Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2201/2024 21.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 14 may 2024-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞM/MT 036/2024/-00420 saylı barışıq sazişinin təsdiq edilməsini, 31 avqust 2010-cu il təvəllüdlü X1 və 08 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat, iki uşaq üçün 200 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə faktiki nikaha girərək ailə qurmuşlar. Nikahlarını rəsmiləşdirmişlər. Lakin sonradan aralarında olan nikah pozulmuşdur. Birgə yaşadıqları müddətdə 31 avqust 2010-cu il təvəllüdlü X3 və 08 iyun 2013-cü il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Bir müddət yaşadıqdan sonra məhkəmə qaydasında boşanmışdılar. Məhkəmə qətnaməsi ilə boşanarkən uşaqlar onun himayəsində saxlanılsa da, tələb etmədiyindən aliment məsələsi həll edilməmişdir. Ayrıldıqdan sonra qarşı tərəf uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində MŞM/MT 036/2024/-00420 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat, cəmi 200 manat aliment ödəməlidir. Alimentin ödənilməsini isə 2024-cü ilin may ayı da daxil olmaqla, hər ayın 15-dən 25-dək icra etməli idi. Lakin, Maraqlı şəxs barışıq sazişi imzaladıqları vaxtdan aliment ödəməmişdir. Odur ki, Maraqlı şəxs ilə 14 may 2024-cü ildə mediasiya prosesində bağlanmış MŞM/MT 036/2024/-00420 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi və maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişdilər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Doğum haqqında şəhadətnamələrdən görünür ki, 31 avqust 2010-cu il təvəllüdlü X1 və 08 iyun 2013-cü il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. 14 may 2024-cü il tarixli, MŞM/MT 036/2024/-00420 saylı barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra 31 avqust 2010-cu il təvəllüdlü X3 və 08 iyun 2013-cü il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi hər ay bir uşaq üçün 100 manat, cəmi 200 manat aliment pulunun Ərizəçi ödəmək barədə öhdəlik götürmüşdür. Alimentin köçürülməsi 2024-cü ilin may ayı da daxil olmaqla, hər ayın 15dən 25-dək ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi 2024-cü ilin may ayı da daxil olmaqla, gələn ayın 15-dən 25-dək müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq xx.xx.2024-cü il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 14 may 2024-cü il tarixli, MŞM/MT 036/2024/-00420 saylı barışıq sazişinin aşağıda göstərilən bəndləri - hissəsi məcburi icra üçün təsdiq edilsin: Maraqlı şəxs 31 avqust 2010-cu il təvəllüdlü X1 və 08 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, iki uşaq üçün 200 manat sabit pul məbləğində aliment barışıq sazişi qüvvəyə mindiyi gündən – 14 may 2024-cü il tarixdən başlayaraq, may ayı da daxil olmaqla, hər növbəti ayın 15dən 25-dək Ərizəçi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2201/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2201/2024
21.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver