Məhkəmə qərarları › İş №2(050)-2140/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2140/2024

20.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2140/2024 20.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qızı X2 01 aprel 2001-ci il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Masallı rayonu, Ərkivan qəsəbəsində anadan olmaqla, hazırda həmin qəsəbədə yaşayır. X5 ilə 1979-cu ildə rəsmi nikaha daxil olub evlənmiş və onların birgə nikahdan üç oğlan və bir qız övladları anadan olmuşdur. xx.xx.1990-cı il təvəllüdlü X6 adlı uşaqları 01 aprel 2001-ci il tarixdə avtoqəza nəticəsində vəfat etmiş və Ərkivan qəsəbəsi, Zeynoba küçəsində yerləşən kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt mərhum əri Mirzəzakir Dadaşov kənd icra nümayəndəsi işləməsinə baxmayarq hadisənin şokunda olduğu üçün övladının ölümü haqqında qeydiyyat aparmamışdır. Övladının ölmünü təsdiq edən şahidləri və məzar daşı vardır. Eyni zamanda ərazi nümayəndəliyi tərəfindən verilmiş arayışda övladının 2001-ci ildə ölməsi təsdiq olunur. Odur ki, məhkəmədən mərhum qızı X2 01 aprel 2001-ci ildə Masallı rayonu, Ərkivan qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. Ərizəçinin mərhum qızı Röya Dadaşova 01 aprel 2001-ci il tarixdə avtoqəza nəticəsində ölmüş və onu Masallı rayonu, Ərkivan qəsəbə qəbirstanlığında el adəti ilə dəfn etmişlər. O da bacısı qızı Röyanın dəfn və hüzr mərasimlərində iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində X4 şahid X7 ilə eyni məzmunlu ifadə verdi. İş materillarına əlavə edilmiş; -Masallı regional “ASAN xidmət” Qeydiyyat şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, X1 vəfat etmiş X2 ölmünün qeydə alınması barədə ərizəsinin qəbulundan imtina edilmiş, bu barədə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. -Masallı RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 29 may 2024-cü il tarixli, 814 saylı arayışdan görünür ki, X6 01 aprel 2001-ci il tarixdə Masallı rayonu Ərkivan qəsəbəsində vəfat etmiş, Zeynoba küçəsindəki kənd qəbiristanlığında dəfn olunmuşdur. -Nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə X8 arasında nikah qeydi 09 iyun 1979-cu ildə Masallı rayon Ərkivan kənd ərazi nümayəndəliyində 11 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. -Masallı regional “ASAN xidmət” Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X5 ilə X3 birgə nikahdan 25 aprel 1990-cı ildə X6 adlı uşaqları anadan olmuşdur. -Məzar daşının foto şəkilindən görünür ki, X6 25 aprel 1990-cı ildə anadan olmuş və 01 aprel 2001-ci ildə ölmüşdür. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, ərizəçinin mərhum qızı X6 25 aprel 1990-cı ildə anadan olmuş və 01 aprel 2001-ci ildə avtoqəza nəticəsində vəfat edərək Masallı rayonu, Ərkivan qəsəbəsi, Zeynoba küçəsindəki qəbirstanlıqda dəfn edilmişdir. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilmədiyi üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinin tələbinə görə şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə 25 aprel 1990-cı ildə anadan olmuş X2 01 aprel 2001ci ildə Masallı rayonu, Ərkivan qəsəbəsində ölüm faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307.2.3, 308, 315.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 25 aprel 1990-cı ildə anadan olmuş X2 01 aprel 2001-ci ildə Masallı rayonu, Ərkivan qəsəbəsində ölüm faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına X2 ölməsi barədə qeyd etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar