiq edilsin. xx.xx.2014-cü il təvəllüdlü X4, 27.06.217-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 90 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq X11 ödənilsin. Alimentin tutulması 01 may 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2074/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2074/2023
30.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver