Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2455/2024 19.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 18 aprel 2024-cü il tarixli, MŞB/2-00414/2024 saylı mediasiya sazişinin 1-ci bəndinə əsasən Maraqlı şəxs tərəfindən Bakı şəhəri, Xudu Məmmədov küçəsində yerləşən yeni yikili binada olan 3 otaqlı 100 kv.m sahəsi olan mənzildən 1/2 hissədəki payını onun adına özgəninkiləşirilməli olduğu hissədə təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs tələbi qəbul etməyərək bildirdi ki, tərəflər arasında eyni mübahisə ilə bağlı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında e-2(011)- 2689/2024 saylı mülki iş vardır. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə teleqramla müraciət edərək, yolun uzaqlığı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və onun iştirakı olmdan işə baxıb qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2 (011)-2689/2024 saylı mülki işin iddia ərizəsindən görünür ki, iddiaçı Ərizəçi Maraqlı şəxs qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildə; ünvan 2nda "xxxx" MTK-dan müqavilə əsasında əldə edilmiş 6-cı bina, 1-ci mərtəbədə yerləşən 52 kv.m olan qeyri yaşayış sahəsində olan paylar naturada bölünməklə, həmin daşınmaz əmlakların 1/2 hissəsində cavabdeh Maraqlı şəxs ilə paylarının ayrılmalı, naturada bölgü mümkün olmazsa ünvan 1 ünvanında yerləşən mənzil; ünvan 2nda "xxxx" MTK-dan müqavilə əsasında əldə edilmiş 6-cı bina, 1-ci mərtəbədə yerləşən 52 kv.m olan qeyri yaşayış sahəsi, ** MD *** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ VİTO MİNİK” markalı avtomobil, 1 ədəd 50 qram çəkisi olan külçə, 1 ədəd ağ qızıl komplekt və 1 ədəd qızıl saat hərracdan satılmalı və satışdan əldə olunmuş vəsait tərəflərin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2 (011)-2689/2024 saylı mülki işin qarşılıqlı iddia ərizəsindən görünür ki, Maraqlı şəxs Ərizəçi qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri və məhkəmə qərarı ilə tanınmış ünvan 3 ünvanında yerləşən mənzilin naturada bölünməsi, 1/2 hissədə pay hissəsinə görə kompensasiyasının ödənilməsi, bu mümkün olmadıqda məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib sürətdə bölünməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, e-2(011)-2689/2024 saylı qərardadından görünür ki, Maraqlı şəxs Ərizəçi qarşı qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə işin bu hallarını nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-2689/2024 saylı mülki işin iddia ərizəsindən, qarşılıqlı iddia ərizəsindən və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, e-2(011)-2689/2024 saylı qərardadından görünür ki, tərəflər arasında hazırki mübahisə ilə bağlı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında iş vardır. Göstərilənlərə əsasən və MPM-in 259.0.4, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2455/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2455/2024
19.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver