Məhkəmə qərarları › İş №2(050)-2187/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2187/2023

29.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2187/2023 29.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), Məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddia ərizəsində qeyd edilən qızıl əmlaklarının naturada qaytarılması, əmlakları naturada olmadıqda onların ümumi dəyəri olan 11085 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddia ərizəsində qeyd edilən 1 ədəd qızıl kolye və qolbağı ilə birgə-750 prob 28 qram 2410 manat, italyan qızıl sep və onun qolbağı-585 prob 21 qram-1350 manat, 1 ədəd qızıl 10-luq 880 prob-820 manat, 2 ədəd qızıl 5-lik 880 prob-840 manat, 1 ədəd qızıl saat qədimi (valideynləri hədiyyə etmişdir) 17 qram, 583 prob-1100 manat, 1 ədəd yumuru qızıl qolbaq 750 prob 13 qram-820 manat, 1 ədəd qızıl sırğa-üzük dəst 13 qram 583 prob-950 manat, 5 ədəd qızıl üzük 15 qram 583 prob-945 manat, 1 ədəd qızıl uşaq qolbağı yoluçnu 5 qram 583 prob-320 manat (valideyni hədiyə etmişdir), 2 ədəd qızıl nazik sep 583 prob 4.200 qram-270 manat, 1 ədəd qızıl nişan üzüyü 750 prob 6 qram-540 manat, 1 ədəd qızıl paxlava üzüyü 583 prob 8 qram-720 manat dəyərində qızıl əmlaklarının naturada qaytarılması, əmlakların naturada olmadıqda onların ümumi dəyəri olan 11085 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə el adəti qaydasında toy etməklə ailə qurmuşdur. O, cavabdehlərin valideynlərinə məxsus Masallı rayonunda yerləşən evlərinə gəlin köçmüşdür. Gəlin köçərkən oğlan evindən müxtəlif adda qızıl zinət əşyaları hədiyyə vermişlər. Eyni zamanda onun valdeynləri tərəfindən ona müxtəlif adda qızıl zinət əşyları verilmişlər. Həmin qızılların bir hissəsini isə əri Daşqın onun əlindən alaraq satmışdır. Daha sonra Daşqınla münasibətləri pisləşmişdir. O, cavabdehlə məhkəmədə boşandıqda cavabdeh ona bildirmişdir ki, həmin qızılları geri qaytaracaqdır. Lakin cavabdeh qızıllardan bir cüt sırğa dəstini 2020-ci ilin avqust ayında qaytarmışdır. Digər qızıllar-1 ədəd qızıl kolye və qolbağı ilə birgə-750 prob 28 qram 2410 manat, italyan qızıl sep və onun qolbağı-585 prob 21 qram-1350 manat, 1 ədəd qızıl 10-luq 880 prob-820 manat, 2 ədəd qızıl 5-lik 880 prob-840 manat, 1 ədəd qızıl saat qedimi (valideynləri hədiyyə etmişdir) 17 qram, 583 prob-1100 manat, 1 ədəd yumru qızıl qolbaq 750 prob 13 qram-820 manat, 1 ədəd qızıl sırğa-üzük dəst 13 qram 583 prob-950 manat, 5 ədəd qızıl üzük 15 qram 583 prob-945 manat, 1 ədəd qızıl uşaq qolbağı yoluçnu 5 qram 583 prob- 320 manat (valideyni hədiyə etmişdir), 2 ədəd qızıl nazik sep 583 prob 4.200 qram-270 manat, 1 ədəd qızıl nişan üzüyü 750 prob 6 qram-540 manat, 1 ədəd qızıl paxlava üzüyü 583 prob 8 qram-720 manat dəyərində qızıllar isə cavabdehdə qalmışdır. Hazırda qeyd edilən qızıl əmlakları cavabdehin qanunsuz sahibliyindədir və ona geri qaytarmır. Qızıl əmlaklarının geri qaytarılması ilə bağlı mediasiyaya müraciət etmişdir. Lakin cavabdeh mediasiya prosesinə gəlmədiyindən mübahisələrini orada həll edə bilməmişlər. Odur ki, qeyd edilən qızıl əmlaklarının naturada qaytarılması, əmlakları naturada olmadıqda onların ümumi dəyəri olan 11085 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxanlmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırda qızılların özünü və ya pulunu verməyə imkanı yoxdur. Həmçinin, evi vardır iddiaçı isdərsə evi sataraq qızılların pulunu götürə bilər. İstəmədiyi təqdirdə o, özü nə vaxt evi satarsa o zamanda qızılların pulunu iddiaçıya verəcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iddiaçının və cavabdehin izahatına, işdə olan iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərə, mütəxəssisin qiymətləndirmə barədə rəyinə əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş qiymətləndirici X4 tərəfindən təsdiq edilmiş rəydə qeyd edilmişdir ki, İddiaçı məxsus qızıl əşyalar: 1 ədəd 750 əyarlı, 28 qram çəkisi olan qızıl kolye-qolbağı ilə birlikdə dəyəri 2410 manat, 1 ədəd 585 əyarlı, 21 qram çəkisi olan italyan sep, qolbağı ilə dəyəri 1350 manat, 1 ədəd 880 əyarlı, 8.6 qram çəkisi olan qızıl onluq dəyəri 820 manat, 2 ədəd 880 əyarlı, 8.6 qram çəkisi olan qızıl beşlik dəyəri 840 manat, 1 ədəd 583 əyarlı, 17 qram çəkisi olan qızıl saat (hədiyyə) dəyəri 1100 manat, 1 ədəd 750 əyarlı, 13 qram çəkisi olan yumru qızıl qolbaq dəyəri 820 manat, 1 ədəd 583 əyarlı, 13 qram çəkisi olan sırğa üzük dəsti dəyəri 950 manat, 5 ədəd 583 əyarlı, 15 qram çəkisi olan qızıl üzüklər dəyəri 945 manat, 1 ədəd 583 əyarlı, 5 qram çəkisi olan uşaq qolbağı (hədiyyə) dəyəri 320 manat, 2 ədəd 583 əyarlı, 4.2 qram çəkisi olan seplər nazik dəyəri 270 manat, 1 ədəd 750 əyarlı, 6 qram çəkisi olan nişan üzüyü dəyəri 540 manat, 1 ədəd 583 əyarlı, 8 qram çəkisi olan paxlava üzük dəyəri 720 manat olmaqla, ümumi dəyəri 11085 manatdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3- cü bəndinə görə Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddi hüquq normasının mənasına görə göstərilən tələbin qanuni və əsaslı olması üçün şəxsin tələb etdiyi əmlakın onun mülkiyyətində olduğu və hazırda həmin əmlakın özgəsinin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu normadan göründüyü kimi, qızıl-zinət əşyalarının qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehlərin sahibliyində olması. Məhkəmə qeyd edir ki, 1-ci hal tam sübüt olunur. Belə ki, iddiaçının tələb etdiyi qızıl əşyaların mövcudluğu mülki işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh həmin qızılların iddiaçıya hədiyyə kimi alındığını etiraf etmişdir. 2-ci hal isə ümumiyyətlə mübahisə predmeti deyil. Belə ki qızılların mövcudluğu təsdiqini tapdığı kimi, onların iddiaçıya məxsus olması da işin mübahisəsiz halıdır. 3-cü hala münasibətdə isə qeyd edilməlidir ki, qızıl əşyalar iddiaçıdan alınaraq cavabdehin sahibliyinə keçmiş, daha sonra isə bir hissəsi satılmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh iddianı qismən etiraf edərkən izahatında bildirmişdir ki, hazırda qızılların özünü və ya pulunu verməyə imkanı yoxdur. Həmçinin, evi vardır iddiaçı isdəyərsə evi sataraq qızılların pulunu götürə bilər. İstəmədiyi təqdirdə o, özü nə vaxt evi satarsa o zamanda qızılların pulunu iddiaçıya verəcəkdir. İşdən göründüyü kimi cavabdeh qızılları iddiaçıya qaytarması barədə məhkəməyə sübut təqdim edə bilmir. Halbuki MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, iddia tələbi Cavabdeh münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu zaman İddiaçı tərəfindən ödənilmiş 145 (bir yüz qırx beş) manat məbləğində dövlət rüsumu da Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1 ədəd 750 əyarlı, 28 qram çəkisi olan qızıl kolye-qolbağı ilə birlikdə və ya dəyəri 2410 manat, 1 ədəd 585 əyarlı, 21 qram çəkisi olan italyan sep, qolbağı ilə birlikdə və ya dəyəri 1350 manat, 1 ədəd 583 əyarlı, 13 qram çəkisi olan sırğa üzük dəsti və ya dəyəri 950 manat, 1 ədəd 583 əyarlı, 8 qram çəkisi olan paxlava üzük və ya dəyəri 720 manat, 1 ədəd 750 əyarlı, 13 qram çəkisi olan yumru qızıl qolbaq və ya dəyəri 820 manat, 1 ədəd 583 əyarlı, 17 qram çəkisi olan qızıl saat (valideyinlərin hədiyyəsi) və ya dəyəri 1100 manat, 1 ədəd 880 əyarlı, 8.6 qram çəkisi olan qızıl onluq və ya dəyəri 820 manat, 2 ədəd 880 əyarlı, 8.6 qram çəkisi olan qızıl beşlik və ya dəyəri 840 manat, 2 ədəd 583 əyarlı, 6 qram çəkisi olan qızıl üzüklər və ya dəyəri 378 manat, 2 ədəd 583 əyarlı, 4.2 qram çəkisi olan seplər nazik və ya dəyəri 270 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar