Məhkəmə qərarları › İş №2(050)-230/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-230/2025

14.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-230/2025 14.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum oğlu X2 10 avqust 2009-cu il tarixdə Masallı rayonu, Hüseynhacılı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, mərhum oğlu X3 xx.xx.1994-cü ildə anadan olmuş, xx.xx.2009-cu ildə vəfat etmişdir. Mərhum oğlu Kamil el adəti ilə Masallı rayonu, Hüseynhacılı kəndində dəfn olmuşdur. Lakin mərhumun vəfatı ilə bağlı Masallı Rayon Qeydiyyat şöbəsində və Masallı Rayon Mərkəzi Xəstəxanasında hər-hansı bir qeydiyyat aparılmamış, ona görə də, hazırda oğlunun ölümü haqqında akt qeydi mövcud deyil. Övladının ölmünü təsdiq edən şahidləri və məzar daşı vardır. Ölüm faktının müəyyən olunması hazırda müəyyən sənədləşmə işləri üçün zəruri olsa da, lakin bununla bağlı Masallı rayon Qeydiyyat şöbəsində ölüm aktı mövcud deyil. Buna görə də, ölüm faktının müəyyən edilməsi barədə müvafiq icra orqanına müraciət etmiş, ona ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək hüququ izah olunmuş və bu barədə Masallı Rayon Qeydiyyat şöbəsi tərəfindən məktub verilmişdir. Ona görə də, ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən mərhum oğlu X2 10 avqust 2009-cu ildə Masallı rayonu, Hüseynhacılı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı Regional “Asan” Xidmət mərkəzində Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşının arvadıdır. Ərizəçinin mərhum oğlu Kamil Orucov 10 avqust 2009-cu il tarixdə intihar edərək olmüş və onu Masallı rayonu, Hüseynhacılı kənd qəbirstanlığında el adəti ilə dəfn etmişlər. O da qardaşı oğlu Kmilin dəfn və hüzr mərasimlərində iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində X1 şahid X4 ilə eyni məzmunlu ifadə verdi. İş materillarına əlavə edilmiş; -Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. -Masallı RİHB-nın Öncəqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli, 504 saylı arayışdan görünür ki, X3 10 avqust 2009-cu il tarixdə Masallı rayonu, Hüseynhacılı kəndində vəfat etmiş, Hüseynhacılı kənd qəbiristanlığında dəfn olunmuşdur. -“Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, X2 ölməsi barədə “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə ölüm aktı ilə bağlı müraciət daxil olmamışdır. -Məzar daşının foto şəkilindən görünür ki, X3 15 iyul 1994-cü ildə anadan olmuş və 10 avqust 2009-cu ildə ölmüşdür. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, ərizəçinin mərhum oğlu X3 15 iyul 1994-cü ildə anadan olmuş, 10 avqust 2009-cu ildə isə ölmüş və o, Masallı rayonu, Hüseynhacılı kəndidəki qəbirstanlıqda dəfn edilmişdir. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilmədiyi üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinin tələbinə görə şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə 15 iul 1994-cü ildə anadan olmuş X2 10 avqust 2009cu ildə Masallı rayonu, Hüseynhacılı kəndində ölüm faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307.2.3, 308, 315.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 15 iyul 1994-cü ildə anadan olmuş X2 10 avqust 2009-cu ildə Masallı rayonu, Hüseynhacılı kəndində ölüm faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına X2 ölməsi barədə qeyd etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar