Məhkəmə qərarları › İş №2(050)-2219/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2219/2023

09.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2219/2023 09.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 02 mart 2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023/-00443 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs birgə nikahından olan uşaqları 27 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat onun xeyrinə aliment tutulması, həmçinin qızıl-zinyət əşyalarının əvəzinə Maraqlı şəxs 300 manat pul alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 02 mart 2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023/- 00443 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs birgə nikahından olan uşaqları 27 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat onun xeyrinə aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxslə 2016-ci ilin may ayında faktiki ailə həyatı qurmuşlar. Nikahları isə rəsmi qeyd etdirməmişlər. Cavabdehlə birgə yaşadıqları dövrdə 27 mart 2018-ci il təvəllüdlü Salayeva Zəhra adlı bir qızları olmuşdur. Həmin uşaqla bağlı atalıq müəyyən edilmişdir. Əvəllər mehriban olsalar da, sonradan aralarında narazılıqlar yaranmış və ayrılmalı olmuşdur. Maraqlı şəxs uşağın saxlanmasına köməklik etmədiyindən bununla bağlı Mediasiya Şurasma müraciət etmişdir. Maraqlı şəxslə 02 mart 2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023/-00443 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə görə birgə nikahlarından anadan olmuş yuxarıda adıçəkilən uşaq onun yanında saxlanılmalı və Maraqlı şəxs həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat alimenti ona ödəməli, alimentin köçürülməsi hər ayın 01-də nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödənilməli idi. Həmçinin qızıları satıldığından onların əvəzinə ona 300 manat pul ödəməli idi. Lakin Maraqlı şəxs barışıq sazişini nümayəndəsi vasitəsi ilə cari ilin mart ayının 2-də imzalamasına baxmayaraq həmin sazişin şərtlərinə əməl etməmişdir. Odur ki, Maraqlı şəxs Vidadıi oğlu ilə 02 mart 2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023/-00443 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasın məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinin təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 27 mart 2018-ci ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs 27 mart 2018-ci il tarixdə Ərizəçi doğulmuş X2 atası hesab edilmiş və xx.xx.2018-ci ildə 106 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 02 mart 2023-cü il tarixli, MŞL/MT014/2023-00443 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) Ərizəçi (ikinci tərəf) Maraqlı şəxsdur. İkinci tərəf Maraqlı şəxs etibarnaməsi üzrə X1 bu sazişi imzaladıqdan sonra xx.xx.2018-ci il təvəllüdlü X3 hər ay yetkinlik yaşına çatana kimi 120 (bir yüz iyirmi )manat aliment pulunun oğlunun ödəməsinə öhdəlik götürmüşdür. İkinci tərəf Maraqlı şəxs etibarnaməsi üzrə X1 bu sazişi imzaladıqdan sonra birinci tərəf Ərizəçin cer-cehiz əmlakının evdən çıxarılma tələbi ilə razılaşmışlar. Birinci tərəf yəni Ərizəçi bu sazişi imzaladıqdan sonra Cehiz əmlakını evdən bir ay müddətinə çıxarılacaqdır. İkinci Tərəflər Maraqlı şəxs etibarnaməsi üzrə X1 qızıl təlbi ilə bağlı qızıllar satıldıqı üçün qızılın qiyməti dəyərində yəni 300 (üç yüz) manat pulun birinci tərəf Ərizəçi ödəməyinə öhdəlik götürmüşdür. İkinci tərəf Maraqlı şəxs etibarnaməsi üzrə X1 bu sazişi imzaladıqdan sonra xx.xx.2018-ci il təvəllüdlü X2 anası yanı birinci tərəf Ərizəçi yanında saxlanılmasına icazə verilmişdir. Alimentin köçürülməsi hər ayın 01-də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 31 may 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 02 mart 2023-cü il tarixli, MŞL/MT014/2023-00443 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 aprel 2023-cü ildən başlayaraq Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar