Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2432/2025 04.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Ərizəçi Səfərəlizadə (Rəsulova) Arzu Ruslan qızının Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilmiş işin halları: O, Maraqlı şəxs ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2023-cü il təvəllüdlü Səfərəlizadə Mehdi Səbuhi oğlu və xx.xx.2023-cü il təvəllüdlü X4 adlı iki uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən 12 aprel 2025-ci il tarixdə məhkəmə qətnaməsi ilə ayrılmışlar. Ayrıldıqdan sonra maraqlı şəxs uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Maraqlı şəxs ilə xx.xx.2024-cü ildə mediasiya prosesində MŞM/MT036/2024-00832 saylı barışıq sazişi imzamışlar. Lakin barışıq sazişi imzaladıqları vaxtdan bir neçə müddət keçsə də, sonradan qarşı tərəf sazişi icra etməkdən yayınmışdır. Odur ki, Maraqlı şəxs ilə mediasiya prosesində bağladıqları barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin tələbi: Maraqlı şəxs ilə xx.xx.2024-cü ildə mediasiya prosesində MŞM/MT036/2024-00832 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 250 manat, iki uşağa görə cəmi 500 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: Ərizəçi Səfərəlizadə (Rəsulova) Arzu Ruslan qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: MŞM/MT036/2024/00832 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişində tərəflər aşağıdakı şərtlər daxilində razılığa gəlmişlər: 1.xx.xx.2023-cü il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X4 anaları ikinci tərəf Səfərəlizadə (Rəsulova) Arzu Ruslan qızının yanında qalmaqla onun himayəsinə verilir.
2. Uşaqları yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə 250 manat (iki yüz əlli manat) məbləğində aliment müəyyən edilir. 3.xx.xx.2023-cü il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları 1-ci tərəf Maraqlı şəxs 2024-cü ilin noyabr ayını 15-dən 28-dək və gələn hər növbəti ayın da 15-dən 28-dək olan müddət ərzində hər bir uşağa görə 250 manat ( iki yüz əlli) olmaqla, cəmi 500 manat (beş yüz) məbləğində alimenti 2-ci tərəf Ərizəçi poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhtəsinə götürür. 4.1-ci tərəf Maraqlı şəxs uşaqlarla ünsiyyətdə olmaq məqsədilə 2024-cü ilin noyabr ayından başlayaraq, hər həftənin bazar günü saat 10:00-da xx.xx.2023-cü il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X3 anaları 2-ci tərəf Ərizəçi təhvil alıb, özü ilə aparır və saat 19:00-da geri qaytararaq analarına təhvil verir. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs və Ərizəçi nikahı Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-144/2025 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2018-ci il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində bağlanmış, 49 saylı nikah pozulmuş, xx.xx.2023-cü il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X4 anası Ərizəçi yanında saxlanılmışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommmersiya kollegiyalarının xx.xx.2024-cü il tarixli, 01/2024 №-li Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə qərardadının:
35. barışıq sazişi bağlayan tərəflər özləri həmin razılaşmanın qüvvəyə minməsi, yəni hüquqi müstəvidə etibarlı bir əqd kimi əmələ gəlməsi üçün onun məhz məhkəmə tərəfindən təsdiq olunmasını razılaşdıra bilərlər (belə razılaşma mediasiyada bağlanan sazişdə də nəzərdə tutula bilər). Yəni, tərəflər sazişi imzalasalar da, razılaşma yalnız məhkəmənin təsdiqindən sonra qüvvəyə minir və hüquqi nəticə yaradır. Bu zaman məhkəmə təsdiqetmə üçün zəruri olan prosessual məsələləri (sazişi imzalayan şəxslərin səlahiyyətlərini, barışığın qanuna zidd olub-olmamasını, üçüncü şəxsin hüquqlarını pozub-pozmamasını və s.) yoxlayır. Həmin xüsusatlar məhkəməyə təqdim olunmuş (görünən) məlumat və sənədlər əsasında aydınlaşdırılır. Təsdiqə mane olan hallar aşkar edilmədikdə barışıq məhkəmə tərəfindən təsdiqlənir.
39. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1).
47. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir.
İşə baxan məhkəmənin mövqeyi:
Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün 250 manat aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi xx.xx.2025-ci il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə
qət etdi: Ərizə təmin edilsin. MŞM/MT036/2024/00832 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. xx.xx.2023-cü il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq, Səfərəlizadə (Rəsulova) Arzu Ruslan qızına ödənilsin. Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X4 ilə hər həftənin bazar günü saat 10:00-dan 19:00-dək ünsiyyət hüququ müəyyən edilsin. Alimentin tutulması 2024-cü ilin noyabr ayından hesablansın. Qətnamə alimentin tutulması hissədə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.
Hakim: Ellara Abbasova