Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2152/2023 21.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə, Masallı rayon məhkəməsinin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi oğlu məhkəməyə ərizə ilə müraciət edərək mərhum nənəsi X5 01 noyabr 2008-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Mən, Ərizəçi xx xxxxx 1992-ci il tarixdə Masallı şəhərində anadan olmuşam. Anası X3 rayonunda 23 iyun 2003-cü il tarixdə vəfat etmişdir. X2 onun nənəsidir. O, 01 noyabr 2008-ci il tarixd Masallı rayonunda vəfat etmişdir. Qeyd edir ki, nənəsini Azərbaycan Respublikası ərazisind Masallı rayonu, Masallı şəhər qəbirstanlığında dəfn etmişlər. Bütün bunları şahidlərin də təsdiq edə bilərlər. Bildirir ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Masallı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 027 saylı qərarı ilə 0.19 hektar həyətyanı torpaq sahəsi mərhum nənəsi X5 mülkiyyətinə verilmişdir. Sözü gedən torpaq sahəsi o da daxil olmaqla 5 nəfər ailə üzvü ilə birlikdə mərhum nənəsi X5 mülkiyyətinə verilmişdir. Halhazırda həmin torpa sahəsinin sənədləşmə işlərini aparmaq üçün nənəsinin ölüm haqqında şəhadətnaməsinin alınmasına zərurət yaranmışdır. Müvafiq qaydada Masallı rayonu Qeydiyyat şöbəsinə nənəsinin ölüm qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmişdir Lakin Maraqlı şəxsndən ona 13 may 2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyinə görə ölümü dövlət qeydiyyatının aparılması mümkün deyildir. Həmçinin məktubla ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, nənəsinin xəstə olduğundan vəfat etməsini, həmin vaxt onun ölümü ilə bağlı rəsmi sənədləşmə aparılmadığını, ona görə də ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun sayır. Masallı RİHBA-nın Masallı şəhər İƏDÜN-nin arayışından görünür ki, X1 şəhəri, H.Əliyev pr ev 9-ünvanında yaşamış və 01 noyabr 2008-ci ildə vəfat etmişdir. Masallı RMX-nin 15 may 2023-cü il tarixli arayışından görünür ki, 01 noyabr 2008-ci ildə vəfat etmiş X6 barəsində “Masallı RMX” PHŞ-nə ölüm aktı üçün müraciət daxil olmamışdır. İşdə olan Maraqlı şəxs 13 may 2023-cü il tarixli, 3-16-5/8-212-2023 saylı məktubdan məlum olur ki, ölüm faktını təsdiq edən tibbi sənəd qeydiyyat üçün təqdim edilməyindən, şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məhkəmə ərizəçinin izahatını işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, X6 01 noyabr 2008-ci il tarixd Masallı rayonunda vəfat etmişdir və Masallı şəhər qəbirstanlığında dəfn olunmuşdur. Lakin X9ın ölümü barəsində tibbi sənəd verilmədiyindən, müvafiq həkim rəyi verilməmiş, bu səbəbdən ölüm akt qeydi aparılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mərhumun ölüm akt qeydinin aparılması məhkəmə tərəfindən ölüm faktı müəyyən olunmadan mümkün deyil, odur ki, ərizə təmin edilməli, X5 01 noyabr 2008-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 iyul 1940-cı ildə doğulmuş X5 01 noyabr 2008-ci il tarixdə Masallı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə tərəflər Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2152/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2152/2023
21.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver