Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2332/2025 30.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində MŞL/MT014/2025/MŞL-00631 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs bir nəfər uşağa görə 100 manat, iki uşağa görə cəmi 200 manat alimentin alınıb ona verilməsi və xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilə kimi yığılmış alimentin də alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə el adəti qaydasında ailə qurmuşdur. Nikahlarını xx.xx.2019-ci ildə rəsmiləşdirmişlər. Lakin sonradan nikahları məhkəmə qaydasında pozulmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2019-cu il təvəllüdlü X3, xx.xx.2019-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra İsrail uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. İsrail ilə xx.xx.2025-ci ildə mediasiya prosesində MŞL/MTO14/2025-00631 saylı barışıq sazişi imzalamışlar. Cavabdeh işləmklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşıblar ki, Maraqlı şəxs iki nəfər uşaqın saxlanılması üçün hər ay qazancından bir nəfər uşağa görə 100 manat, iki uşağa görə 200 manat ona aliment ödəsin. Eyni zamanda alimentin hesablanmasını 2025-ci ilin fevral ayının 01-dən başlanmasına razılaşmışlar və İsrail orda öhdəlik götürüb ki, fevral ayının 01-dən iyun ayının 01-dək yığılmış aliment məbləğini iyunun 11-də ona ödəsin. Lakin həmin tarix keçməsinə baxmayaraq İsrail sazişi icra etməkdən yaynır və o borcu verməyibsə hec aylıq öhdəlik götürdüyü alimentidə ona verməyəcək. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində MŞL/MT014/2025-00631 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs bir nəfər uşağa görə 100 manat, iki uşağa görə 200 manat alimentin alınıb ona verilməsi və xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilə kimi yığılmış alimentin də alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: doğum haqqında arayışlardan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2019-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. Masallı Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2(050)-509/2021 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı nikahın pozulması tələbinə dair iddiaçının təmin edilməsi, Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfndən bağlanmış 05 dekabr 2019-cu il tarilxi, 3563 saylı nikahın pozulması, tərəflərin birgə nikahdan xx.xx.2019-cu ildə doğulmuş X3 və X4 adlı uşaqları anaları Ərizəçi yanında qalmaları qət edilmişdir. 07 iyun 2025-ci il tarixli, MŞL/MT014/2025/MŞL-00631 saylı barışıq sazişindən görünür ki, Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra birgə nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2019-cu il X4 adlı usaqların yetklnlik yasına çatana kimi saxlaması üçün hər ay bir usağa görə 100 manat, iki usağa görə 200 manat alimenti Ərizəçi ödəməsinə öhdəlik götürür. Alimentin hesablanması 2025-ci ilin fevral ayının 01dən başlamaqla, hər ayın 01-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəyəcəkdir. Maraqlı şəxs bu sazişi imzalamaqla xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilə kimi yığılmış aliment borcunu 11 iyun 2025-ci ilə kimi Ərizəçi ödəməsinə öhdəlik götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi 2025-ci ilin fevral ayının 01-dən başalayaraq gələn hər növbəti ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq 19 iyun 2025-ci il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 07 iyun 2025-ci il tarixli, MŞL/MT014/2025/MŞL-00631 saylı barışıq sazişi təsdiq edilsin. 01 fevral 2025-ci ildən ildən başlayaraq 24 dekabr 2019-cu il təvəllüdlü X3 və 24 dekabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşağa görə 100 manat, iki uşağa görə 200 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2332/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2332/2025
30.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver