Məhkəmə qərarları › İş №2(050)-2087/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2087/2025

30.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2087/2025 30.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı il tarixdə anadan olmuş qardaşı X5 xx.xx.1997-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, ərizəçi xx.xx.1999-cu ildə Masallı rayonunda anadan olmuş və hal-hazırda yuxarıdakı ünvanda qeydiyyatda olmaqla yaşayır. xx.xx.1996-cı ildə anadan olmuş X10 onun qardaşıdır. Qardaşı xx.xx.1997-ci il tarixdə ölmüşdür. Valideynləri el adəti qaydasında qardaşı X6 Masallı şəhər qəbristanlığında dəfn etmişlər (nənəsinin qəbrində). Onun ölməsini və həmin qəbristanlığında dəfn edilməsini şahidlər və ərizəyə əlavə edilmiş sənədlər təsdiq edir. Qardaşı rəhmətə getdiyi zaman onun ölümü ilə bağlı müvafiq olaraq tibb orqanlarına məlumat verilməmişdir və tibbi şəhadətnamə verilməmişdir. Göstərilən faktın təsdiq edilməsinə dair sənəd verən yeganə orqan tibbi rəy olmadığına görə həmin sənədin verilməsindən imtina etdiyindən qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmirlər. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda ölüm haqqında sənəd bir çox sənədləşmə işlərində onlara lazımdır. X2 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Ölüm faktı vərəsəlik üzrə miras əmlaklarında payların müəyyən edilməsi məqsədi ilə təsdiq edilməlidir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” X3 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ərizəçi əmisidir. Onun xx.xx.1996-cı il tarixdə anadan olmuş qardaşı X10 xx.xx.1997-ci il tarixdə ölmüşdür. Onun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ərizəçi qonşusudur. xx.xx.1996-cı il tarixdə anadan olmuş qardaşı X10 xx.xx.1997-ci il tarixdə ölmüşdür. Onun yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1999-cu il təvəllüdlü Ərizəçi atası X9, X2dır. doğum haqqında arayışdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X5 atası ----- Xalit Mahmud oğlu, X2dır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür. “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 05 aprel 2025-ci il tarixli, 18-1-60/2-Ə-42-175/2025 nömrəli arayışdan görünür ki, X5 ölməsi barədə Masallı MRX PHŞ-də hər-hansı bir məlumat aşkar olunmamışdır. Masallı Regional “ASAN Xidmət” X3 rəyindən görünür ki, Ərizəçi vəfat etmiş qardaşı X5 ölümünün qeydə alınmasından imtina edilmişdir. İşin halları ilə müəyyən olunur ki, X1 şəhərində 17 iyun 1996-cı ildə doğulmuş, 15 noyabr 1997-ci il tarixdə vəfat etmiş və şəhər qəbirastanlıqda dəfn olunmuşdur. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə cıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X5 15 noyabr 1997-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, 17 iyun 1996-cı il tarixdə anadan olmuş X5 15 noyabr 1997-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 17 iyun 1996-cı il tarixdə anadan olmuş X5 15 noyabr 1997-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar