Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-217/2023 18.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə, Masallı rayon məhkəməsinin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum qardaşı X1 29 noyabr 2011-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 21 iyun 1993-cü ildə doğulmuş X4 onun qardaşıdır. qardaşı 29 noyabr 2011-ci il tarixdə ölmüşdür. El adəti qaydasında X2 Masallı rayonu Təzəkənd kənd qəbristanlığında dəfn etmişlər. Qardaşının ölməsi barəsində tibbi sənəd təqdim edilmədiyindən onun ölüm faktı Maraqlı şəxsndə qeydə alınmamışdır. Qardaşının ölməsini təsdiq edən şahidlər vardır. Göstərilən faktın təsdiq edilməsinə dair sənəd verən yeganə orqan həmin sənədin verilməsindən imtina etdiyindən, qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, qardaşının xəstə olduğundan vəfat etməsini, həmin vaxt onun ölümü ilə bağlı rəsmi sənədləşmə aparılmadığını, ona görə də ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədə uyğun sayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, mərhum Asiman Sadıxlı onunn qohumudur. O, 29 noyabr 2011-ci il tarixdə xəstə olması səbəbindən ölmüş və Masallı rayonu Təzəkənd kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, mərhum Asiman Sadıxlı onunn qohumudur. O, 29 noyabr 2011-ci il tarixdə xəstə olması səbəbindən ölmüş və Masallı rayonu Təzəkənd kənd qəbristanlığında dəfn edilmişdir. İşdə olan doğum haqqında arayışdan görünür ki, X4 21 iyun 1993-cü ildə doğulmuşdur. Onun atası X6, anası X5r. Masallı RİHBA-nın Təzəkənd İƏDÜN-nin arayışından görünür ki, X4 29 noyabr 2011-ci ildə vəfat etmiş və Təzəkənd kənd qəbristanlığında dəfn edilmişdir. Masallı RMX-nin 12 yanvar 2023-cü il tarixli arayışından görünür ki, 29 noyabr 2011-ci ildə vəfat etmiş X4 barəsində “Masallı RMX” PHŞ-nə ölüm aktı üçün müraciət daxil olmamışdır. İşdə olan Maraqlı şəxs 10 sentyabr 2022-ci il tarixli, 05/Q-617 saylı məktubdan məlum olur ki, ölüm faktını təsdiq edən tibbi sənəd qeydiyyat üçün təqdim edilməyindən, şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini, işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, 21 iyun 1993-cü təvəllüdlü Asiman Sadıxlı 29 noyabr 2011-ci il tarixdə vəfat etmiş və Masallı rayonu Təzəkənd kənd qəbristanlığında dəfn olunmuşdur. Lakin mərhum Asiman Sadıxlının ölümü barəsində tibbi sənəd verilmədiyindən, müvafiq həkim rəyi verilməmiş, bu səbəbdən ölüm akt qeydi aparılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mərhumun ölüm akt qeydinin aparılması məhkəmə tərəfindən ölüm faktı müəyyən olunmadan mümkün deyil, odur ki, ərizə təmin edilməli, X1 29 noyabr 2011-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 21 iyun 1993-cü ildə doğulmuş X1 29 noyabr 2011-ci il tarixdə Masallı rayonu Təzəkənd kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə tərəflər Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-217/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-217/2023
18.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver