Məhkəmə qərarları › İş №2(050)-2205/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2205/2024

18.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2205/2024 18.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X5, Ərizəçi iştirakı ilə. Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı xx.xx.1968-ci il təvəllüdlü X8 xx.xx.2005-cü ildə ürək çatışmamazlığından vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Masallı rayonu Təzə Alvadı kəndində yaşayır. Mərhum X3 xx.xx.1968-ci ildə anadan olmuşdur, lakin xx.xx.2005-cü ildə keçirtmiş olduğu xəstəlikdən vəfat etmişdir. Qardaşı X2 rayonu Təzə Alvadı kənd qəbirsanlığında dəfin olunmuşdur. Mərhum X3 ürək çatışmamazlığından vəfat edərkən təcili tibbi yardım çağırılmış, lakin ölümü barədə təcili yardıma məlumat verilməmişdir. Buna görə mərhumun ölümü qeydiyyata alınmamış qalmışdır. Buna görə də Maraqlı şəxs mərhum qardaşının ölüm haqqında şəhadətnaməsini verə bilməmişdir. Hazırda mərhum qardaşının ölüm haqqında şəhadətnaməsi bir sıra sənədlərin düzəldilməsində lazım olduğundan onu əldə edə bilmir. Odur ki, mərhum X3nun xx.xx.2005-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, ərizəçi və mərhum onun qardaşıdır. X10 02 mart 2005-cü ildə ürək çatışmamazlığından ölmüşdür. Mərhum Masallı rayonu Təzə Alvadı kəndində yerləşən qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, ərizəçi və mərhum onun qardaşıdır. X10 02 mart 2005-cü ildə ürək çatışmamazlığından ölmüşdür. Mərhum Masallı rayonu Təzə Alvadı kəndində yerləşən qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Masallı RİHB-nin Təzə Alvadı kənd İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 775 nömrəli arayışda qeyd olunmuşdur ki, mərhum X10 02 mart 2005-ci il tarixdə vəfat etmiş və Masallı rayonu Təzə Alvadı kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X10 07 iyun 1968-ci ildə Masallı rayonu Təzə Alvadı kəndində anadan olmuşdur. X6, anası X4r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1970-ci ildə Masallı rayonu Təzə Alvadı kəndində anadan olmuşdur. X6, anası X4r. İş materiallarında olan X16 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə verilmiş rəydən görünür ki, Ərizəçi vəfat etmiş X3nun ölümünün qeydə alınması barədə ərizənin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1 və 8.2-ci bəndlərinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X8 02 mart 2005-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetrilir. Ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir. Odur ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 07 iyun 1968-ci ildə Masallı rayonu Təzə Alvadı kəndində doğulmuş X8 02 mart 2005-ci ildə Masallı rayonu Təzə Alvadı kəndində ölməsi faktı müəyyən edilsin. Müvafiq qeydiyyatın aparılması üçün qətnamənin surəti Maraqlı şəxsnə rəsmi qaydada göndərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar