Məhkəmə qərarları › İş №2(050)-2351/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2351/2023

14.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2351/2023 14.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X4 (sədrlik edən), Məhkəmə iclas katibi X3, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 1870 manat dəyərində 22 qramlıq boyunbağı, bilərzik, üzük və sırğadan ibarət kalye dəsti, 340 manat dəyərində 4 qramlıq nişan üzüyü, 510 manat dəyərində 6 qramlıq 1 cüt sırğa, 1290 manat dəyərində 15 qramlıq 2 ədəd üzükdən ibarət qızıl zinyət əşyalarının və ya onların dəyərinin, həmçinin mediasiya ilə bağlı ödənilmiş 55 manat rüsumun, iddia ərizəsinə görə ödənilmiş 60 manat rüsumun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1la 2018-ci ilin iyun ayının 20-də el adəti üzrə toy edərək ailə həyatı qurub onun valideynlərinə məxsus Masallı şəhəri, Z.Əliyeva küçəsində yerləşən evə gəlin köçmüşdür. Ailə üzvlərinin razılığı ilə cehizlərini də həmin evə yerləşdirmişdir. Cavabdehlə nikahlarını rəsmi qeyd etdirməmişlər. Toydan təxminən 1 ay sonra cavabdehin anası qızıllarını saxlaması üçün ondan alsa da, sonradan ona qaytarmamışdır. Birgə yaşadıqları dövrdə 05 mart 2019-cu il təvəllüdlü Qasımova Nuray və 25 may 2021-ci il təvəllüdlü Qasımova Miray adlı iki uşaqları olmuşdur. 2022-ci ilin sentyabr ayının 22-də Cavabdeh1 işi ilə əlaqədar olaraq müvəqqəti yaşamaq üçün uşaqları ilə birlikdə Bakı şəhərinə getmişlər. Həmin vaxt cehiz əşyaları və qızıl zinyət əşyaları cavabdehlərin evində qalmışdır. Noyabr ayının 13-də Cavabdeh1 böyük qızları olan Nuray Qasımovanı parka aparmaq üçün evdən getdikdən sonra geri qayıtmamışdır. Əlaqə saxladıqda isə qızını ondan ayrılmaq istədiyi və uşağı ona vermək istəməməsi aydın olmuşdur. Sonradan məhkəmə qaydasında uşağı ona qaytarılmışdır. Cavabdehlərlə münasibəti pozulduğundan cari ilin aprel ayında ona məxsus olan cehiz əşyalarını cavabdehlərin evindən cavabdehlərin iştirakı ilə qohumları götürsələr də, ona toy hədiyyyəsi olaraq verilmiş qızıllarını qaytarmamışlar. Nəticədə qızılları cavabdehlərin qeyri qanuni istifadəsində qalmaqla o, məhkəməyə müraciət etməli, bundan ötrü mediasiya və məhkəmə rüsumları ödəməli olmuşdur. Qanunvericiliyin tələbinə əsasən tələb etdiyi qızıl-zinət əşyaları ona hədiyyə kimi verildiyindən ayrıca mülkiyyəti hesab edilir. Lakin o, cavabdehlərdən faktiki olaraq ayrı yaşamağına baxmayaraq cavabdehlər qeyd olunan əşyalarını verməkdən imtina etdiyindən həmin əşyaları hazırda cavabdehlərin qeyri-qanuni sahibliyindədir. Cavabdehlər nə qeyd olunan əmlakları verməmiş, nədə əşyalarının dəyərini ona ödəməmişlər. Belə olan vəziyyətdə həmin əmlaklara dair onun hüquqları pozulmuş olur. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı izahatında əlavə olaraq göstərdi ki, qızıllar banka girov qoyulanda və satılanda onun xəbəri olmamış və buna razılıq verməmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbinin qanuna uyğun həll edilməsinə etiraz etmədiyini qeyd etdi. Cavabdeh3 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının onlardan tələb etdiyi qızıl əşyalar həqiqətən də mövcud olmuşdur. Daha sonra qızılların bir qismini iddiaçının razılığı ilə satmış və girov qoyub pul götürmüşdür və götürdyü pulu tam ödəməmişdir. Məhkəmənin 11 sentyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddiaçı ilə el adəti qaydasında toy edərək evlənmiş, lakin rəsmi nikahları olmamışdır. İddiaçının tələb etdiyi qızıl əşyaları həqiqətən də iddiaçıya onlar tərəfindən hədiyyə edilmişdir. Daha sonra isə iddiaçıya məxsus qızılzinyət əşyalarının bir qismini girov qoymuşlar və pul götürmüşlər. Hazırdada həmin qızıllar girovdadır. Məhkəmə iddiaçının və cavbadehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia Cavabdeh3 qarşı qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X8 05 mart 2019-cu ildə Lənkəran şəhərində anadan olmuşdur. Atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X9 25 may 2021-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Atası Cavabdeh1, anası X2r. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında arayışdan görünür ki, Cavabdeh1 05 mart 2019-cu il tarixdə X1 doğulmuş X6 atası hesab edilmiş və xx.xx.2020ci ildə 167 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında arayışdan görünür ki, Cavabdeh1 25 may 2021-ci il tarixdə X1 doğulmuş X7 atası hesab edilmiş və xx.xx.2021ci ildə 235 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Masallı şəhəri “Almaz” qızıl dükanının direktoru fiziki şəxs X11 tərəfindən tərtib edilmiş qızıl-zinyət əşyalarının hazırki bazar qiymətlərinə uyğun təxmini dəyərləndirilməsinə dair rəydə iddiaçıya məxsus qızıllar bu qaydada dəyərləndirilmişdir: 1 ədəd 585 əyarlı 18 qramlıq kalye dəsti (üzük, sırğa, sep)-1530 manat, 1 ədəd 585 əyarlı 4 qramlıq qolbaq-340 manat, 2 ədəd 583 əyarlı 15 qramlıq üzüklər müxtəlif-1290 manat, 1 ədəd 583 əyarlı 4 qramlıq nişan üzüyü-340 manat, 1 ədəd 583 əyarlı 6 qramlıq sırğa 1 cüt- 510 manat olmaqla, cəmi dəyərləri 4010 manat. İş materiallarında olan iddiaçı "xxxx" QSC-nin Masallı filialı ilə Cavabdeh3 arasında bağlanmış 13 sentyabr 2021-ci il tarixli GL/0xx/xx/283488 nömrəli girov müqaviləsindən görünür ki, cavabdehə illik 55% dərəcəsi olmaqla 18 ay müddətinə 980 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan iddiaçı "xxxx" MMC-nin Masallı filialı ilə Cavabdeh3 arasında bağlanmış girov müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixli aktdan görünür ki, 1 ədəd 585 əyarlı 16 qramlıq qarnitur (üzüksuz) və 2 ədəd 583 əyarlı 6.60 qramlıq üzükdən ibarət qızıl-zinət əşyaları bank qarşısında girov qoyulmuşdur. İş materiallarında olan iddiaçı "xxxx" MMC-nin Masallı filialı ilə Cavabdeh3 arasında bağlanmış girov müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixili aktdan görünür ki, 1 ədəd 585 əyarlı 18.47 qramlıq qarniturdan ibarət qızıl-zinət əşyası "xxxx" MMC qarşısında girov qoyulmuşdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3- cü bəndinə görə Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddi hüquq normasının mənasına görə göstərilən tələbin qanuni və əsaslı olması üçün şəxsin tələb etdiyi əmlakın onun mülkiyyətində olduğu və hazırda həmin əmlakın özgəsinin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu normadan göründüyü kimi, qızıl-zinət əşyalarının qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehlərin sahibliyində olması. Məhkəmə qeyd edir ki, 1-ci hal tam sübüt olunur. Belə ki, iddiaçının tələb etdiyi qızıl əşyaların mövcudluğu mülki işin mübahisəsiz halıdır. Belə ki, cavabdehlər həmin qızılların iddiaçıya hədiyyə kimi alındığını etiraf edirlər. 2-ci hal isə ümumiyyətlə mübahisə predmeti deyil. Belə ki, qızılların mövcudluğu təsdiqini tapdığı kimi, onların iddiaçıya məxsus olması da işin mübahisəsiz halıdır. 3-cü hala münasibətdə isə qeyd edilməlidir ki, qızıl əşyalar iddiaçıdan alınaraq cavabdehlərin sahibliyində keçmiş, daha sonra isə satılmış və girov qoyulmuşdur. Məhkəmə iclasında Cavabdeh3 bildirdi ki, mübahisəli qızıl əşyalar onun tərəfindən satılmış və banka girov qoyulmuşdur. Bu isə onu deməyə əsas verir ki, mübahisəli qızıl əşyalar Cavabdeh3 qanunsuz sahibliyində olmuş və onun tərəfindən iddiaçının razılığı olmadan satılmış və girov qoyulmuşdur. Odur ki, iddia tələbi cavabdehlərdən Cavabdeh3 münasibətdə təmin edilməlidir. İddia tələbi 510 manat dəyərində 6 qramlıq 1 cüt sırğa tələbi hissədə sübut olunmadığı üçün həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 199.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunan zaman İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumuda Cavabdeh3 alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 1 ədəd 585 əyarlı 18 qramlıq kalye dəsti (üzük, sırğa, sep) və ya dəyəri 1530 manat, 1 ədəd 585 əyarlı 4 qramlıq qolbaq və ya dəyəri 340 manat, 2 ədəd 583 əyarlı 15 qramlıq müxtəlif üzüklər və ya dəyəri 1290 manat, 1 ədəd 583 əyarlı 4 qramlıq nişan üzüyü və ya dəyəri 340 manat pul və ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə və cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar