Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2411/2023 24.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023-ci ildə mediasiya prosesində MŞL/MT014/2023-01013 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2014-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci ildə X6 adlı uşaqın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 100 manat, iki uşağa görə cəmi 200 manat aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2014-cu ildə X5 və xx.xx.2017-ci ildə X6 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Rəşad uşaqlara baxmadığından və uşağın xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Rəşadla xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023-01013 saylı banşıq sazişi imzalanmışdır. Cavabdeh işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşlar ki, Maraqlı şəxs bir nəfər uşaqın saxlanılması üçün hər ay bir uşağa görə 100 manat alimenti ona özü ödəyəcəkdir. Lakin Rəşad barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi sazişi icra etməkdən yaymmışdır. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-ci ildə mediasiya prosesində MŞL/MT014/2023-01013 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs bir nəfər uşaqın saxlanılması hər ay hər bir uşağa görə 100 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasım məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinin təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X2 arasında 28 iyun 2014-cü il tarixdə Masallı rayon Gəyəçöl kənd ərazi nümayəndəliyində 09 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Həşimova soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, 13 iyul 2014-cü ildə Masallı şəhərində doğulmuş X3 atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, X6 02 may 2017-ci ildə doğulmuşdur. İş materiallarında olan 19 may 2023-cü il tarixli, MŞL/MT014/2023-01013 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) Ərizəçi (ikinci tərəf) Maraqlı şəxsdur. Tərəflər 2013-cü ildə faktiki nikah münasibətlərinə girərək ailə qurmuş və 29 iyun 2014-cı il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Bu nikahdan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 adlı iki uşaq doğulmuşdur. Son dövrlərdə Tərəflər arasındakı ailədaxil münasibətlər korlandığı üçün Tərəflər ayrılmış və hal-hazırda ayrı-ayrı ünvanlarda yaşayırlar. Ona görə də Ərizəçi aralarında yaranmış nikahın pozulması və uşaqların saxlanması üçün aliment təyin edilməsi mübahisəsinin həll edilməsi üçün mediasiyaya müraciət etmişdir. 18 may 2023-cü il tarixdə Tərəflərlə həmin mübahisə üzrə ilkin mediasiya sessiyası keçirildi və ilkin mediasiya sessiyası zamanı Tərəflər tələblərinin həcmini artıraraq, uşaqların ananın himayəsinə verilməsi və uşaqlarla ünsiyyətdə olmaq mübahisəsi üzrə də mediasiya prosesinin keçirilməsini tələb edərək, tam mediasiya sessiyasma keçmək barədə qərar qəbul etdilər. 19 may 2023-cü il tarixdə Tərəflərlə tam mediasiya sessiyası keçirildi. Tam mediasiya prosesi zamanı Tərəflər nikahın davam etdirilməsi barədə razıhğa gəlmədilər. Lakin uşaqların ananın himayəsinə verilməsi, uşaqların saxlanması üçün aliment təyin edilməsi və uşaqlarla ünsiyyətdə olmaq mübahisəsini həll edərək, aşağıdakı şərtlər daxilində razılığa gəlmişlər. Tərəflərin birgə uşaqları X5 və X6 anaları Ərizəçinm yanında saxlanılmaqla onun himayəsinə verilmişdir. X5 və X1 üçün, hər bir uşaq üçün 100 (yüz) manat sabit məbləğdə aliment müəyyən edilmişdir. X5 və X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün cari ilin iyun ayının 20dən başlayaraq, gələn hər ayın 20-dək 200 (iki yüz) manat məbləğində aliment Maraqlı şəxs tərəfındən bank kartı vasitəsilə Ərizəçi ödəniləcəkdir. Maraqlı şəxs uşaqları Fatimə Həşimova və Səmər Həşimova ilə görüşüb ünsiyyətdə olması üçün hər həftənin altıncı günü Tərəflər üçün əlverişli gün hesab edilir. Maraqlı şəxs hər hjftənin şənbə günü saat 10-00-da uşaqları Fatimə Həşimova və Səmər Həşimovanı anaları Ərizəçi təhvil alıb özü ilə aparır və həmin gün saat 18-00-da geri qaytararaq Ərizəçi qızma təhvil verməsi razılaşdırılmıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 20-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 14 iyun 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 19 may 2023-cü il tarixli, MŞL/MT014/2023-01013 nömrəli barışıq sazişi təsdiq edilsin. 20 iyun 2023-cü ildən başlayaraq Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2411/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2411/2023
24.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver