Məhkəmə qərarları › İş №2(050)-2329/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2329/2024

08.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2329/2024 08.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2024-cü ildə mediasiya prosesində MŞM/MT036/2024-00060 saylı barışıq sazişinin təsdiq edilməsi, 18 avqust 2013-cü il təvəllüdlü X7 və 09 aprel 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 150 manat, 2 uşağa görə cəmi 300 manat alimentin Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 17 sentyabr 2013-cü ildə nikaha girərək ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə 18 avqust 2013-cü il təvəllüdlü X11 və 09 aprel 2017-ci il təvəllüdlü X10 adlı uşağları olmuşdur. Masallı Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(050)-974/2024 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və uşaqlar onun yanında saxlanılması qərara alınmışdır. Mediasiya zamanı Maraqlı şəxs ilə barışıq sazişi imzalayaraq alimentlə bağlı razılığa gəlmişlər. Lakin Maraqlı şəxs ilə barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi alimenti ona ödəməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2024-cü ildə mediasiya prosesində MŞM/MT036/2024-00060 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi barışıq sazişinin təadiq edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X8 arasında bağlanmış nikah xx.xx.2024-cü il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə, 64 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X11 18 avqust 2013-cü ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası X4r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X10 09 aprel 2017-ci ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası X4r. İş materiallarında olan 05 fevral 2024-cü il tarixli, MŞM/MT036/2024-00060 nömrəli Barışıq Sazişindən görünür ki, Tərəflər faktiki nikah münasibətinə girərək ailə qurmuş və 17 sentyabr 2013-cü il tarixdə nikahlarını rəsıniləşdirmişlər. Bu nikalarıdan iki uşaq doğulmuşdur. xx.xx.2013-cii il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X10. Son dövrlərdə Tərəflər arasında ailədaxili münasibətlər korlandığı üçün X6 nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, aliment təyin edilməsi və cehiz əmlakı mübahisəsi üzrə ilkin müdiasiya sessiyası keçirilməsi üçün mediasiyaya müraciət etmişdir. 05 fevral 2024-cü il tarixdə Tərəflərlə həmin mübahisə üzrə ilkin mediasiya sessiyası keçirildi və ilkin mediasiya sessiyası zamanı Tərəflər cehiz əmlakı mübahisəsini mediasiyadan kənar öz aralarında həll edəcəklərini öhdələrinə götürərək, cehiz əmlakı tələbini geri götürdülər. Lakin əlavə olaraq uşaqlarla ünsiyyətdə olmaq nıübahisəsi üzrə tam mediasiya sessiyası keçirilməsini tələb etdilər. Tam mediasiya prosesi zamanı Tərəflər nikahın davam etdirilməsi barədə razılığa gəlmədilər. Lakin uşaqların ananın yanında saxlanılması, aliment təyin edilməsi və uşaqlarla ünsiyyətdə olma mübahisəsini həll edərək, aşağıdakı şərtlər daxilində razılıga gəldilər: Tərəflərin birgə uşaqları X11 və X10 anala X1 yanında saxlanılır. Abasquİuzadə Nuray Ziya qızı və X10 yetkinlik yaşına çatanəd saxlanması üçün hər bir uşaq üçün 150 (yüz əlli) manat sabit məbləğdə aliment müəyyən edilir. Hər bir uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment 20 cü ilin fevral ayından başlayaraq, gələn hər növbəti ayda 300 (üç yüz) manat məbləğində alınıb Maraqlı şəxs tərəflndən X3 ödənilir. X9 hər həftənin şənbə şənbə və bazar günləri saat 10:00-da uşaqları X11 və X5 anaları X2 təhvil alıb özü ilə aparır və saat 17:00-da geri qaytararaq analarına təhvil verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 05-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 27 iyun 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 05 fevral 2024-cü il tarixli, MŞM/MT036/2024-00060 nömrəli barışıq sazişi təsdiq edilsin. 05 fevral 2024-cü ildən başlayaraq Maraqlı şəxs 18 avqust 2013-cü il təvəllüdlü X7 və 09 aprel 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar