Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2441/2024 02.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı şəxs X13 Xidmət X2rşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci il tarixdə anadan olmuş oğlu X7 xx.xx.1977-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci ildə anadan olmuşdur və halhazırda Masallı rayonu Mahmudavar kəndində qeydiyyatda olmaqla yaşayır. xx.xx.1977-ci ildə anadan olmuş X9 onun oğludur. Oğlu xx.xx.1977-ci il tarixdə xəstəlikdən ölmüşdür. Oğlunu el adəti qaydasında Masallı rayonu, Mahmudavar kənd qəbristanlığında dəfn etmişlər. Oğlunu həmin qəbristanlığında dəfn etməyini şahidlər və ərizəyə əlavə edilmiş sənədlər təsdiq edir. Oğlu rəhmətə getdiyi zaman oğlunun ölümü ilə bağlı müvafiq olaraq tibb orqanlarına məlumat verməmişlər və onlara tibbi şəhadətnamə verilməmişdir. Göstərilən faktın təsdiq edilməsinə dair sənəd verən yeganə orqan tibbi rəy olmadığına görə həmin sənədin verilməsindən imtina etdiyindən ona oğlunun ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda ölüm haqqında sənəd bir çox sənədləşmə işlərində lazımdır. Odur ki, məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, ərizəçi onun həmkəndlisidir. X9 28 noyabr 1977-ci ildə xəstəlik səbəbindən ölmüşdür. Mərhum Masallı rayonu Mahmudavar kənd qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, mərhum onun qardaşı oğludur. X9 28 noyabr 1977-ci ildə xəstəlik səbəbindən ölmüşdür. Mərhum Masallı rayonu Mahmudavar kənd qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X9 22 avqust 1977-ci ildə Masallı rayonu Mahmudavar kəndində anadan olmuşdur. X5, anası Tahirova (Ağayeva) Şahzeynəb Səyyad qızıdır. İş materiallarında olan Masallı RİHB-nin Mahmudavar kənd İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-66-21/2-93/2024 nömrəli arayışda qeyd olunmuşdur ki, 22 avqust 1977-ci ildə Masallı rayonu Mahmudavar kəndində anadan olmuş X9 xx.xx.1977-ci il tarixdə vəfat etmiş və Masallı rayonu Mahmudavar kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan X13 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə verilmiş rəydən görünür ki, Ərizəçi vəfat etmiş oğlu X7 ölümünün qeydə alınması barədə ərizənin qəbulundan imtina edilmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X3 arasında 08 aprel 1975-ci il tarixdə Masallı rayon Mahmudavar kənd sovetliyində 09 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Ağayeva soyadı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1 və 8.2-ci bəndlərinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X7 28 noyabr 1977-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetrilir. Ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir. Odur ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 22 avqust 1977-ci ildə Masallı rayonu Mahmudavar kəndində doğulmuş X7 28 noyabr 1977-ci ildə Masallı rayonu Mahmudavar kəndində ölməsi faktı müəyyən edilsin. Müvafiq qeydiyyatın aparılması üçün qətnamənin surəti Masallı rayon qeydiyyat şöbəsinə rəsmi qaydada göndərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2441/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2441/2024
02.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver