Məhkəmə qərarları › İş №2(050)-2136/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2136/2024

13.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2136/2024 13.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Lakin ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin baxılmamış saxlayaraq, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının vəsatəti təmin edilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması” adlanan 170-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər (170.1). Həmçinin, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmçinin, Ərizəçi tərəfindən "xxxx" ASC vasitəsi ilə ödənilmiş (xx.xx.2024-cü il tarixli, terminal nömrəsi K0100272, əməliyyat İD 496053462, GPP qəbz nömrəsi **********, büdcə səviyyə kodu 142213) 100 manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 170.1, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair xüsusi icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən "xxxx" ASC vasitəsi ilə ödənilmiş (xx.xx.2024-cü il tarixli, terminal nömrəsi K0100272, əməliyyat İD 496053462, GPP qəbz nömrəsi **********, büdcə səviyyə kodu 142213) 100 manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar