Məhkəmə qərarları › İş №2(050)-2159/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2159/2025

12.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2159/2025 12.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və xx.xx.2018-ci il təvəllüdlü X5, 20,04.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 50 manat, cəmi 150 manat aliment Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə birgə yaşadıqları dövrdə xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və uşaqlar onun yanında saxlanmışdır. Şahsənəm Tağıyevlə aralarında Masallı rayon 1 saylı Mediasiya Təşkilatında xx.xx.2025ci il tarixli barışıq sazişi bağlanmış və həmin sazişin şərtlərinə əsasən uşaqların saxlanması üçün hər uşağa görə 50 manat, cəmi 150 manat aliment ödənilməsi barədə razılığa gəlmişlər. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərini icra etməmiş və uşaqların saxlanması üçün heç bir aliment ödəməmişdir. Nəticədə barışıq sazişinin şərtləri pozulmuşdur. Odur ki, barışıq sazişinin təsdiq olunması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 atası Ərizəçi, anası Maraqlı şəxsdır. Masallı Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(050)-2575/2024 saylı qətnaməsi ilə iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı nikahın pozulması və aliment tələbinə dair iddiasının təmin edilməsi, iddiaçı Ərizəçi və cavabdeh Maraqlı şəxs arasında bağlanmış 30 may 2019-cu il tarixli, 341 saylı nikah akt qeydinin pozulması, xx.xx.2018-ci il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 ataları Ərizəçi yanında saxlanılması qət edilmişdir. 11 may 2025-ci il tarixli, MŞM/MT036/2025-00396 saylı barışıq sazişindən görünür ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə 50 (əlli) manat sabit məbləğdə aliment müəyyən edilir. xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs 2025-ci ilin may ayının 20-dək və gələn hər növbəti ayın da 01-dən 20dək 150 (yüz əlli) manat məbləğində alimenti Ərizəçi qızına nağd, poçt vasitəsilə və ya onun bank kartının hesabına ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq 02 iyun 2025-ci il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 11 may 2025-ci il tarixli, MŞM/MT036/2025-00396 saylı barışıq sazişi təsdiq edilsin. 11 may 2025-ci ildən başlayaraq Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 50 manat, üç uşağa görə 150 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar