Məhkəmə qərarları › İş №2(050)-2381/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2381/2023

11.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2381/2023 11.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50 manat dəyərində 1 ədəd tozsorandan, 60 manat dəyərində 1 ədəd soba, 20 manat dəyərində 1 ədəd ətçəkən maşın, 15 manat dəyərində 1 ədəd şirəçəkən maşın, 200 manat dəyərində 3 ədəd xalça, 5 manat dəyərində uşaq üçün yorğan-döşək (dəsti), 10 manat dəyərində uşaq üçün beşik, 50 manat dəyərində uşaq üçün velosiped, 50 manat dəyərində 2 ədəd lüstur, 8 manat dəyərində 1 ədəd güldan, 50 manat dəyərində bagema, 50 manat dəyərində 5 ədəd qəfadan, 70 manat dəyərində yemək dəsti, 5 manat dəyərində 1 ədəd gecə lampası, 30 manat dəyərində 5 ədəd pərdə, 4 ədəd qarniz, 30 manat dəyərində 6 ədəd çuxol-mələfə dəsti, 20 manat dəyərində 8 ədəd balış, 40 manat dəyərində 4 ədəd döşək, 40 manat dəyərində 4 ədəd yorğan, 20 manat dəyərində 12 ədəd nalça, 20 manat dəyərində 7 ədəd divan üstlüyü, 5 manat dəyərində 1 ədəd çamadan, 5 manat dəyərində 10 ədəd çay dəsmalı, 20 manat dəyərində 4 ədəd bədən dəsmalı, 5 manat dəyərində 5 ədəd çay dəsmalı, 5 manat dəyərində 7 ədəd süfrə, 12 manat dəyərində 4 ədəd kəpkir, 4 manat dəyərində 2 ədəd dəmir vedrə, 20 manat dəyərində 4 ədəd çüyün ləyən, 5 manat dəyərində 1 ədəd ləyən, 10 manat dəyərində 1 ədəd çuqun vedrə, 20 manat dəyərində çamadan (nabor dəst), 5 manat dəyərində 12 ədəd kabab şiş, 10 manat dəyərində 5 ədəd meyvə qabı, 7 manat dəyərində 7 ədəd qənd qabı şüşə, 5 manat dəyərində mürəbbə qabı (3 komplekt), 5 manat dəyərində 1 dəst su dolçası, 6 manat dəyərində 6 dəst stəkan dəsti, 2 manat dəyərində 3 ədəd ləpə qabı, 5 manat dəyərində 1 ədəd xrustal stəkan, 8 manat dəyərində podnos dəsti, 3 manat dəyərində 4 ədəd külqabı, 10 manat dəyərində boşqab dəsti, 5 manat dəyərində 2 dəst tort qabı, 40 manat dəyərində 1 ədəd kasturka dəsti, 2 manat dəyərində 1 ədəd tava, 5 manat dəyərində 2 oxlov (yuxa açan), 2 manat dəyərində 2 ədəd çörək qabı, 4 manat dəyərində 3 ədəd tort qabı, 1 manat dəyərində keks qabı, 3 manat dəyərində plastmas qabyuyan, 5 manat dəyərində armudu stəkan dəsti (2 komplekt), 1 manat dəyərində 1 ədəd paltar səbəti, 8 manat dəyərində 1 ədəd saat, 10 manat dəyərində 2 ədəd termos, 20 manat dəyərində 5 ədəd nəlbəki dəsti, 15 manat dəyərində 1 ədəd albom, 1 ədəd ütü, 15 manat dəyərində 1 ədəd ütü altlığından, cəmi 1156 manat dəyərində; 1 ədəd taxt, 1 ədəd künc divan, 1 ədəd şifaner, 1 ədəd servant, balaca tumabalar, 2 ədəd tək divan, 1 ədəd yazı stol, 2 ədəd termo güzgüsü, cəmi 2000 manat dəyərində mebel dəsti; 300 manat dəyərində 1 ədəd mətbəx mebeli, 100 manat dəyərində 6 ədəd stol-stul dəsti, 170 manat dəyərində uşaq çarpayısı, 300 manat dəyərində paltaryuyan, 20 manat dəyərində sandıq, 300 manat dəyərində 82 ekran televizor, cəmi 1180 manat dəyərində olan əşyaların və ya onların ümumilikdə dəyəri olan 4336 manat, həmçinin, birgə nikah dövründə əldə olunmuş “VAZ 21015” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 4250 manat, ümumilikdə 8586 manat və dövlət rüsumuna görə ödənilmiş 105.86 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2018-ci ildə ailə qurmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. O, cavabdehə məxsus evə gəlin köçmüş, ona cehiz əmlaklar və qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Ona hədiyyə olunmuş cehiz əmlaklar cavabdehin evindədir, əmlaklarından məhrum olunmudur. Valideynləri tərəfindən verilən cehiz və şəxs əmlakları yuxarıda xahiş edilən əmlaklardır. Bundan başqa, cavabdehlə birgə nikah dövründə 2019-cu ildə “VAZ 21015” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı 8500 manat dəyərində avtomobil əldə etmişdilər. Birgə nikah dövründə əldə olunduğu üçün həmin avtomobilin dəyərinin ½ hissəsi cavabdehdən alınaraq ona verilməlidir. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2-ci, Ailə Məcəlləsinin 33.2, 33.3 və 34.1-ci maddələrinə istinad edilmişdir. İddiaçı ayrı-ayrı vaxtlarda iddiaya dair etiraz ilə məhkəməyə müraciət etmişdir. Həmin etirazlarda mübahisə ilə bağlı cavabdeh göstərmişdir ki, nikahdan əvvəl xx.xx.2017-ci ildə “VAZ 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil alınmış, xx.xx.2019-cu ildə həmin avtomobil 4000 manata satılmış, 4 gün sonra, yəni xx.xx.2019-cu ildə 4000 manata “VAZ 21015” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil atasının (cavabdehin) adına alınmış, xx.xx.2023-cü il tarixdə onun adına sənədləşdirilmişdir. Hər iki avtomobil valideynlərinə məxsus olmuş, serablacin iflic xəstəliyindən əziyyət şəkən İ dərəcəli əlil bacısının pulu ilə bacısını həkimə müalicəyə aparmaq üçün alınmışdır. Avtomobili satmasında məqsəd o, olmuşdur ki, iddiaçı həmişə ona bildirmişdir ki, avtomobili dəyişdir. Valideynlərinin narazılıqlarına baxmayaraq, avtomobili satıb həmin pulla yenisini almışdır. Sonradan başa düşmüşdür ki, bu hiylə ilə iddiaçı o, məqsəd güdmüşdür ki, yeni alınmış avtomobil nikah dövründə alınmış avtomobil kimi ər-arvadın ümumi birgə mülkiyyəti sayılsın. xx.xx.2020-ci ilə kimi nə o, nədə ki, iddiaçı heç bir yerdə işləməmişdir. “VAZ 21015” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair müqavilədə saxtakarlığa yol verilərək, avtomobilin qiyməti 6600 manat göstərilmişdir. Halbuki, həmin avtomobil 4000 manata alınmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izavat verərək, iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında bildirdi ki, tələb edilən əmlaklar cehiz əmlaklardır. Avtomobil ər-arvadın əmlakı hesabına alınmışdır. Avtomobilin dəyərinin 8500 manat olmasını iddiaçı birgə yaşadıqları dövrdə evdə olan söhbətdən bilmişdir. Sonda Vəkil iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddia ərizəsində göstərilmiş iddiaçıya məxsus cehiz əmlakların hamsı valideynlərinə məxsus evdədir və iddiaçı istədiyi vaxt gəlib onları götürə bilər. Atası pul vermiş xx.xx.2017-ci il tarixdə “VAZ 2106 minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil alınmışdır. Həmin avtomobil xx.xx.2019-cu il tarixdə 4000 manata satılmış, 4 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə isə “VAZ 21015” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil şüşəsində çatı, müsiqiyə qulaq asmaq üçün aparatı olmadığı üçün həmin pul ilə 4000 manata alınmışdır. Atasının sürücülük vəsiqəsi olmadığından xx.xx.2019-cu ildə avtomobil onun adına rəsmiləşdirilmişdir. Yazıb-oxumağı, həmçinin riyazi rəqəmləri yazmağı və oxumağı bacarır. Bağışlama müqaviləsinin olduğunu bilmədikləri üçün atası ilə onun arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, iddia ərizəsində göstərilmiş iddiaçıya məxsus cehiz əmlakların hamsı valideynlərinə məxsus evdədir və iddiaçı istədiyi vaxt gəlib onları götürə bilər. “VAZ 2106 minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili həyat yoldaşı xx.xx.2017-ci il tarixdə almış, həmin avtomobil xx.xx.2019-cu il tarixdə 4000 manata satılmış, 4 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə isə “VAZ 21015” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil 4000 manata alınmışdır. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının, vəkilin, cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş elektron baza məlumatından və xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, “VAZ 2106 minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, həmin avtomobil ilə bağlı müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə etibarnamə verilmiş, xx.xx.2021-ci il tarixdə 4000 manata X1. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş elektron baza məlumatından və xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, “VAZ 21015” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci ildə Tahirov Nicat Babaşir oğlunun adına qeydiyyata alınmış, avtomobil ilə bağlı xx.xx.2019-cu ildə X2 adına etibarnamə verilmiş, avtomobil xx.xx.2019-cu ildə 6600 manat Cavabdeh satılmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-1228/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 25 sentyabr 2018-ci il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış, 548 saylı nikah pozulmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(050)-66/2023 saylı qərardadından görünür ki, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən Cavabdeh yaşadığı evdə İddiaçı məxsus iddia ərizəsində qeyd olunmuş əmlaklar siyahıya alınaraq, onların üzərinə həbs qoyulmuş, həmçinin Cavabdeh mülkiyyətində olan “VAZ 21154” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyularaq, həmin nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi qadağan olunmuşdur. 05 oktyabr 2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarda və həmin qərara əlavə edilmiş eyni tarixli aktda göstərilir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 16(050)-66/2023 saylı icra sənədinin icrası ilə əlaqədar icra sənədində göstərilən tələbkara aid cehiz əşyalar tam şəkildə, işlək vəziyyətdə borclunun evində siyahıya alınaraq, onların üzərinə həbs qoyuldu. İcra sənədində göstərilən tələb tam icra olunduğu üçün icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə tələb edilən cehiz əşyalara münasibətdə bildirir ki, iddia tələbinin həmin hissədə hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. MM-in 157.2-ci maddəsinin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.

1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Məhkəmə tələb edilən əmlaklar ilə bağlı bildirir ki, tələb edilən əşyaların cehiz əşyalar kimi iddiaçıya verilməsi, həmin əmlakların gəlin köçdüyü cavabdehlə yaşadığı evə aparılması, həmin əmlakların tam şəkildə cavabdehin yaşadığı evdə olması işin mübahisə edilməyən tərəfidir. Həmin əşyaların tam şəkildə cavbadehə aid evdə olmasını onun və nümayəndəsinin məhkəmə iclasında verdikləri izahatları, o cümlədən 05 oktyabr 2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərar və həmin qərara əlavə edilmiş eyni tarixli akt da təsdiq edir. Tələb edilən əşyaların iddia ərizəsində qeyd edilən dəyərləri cavabdeh tərəfindən mübahisələndirilməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 9.2-ci bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Məhkəmə iddianın birgə nikah dövründə əldə olunmuş “VAZ 21015” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 4250 manat tələbinə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir:

1. əmlakın ər-arvadın nikah müddətində əldə olunması;

2. əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İddia predmeti olan avtomobilin tərəflərin nikah müddətində alınmış olması işin mübahisəsiz halıdır. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq iddiaçı birgə nikah dövründə alınmış, cavabdehin mülkiyyətində olan avtomobilin onların birgə nikah dövründə ümumi gəlirləri hesabına əldə olunmasına dair məhkəməyə mötəbər sübutlar təqdim etməli olduğu halda etməmiş, yalnız əmlakın əldə olunmasının tarixini əsas götürərək avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak olmasını və həmin əmlakda payının olduğunu göstərmişdir. Halbuki, işin məhkəmə iclasında müəyyən olunan faktiki hallarından görünür ki, mübahisəli avtomobil tərəflərin nikahından daha əvvəl cavabdehin mülkiyyətində olmuş avtomobilin satışından əldə olunmuş vəsaitin çox hissəsi hesabına alınmışdır. Qeyd edilən hal “VAZ 2106 minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki olaraq xx.xx.2019-cu il tarixdə 4000 manata satılması, 4 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə isə “VAZ 21015” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehin atası Cavabdeh adına etibarnamə verilməsi və xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi ilə təsdiqini tapır. Əlaqədar olaraq qeyd edilməlidir ki, “VAZ 21015” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin “VAZ 2106 minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 4000 manat alınmasına münasibətdə məhkəmə bildirir ki, həqiqətən də həmin avtomobil qeyd edilən qiymətə alınmasını sübutların bölgüsü baxımından cavabdeh sübut etməli olduğu halda, o, bunu sübut edə bilməmişdir. İşin araşdırılması zamanı həmin nəqliyyat vasitəsinin alğı-satqısa dair xx.xx.2019-cu il tarixli müqavilə ona göstərilmiş, onun yazıb-oxumağı, həmçinin riyazi rəqəmləri yazmağı və oxumağı bacarıb-bacarmaması aydınlaşdırılmış, o, isə cavabında bildirmişdir ki, yazıb-oxumağı, həmçinin riyazi rəqəmləri yazmağı və oxumağı bacarır. Bundan başqa, “VAZ 21015” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin buraxılış ili 2011-ci ildir. Buraxılış ili və marakası eyni olan, ciddi qüsuru olmayan belə bir avtomobilin 2019-cu il üçün qiymətinin cavabdehin iddia etdiyi kimi 4000 manat olması real deyil, bunun üçün ekspert və ya mütəxəssis olmaq lazım deyil, bunu sosial şəbəkədə qısa bir araşdırma aparmaqla müəyyən etmək olar. Cavabdehin iddiaya etirazda göstərdiyi xx.xx.2020-ci ilə kimi nə özünün, nədə ki, keçmiş arvadının (iddiaçının) heç bir yerdə rəsmi qaydada işləməməsi barədə mövqeyi ər-arvadın gəlirinin olmaması kimi qiymətləndirilə bilməz. Bunun əksi o, olaradı ki, yalnız rəsmi qaydada işləyən şəxsin gəliri olur. Cavabdeh həqiqətən də gəlirinin olmamasını, iddiaçı isə həmin avtomobilin 8500 manata alınmasını sübut edə bilməmişdir. Belə bir vəziyyətdə məhkəmə “VAZ 21015” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin 6600 manata alınmasını, həmin pulun 4000 manat məbləğini nikahdan əvvəl cavabdehin mülkiyyətində olmuş avtomobilin satışından əldə olunmuş vəsait hesabına, 2600 manat məbləğini isə nikah müddətində ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmasını qəbul edir. Odur ki, nikah dövründə alınmış yeni avtomobilin alınmasına çəkilmiş əlavə xərcin 2600 manat olması müəyyən olduğu üçün həmin məbləğin 1300 manat hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməli olması qənaətinə gəlinir. X6 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 105.86 manat ödənilmiş dövlət rüsumunun 76.36 manatı cavabdehə, 29.50 manatı isə iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia qismən təmin edilsin. 50 manat dəyərində 1 ədəd tozsorandan, 60 manat dəyərində 1 ədəd soba, 20 manat dəyərində 1 ədəd ətçəkən maşın, 15 manat dəyərində 1 ədəd şirəçəkən maşın, 200 manat dəyərində 3 ədəd xalça, 5 manat dəyərində uşaq üçün yorğan-döşək (dəsti), 10 manat dəyərində uşaq üçün beşik, 50 manat dəyərində uşaq üçün velosiped, 50 manat dəyərində 2 ədəd lüstur, 8 manat dəyərində 1 ədəd güldan, 50 manat dəyərində bagema, 50 manat dəyərində 5 ədəd qəfadan, 70 manat dəyərində yemək dəsti, 5 manat dəyərində 1 ədəd gecə lampası, 30 manat dəyərində 5 ədəd pərdə, 4 ədəd qarniz, 30 manat dəyərində 6 ədəd çuxol-mələfə dəsti, 20 manat dəyərində 8 ədəd balış, 40 manat dəyərində 4 ədəd döşək, 40 manat dəyərində 4 ədəd yorğan, 20 manat dəyərində 12 ədəd nalça, 20 manat dəyərində 7 ədəd divan üstlüyü, 5 manat dəyərində 1 ədəd çamadan, 5 manat dəyərində 10 ədəd çay dəsmalı, 20 manat dəyərində 4 ədəd bədən dəsmalı, 5 manat dəyərində 5 ədəd çay dəsmalı, 5 manat dəyərində 7 ədəd süfrə, 12 manat dəyərində 4 ədəd kəpkir, 4 manat dəyərində 2 ədəd dəmir vedrə, 20 manat dəyərində 4 ədəd çüyün ləyən, 5 manat dəyərində 1 ədəd ləyən, 10 manat dəyərində 1 ədəd çuqun vedrə, 20 manat dəyərində çamadan (nabor dəst), 5 manat dəyərində 12 ədəd kabab şiş, 10 manat dəyərində 5 ədəd meyvə qabı, 7 manat dəyərində 7 ədəd qənd qabı şüşə, 5 manat dəyərində mürəbbə qabı (3 komplekt), 5 manat dəyərində 1 dəst su dolçası, 6 manat dəyərində 6 dəst stəkan dəsti, 2 manat dəyərində 3 ədəd ləpə qabı, 5 manat dəyərində 1 ədəd xrustal stəkan, 8 manat dəyərində podnos dəsti, 3 manat dəyərində 4 ədəd külqabı, 10 manat dəyərində boşqab dəsti, 5 manat dəyərində 2 dəst tort qabı, 40 manat dəyərində 1 ədəd kasturka dəsti, 2 manat dəyərində 1 ədəd tava, 5 manat dəyərində 2 oxlov (yuxa açan), 2 manat dəyərində 2 ədəd çörək qabı, 4 manat dəyərində 3 ədəd tort qabı, 1 manat dəyərində keks qabı, 3 manat dəyərində plastmas qabyuyan, 5 manat dəyərində armudu stəkan dəsti (2 komplekt), 1 manat dəyərində 1 ədəd paltar səbəti, 8 manat dəyərində 1 ədəd saat, 10 manat dəyərində 2 ədəd termos, 20 manat dəyərində 5 ədəd nəlbəki dəsti, 15 manat dəyərində 1 ədəd albom, 1 ədəd ütü, 15 manat dəyərində 1 ədəd ütü altlığı, 1 ədəd taxt, 1 ədəd künc divan, 1 ədəd şifaner, 1 ədəd servant, balaca tumabalar, 2 ədəd tək divan, 1 ədəd yazı stol, 2 ədəd termo güzgüsü, cəmi 2000 manat dəyərində mebel dəsti, 300 manat dəyərində 1 ədəd mətbəx mebeli, 100 manat dəyərində 6 ədəd stol-stul dəsti, 170 manat dəyərində uşaq çarpayısı, 300 manat dəyərində paltaryuyan, 20 manat dəyərində sandıq, 300 manat dəyərində 82 ekran televizordan ibarət əşyalar və ya qət olunan əşyaların naturada alınması mümkün olmadığı hallarda həmin əyşaların dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh “VAZ 21015” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün ödənilmiş 2600 (iki min altı yüz) manat vəsaitin ½ hissəsi olan 1300 (bir min üç yüz) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin 76.36 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar