Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2275/2025 23.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilmiş işin halları: Maraqlı şəxs ilə birgə yaşadıqları dövrdə xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşaq anadan olmuşdur, Maraqlı şəxslə aralarında xx.xx.2024-cü il tarixdə Masallı rayon 1 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmış və həmin sazişin şərtlərinə əsasən uşağın saxlanması üçün 2024-cü ilin avqust ayından başlayaraq 200 manat aliment ödənilməsi barədə razılığa gəlmişlər. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərini icra etməmiş və uşağın saxlanması üçün alimenti vaxtında və tam ödəməmişdir. Nəticədə barışıq sazişinin şərtləri Maraqlı şəxs tərəfindən pozulmuşdur. Odur ki, barışıq sazişinin təsdiq olunması barədə məhkəməyə müraciət etmişdir. Ərizəçinin tələbi: Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00566 saylı barışıq sazişinin təsdiq edilməsi və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün hər ay 200 manat alimentin Maraqlı şəxs tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: MŞM/MT036/2024/00566 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişində tərəflər aşağıdakı şərtlər daxilində razılığa gəlmişlər: X6 anası X4 yanında saxlanılır. Tərəflər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində aliment ödənilməsini müəyyən etdilər. İkinci tərəf Maraqlı şəxs 2024-cü ilin avqust ayından başlayaraq gələn hər növbəti ayda 200 manat məbləğində alimenti nağd, poçt və ya bank köçürməsi yolu ilə birinci tərəf X5 ödəməyi öhdəsinə götürmüşdür. Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 atası Maraqlı şəxs, anası Ərizəçidır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün 200 manat aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi xx.xx.2025-ci il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. MŞM/MT036/2024/00566 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay uşağa görə 200 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq, Ərizəçi ödənilsin. Alimentin tutulması 2024-cü ilin avqust ayından hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-2275/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2275/2025
23.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver