Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2361/2024 13.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya qurumu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay bir uşaq üçün 80 manat, iki uşağa görə cəmi 160 manat sabit pul məbləğində aliment pulunun onun xeyrinə Maraqlı şəxs tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə təqdim edərək, barışıq sazişinin tarixinin xx.xx.2022-ci il kimi oxunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər el adəti ilə toy etməklə ailə həyatı qurmuşlar. Ər-arvad kimi təsərrüfatı birgə idarə etmişlər. Yaşadıqları müddət ərzində xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 adlı iki nəfər uşaqları olmuşdur. Cavabdeh ərinin təqsiri üzündən ayrılmışlar və hazırda ayrı yaşayırlar. Uşaqlar onun himayəsindədir. Ayrıldıqları vaxtdan bu günə kimi cavabdeh uşaqlara baxmadığı üçün o, məcbur qalaraq aliment tələbi ilə bağlı mediasiya qurumuna müraciət etmiş, mediasiya prosesi zamanı cavabdehlə aralarında barışıq sazişi imzalanmışdır. Bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən ayın 1-də gün ərzində cavabdeh bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 80 manat aliment ödəməyə razılaşmışdır. Cavabdeh mediasiya qurumunda alimentin ödənilməsi ilə bağlı razılığa gəlsə də, alimenti ödəməkdən yayınmışdır. Belə ki, o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Ona görə də, məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: MŞL-00608 saylı, 25 iyul 2022-ci il tarixli barışıq sazişində göstərilir ki, ikinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra xx.xx.2018-ci ildə X4 və xx.xx.2019-ci ildə X2 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, iki uşağa görə cəmi 160 manat alimentin Ərizəçi ödəməsinə görə öhdəlik götürür. Alimentin köçürülməsi hər ayın 1-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Doğum haqqında arayışlardan görünür ki, xx.xx.2017-ci ildə X4 və xx.xx.2019-cu ildə X2 anadan olmuşdur. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. Nikah haqqında arayışdan görünür ki, Maraqlı şəxs və Ərizəçi arasında xx.xx.2017-ci il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində 72 saylı nikah aktı bağlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün 160 manat aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 01 iyul 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. MŞL-00608 saylı, 25 iyul 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. 24 oktyabr 2017-ci il təvəllüdlü X3 və 07 iyul 2019-cu ildə X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşaq üçün 80 manat, iki uşağa görə cəmi 160 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq, Ərizəçi ödənilsin. Alimentin tutulması 01 avqust 2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-2361/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2361/2024
13.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver