Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2410/2023 24.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023ci ildə mediasiya prosesində MŞL/MTO14/2023-00834 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci ildə X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 80 manat, iki uşağa görə cəmi 160 manat aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2015-ci ildə X7 və xx.xx.2015-ci ildə X5 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Samir uşaqlara baxmadığından və uşaqın xərclərini qarşılamadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Samirlə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023-00834 saylı barışıq sazişi imzalanmışdır. Cavabdeh işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs iki nəfər uşaqın saxlanılması üçün hər ay bir uşağa görə 80 manat alimenti ona özü ödəyəcəkdir. Lakin Samir barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-ci ildə mediasiya prosesində MŞL/MT014/2023-00834 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs bir nəfər uşağın saxlanılması hər ay hər bir uşağa görə 80 manat alimentin ondan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 03 dekabr 2014-cü il tarixdə Masallı RİHB-nin Kolatan ərazi nümayəndəliyində 15 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Əliyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X7 24 yanvar 2015-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 24 yanvar 2015-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan 10 aprel 2023-cü il tarixli, MŞL/MT014/2023-00834 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) Ərizəçi (ikinci tərəf) Maraqlı şəxsdur. Tərəflər Maraqlı şəxs və X2 xx.xx.2014-ci il tarixli nikahın davam etdirilməsinə razı olmamışlar. Tərəflər xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 anası X1 yanında saxlanılmasına razılaşmışlar. İkinci tərəf Maraqlı şəxs oslu bu sazisi imzaladıadan sonra xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlaması üçün hər ay hər bir uşağa görə 80 manat, iki usaqa görə cəmi 160 manat aliment pulunu Ərizəçiına ödəməsinə öhdalik götürmüşdür. Alimentin köçürülməsi hər ayın 20-də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 20-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 14 iyun 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 10 aprel 2023-cü il tarixli, MŞL/MT014/2023-00834 nömrəli barışıq sazişi təsdiq edilsin. 20 aprel 2023-cü ildən başlayaraq Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci ildə X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay uşaq üçün 80 manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2410/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2410/2023
24.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver