Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2306/2024 26.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum arvadı 26 avqust 1961-ci il təvəllüdlü X4 10 aprel 2015-ci il ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, X3 ilə xx.xx.1990-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından övladları olmamışdır. X11 uzun sürən xəstəlikdən sonra xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Mərhum Ərkivan qəsəbəsi Göllü küçəsində yerləşən qəbirstanlığda dəfn olunmuşdur. Mərhumun vaxtsız ölməsi səbəbindən özü uzun müddət şok vəziyyətində olduğundan onun ölməsi barədə məlumatı qeydiyyat şöbəsinə verməmişdir. Arvadının ölməsini təsdiq edən şahidlər və qəbri mövcuddur. Bundan başqa, ərazi nümayəndəliyi tərəfindən verilmiş arayışda arvadının 2015-ci il tarixdə ölməsi təsdiq olunmuşdur. Ölüm faktının müəyyən olunması ona müəyyən sənədləşmə işlərinin aparılması üçün zəruridir. Həmçinin, ölüm faktının müəyyən edilməsi barədə müvafiq icra orqanına müraciət olunsa da, ona ölümü haqqında faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmək barədə hüquqları izah olunmuş və bu barədə Masallı Rayon Qeydiyyat Şöbəsi tərəfindən məktub verilmişdir. Ona görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Masallı Regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ərizəçi dostudur. X1 arvadı olmuş və xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Mərhum X2 rayonu, Ərkivan qəsəbəsində Göllü qəbiristanlığında dəfn edilmişdir. Onun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ərizəçi dostudur. X1 arvadı olmuş və xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Mərhum X2 rayonu, Ərkivan qəsəbəsində Göllü qəbiristanlığında dəfn edilmişdir. Onun yas mərasimində iştirak etmişdir. Doğum haqqında arayışdan görünür ki, 26 avqust 1961-ci ildə doğulmuş X5 atası X13, anası X8r. Masallı Regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsinin rəyindən görünür ki, 26 avqust 1961-ci il təvəllüdlü X5 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 21 iyun 2024-cü il tarixli, 894 saylı arayışdan görünür ki, 26 avqust 1961-ci il təvəllüdlü X10 10 aprel 2015-ci il tarixdə Masallı rayon Ərkivan qəsəbəsində vəfat etmiş və Göllü küçəsindəki qəbirstanlığında dəfn edilmişdir. Nikah haqqında arayışdan görünür ki, Ərizəçi ilə X10 arasında Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 12 iyul 1990-cı il tarixdə nikah bağlanmış, bu barədə 64 saylı qeyd var və nikah bağlandıqdan sonra ərə (arvada) Məlikov (a) soyadı verilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, X10 26 avqust 1961-ci ildə doğulmuş, 12 iyul 1990-cı il tarixdə Ərizəçi ilə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ona Məlikova soyadı verilmiş, 10 aprel 2015-ci ildə vəfat etmiş, Masallı rayonu, Ərkivan qəsəbəsi Göllü qəbiristanlığında dəfn edilmişdir. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə cıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X4 10 aprel 2015-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, 26 avqust 1961-ci il tarixdə doğulmuş X4 ölüm faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 26 avqust 1961-ci il tarixdə doğulmuş X4 10 aprel 2015-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsininə apellyasiya şikayəti verilə bilər. X15
Məhkəmə qərarları › İş №2(050)-2306/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2306/2024
26.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver