Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2212/2024 14.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və Sevda Ramazanlıya qarşı əmlakların qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh anası Sevda Ramazanlı ilə birlikdə yaşadıqları evdə yerləşdirilən ona məxsus cehiz əmlaklarının və ya onların dəyəri məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2, 149.2.2 və 149.2.3-cü maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsində cavabdehlərin poçt ünvanı olaraq ünvan 1 qeydiyyatda olmasını təsdiq edən sənəd əlavə olunmamış, həmçinin cavabdehlərdən Sevda Ramazanlının ata adı göstərilməmişdir. Cavabdehlərin rəsmi qeydə alındığı yer barədə məlumatın (rəsmi sənədin) olmaması və ata adının göstərilməməsi, onların məhkəmə iclasında iştiraklarının təmin edilməsini, o cümlədən məhkəmə sənədlərinin rəsmi qaydada onlara təqdim edilməsinin mümkünlüyünü şübhə altında qoyur. Halbuki, MPM-nin 134 və 168.1-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərə (cavabdehə) iddia ərizəsi və ona əlvə edilmiş sənədlərin rəsmi qaydada verilməsi təmin olunmalıdır. Bundan başqa ərizədə iddiaçıların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, iddiaçılara izah edilmədir ki, ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 266-268-ci maddələri rəhbər tutaraq, qəraraaldım: İddiaçılar İddiaçı1 İddiaçı2 cavabdehlər Cavabdeh və Sevda Ramazanlıya qarşı əmlakların qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-2212/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2212/2024
14.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver