Məhkəmə qərarları › İş №2(050)-2126/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2126/2023

02.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2126/2023 02.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-/MŞL 01049 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, iki uşağa görə 160 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə faktiki nikaha girərək ailə qurmuşlar. Nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Bir müddət yaşadıqdan sonra ayrılmışlar. Ayrıldıqdan sonra qarşı tərəf uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Mediasıya prosesində MŞL/MT014/2023-/MŞL 01049 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, iki uşağa görə 160 manat aliment ödəməlidir. Alimentin ödənilməsini isə hər ayın 10-da icra etməli idi. Lakin cavabdeh barışıq sazişi imzaladıqları vaxtdan aliment ödəməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağladıqları MŞL/MT014/2023-/MŞL 01049 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İş materiallarında olan: Atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 anası Ərizəçi, atası Maraqlı şəxsdur. xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-/MŞL 01049 saylı barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi hər ay bir uşağa görə 80 manat, iki uşağa görə 160 manat aliment pulun Ərizəçi ödəmək barədə öhdəlik götürmüşdür. Alimentin köçürülməsi hər ayın 10-da gün ərzində nağd qaydada, köçürmə yolu ilə poçt və ya bank vasitəsi ilə ödəyəcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi 2023-cü ilin may ayının 10-dan başalayaraq hər ayın 10-da müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq xx.xx.2023-cü il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. qət etdi: xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-/MŞL 01049 saylı barışıq sazişi təsdiq edilsin. 10 may 2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, iki uşağa görə 160 manat sabit pul məbləğində aliment tutulub Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar