Məhkəmə qərarları › İş №2(050)-2303/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2303/2023

16.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2303/2023 16.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya qrumu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixü barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay bir uşağa görə 125 manat olmaqla, cəmi 250 manat sabit pui məbləğində aliment pulunun onun xeyrinə Maraqlı şəxs tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə el adəti ilə toy etməklə 01 aprel 2008-ci ildə ailə həyatı qurmuş və Maarif Məmmədovun evinə gəlin köçmüşdür. Birgə yaşadıqları miiddət ərzində xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı 2(iki) nəfər uşaqları olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşamaqlarına baxmayaraq sonradan ailə münasibətləri pisləşmişdir. O, nə qədər cəhd etsə də, cavabdehlə ailə münasibətlərini düzəldə bilməmişdir. O, məcbur qalıb uşaqlarımnı saxlamağa özü çalışmışdır. Cavabdeh heç bir köməklik göstərmir. Həmçinin rəsmi nikahları olmadığı üçün uşaqlarının atalığı müəyyən edilməmişdir. Bu səbəbdən də uşaqların atalığının müəyyən edilməsi və aliment tələbi ilə Mediasiya qrumuna müraciət etmişdir. Mediasiya prosesi zamanı Maraqlı şəxs ilə aralarında barışıq sazişi imzalanmışdır. Bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs uşaqların atalığının müəyyən edilməsi və uşaqların yetkinlik yaşınaq çatana kimi saxlanılmaları üçün bir uşağa görə 200 manat olmaqla, cəmi 400 manat aliment ödəməyə, alimentin ödənilməsinə hər ayın 01-də başlanılaraq ödəməyə razılaşmışdır. Cavabdeh uşaqların atalığının müəyyən edilməsi ilə bağlı Qeydiyyat şöbəsinə gələrək ərizə vermiş və uşaqların atalığı qeydiyyat şöbəsində müəyyən olunmuşdur. Lakin Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək bu günə kimi alimenti ödəməmişdir. Cavabdeh bu dəfədə verdiyi sözə əməl etməyərək barışıq sazişinin şərtlərini yerinə yetirməmişdir. Ona görə də, məhkəməyə müraciət etməyi qərara almışdır. O, azyaşlı uşaqlara görə heç bir yerdə işləyə bilmir, heç bir yerdən gəliri yoxdur. Vəziyyəti çox çətindir və üç nəfər azyaşlı uşaqları maddi cəhətdən təmin edə bilmir. Cavabdeh bir ata kimi uşaqlarına baxmağa onlara qayğı göstərməyə onların maddi tələbatlarım təmin etməyə borcludur. Bu qanunun tələblərindən biridir. Odur ki, bütün sadaladıqlarını nəzərə alıb məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 27 yanvar 2009-cu ildə Lənkəran şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs 27 yanvar 2009-cu il tarixdə Ərizəçi doğulmuş X1 atası hesab edilmiş və xx.xx.2023-cü ildə 306 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 13 oktyabr 2010-cu ildə Masallı rayonu Çaxırlı kəndində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs 27 yanvar 2009-cu il tarixdə Ərizəçi doğulmuş X2 atası hesab edilmiş və xx.xx.2023-cü ildə 305 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 15 may 2023-cü il tarixli, MŞL/MT014/2023-01028 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) Ərizəçi (ikinci tərəf) Maraqlı şəxsdur. İkinci tərəf Maraqlı şəxs sazişi imzaladığdan sonra xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 Atalığını verməsinə razılıq vermişdir. İkinci tərəf Maraqlı şəxs xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 hər ay yetkinlik yaşına çatana kimi 125 (bir yüz iyirmi beş) manat yəni iki uşağa görə 250 (iki yüz əlli) manat aliment pulunu ödəməsinə öhdəlik götürmüşdür. Alimentin köçürülməsi hər ayın 01-də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 06 iyun 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 15 may 2023-cü il tarixli, MŞL/MT014/2023-01028 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 iyun 2023-cü ildən başlayaraq Maraqlı şəxs 27 yanvar 2009-cu il təvəllüdlü X1 və 13 oktyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar