Məhkəmə qərarları › İş №2(050)-2487/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2487/2023

03.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2487/2023 03.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya qrumu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay sabit pul məbləğində 90 manat aliment pulunun onun xeyrinə Maraqlı şəxs tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh əri Maraqlı şəxs ilə el adəti qaydasında toy etdirməklə ailə həyatı qurmuşdur. Yaşadıqları müddət ərzində xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı iki nəfər uşaqları olmuşdur. Lakin Fatimənin atalığı qanunla müəyyən edilməmişdir. Cavabdeh ərinin təqsiri üzündən ayrılmışlar. Uşaq onun himayəsindədir. Yarıldıqları vaxtdan bir müddət Maraqlı şəxs uşaqlara maddi yardım etmişdir. Lakin sonradan uşaqlara baxmadığı üçün aliment tələbi ilə bağlı Mediasiya qrumuna müraciət etmişdir. Mediasiya prosesi zamanı cavabdehlə aralarında barışıq sazişi imzalanmışdır. Bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən cavabdeh bir uşağın yetkinlik yaşınaq çatana kimi saxlanılması üçün bir uşağa görə 90 manat aliment ödəməyə razılaşmışdır. Cavabdeh həmin müddətdən alimenti ödəmişdir. Lakin xx.xx.2023-cü il tarixdən barışıq sazişi ilə nəzərdə tutulmuş alimenti ödəmir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Həmişə olduğu kimi cavabdeh bu dəfədə verdiyi sözə əməl etməyərək barışıq sazişinin şərtlərini yerinə yetirmir. Ona görə də, məhkəməyə müraciət etməyi qərara almışdır. O, azyaşlı uşaqlara görə heç bir yerdə işləyə bilmir, heç bir yerdən gəliri yoxdur, həm də ona münasib iş yoxdur. İki nəfər azyaşlı uşaqları maddi cəhətdən təmin edə bilmir. Cavabdeh bir ata kimi uşaqlarına baxmağa onlara qayğı göstərməyə uşaqların maddi tələbatlarını təmin etməyə borcludur. Bu qanunun tələblərindən biridir. Odur ki, bütün sadaladıqlarımı nəzərə alıb məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Masallı rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, Masallı rayon Qeydiyyat şöbəsinin arxivində X1 atalıq haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X4 13 fevral 2017-ci ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 2(050)-2292/2021 nömrəli, 02 avqust 2021-ci il tarixli qətnamdən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 25 may 2009-cu il tarixdə Masallı Rayon İHB-nın Boradigah qəsəbə ərazi nümayəndəliyinə nikahın bağlanılması barədə akt qeydləri kitabında 35 nömrə ilə qeydə alınmış nikahın pozulması, 13 mart 2007-ci il təvəllüdlü Muxtarova Fatimə və 13 fevral 2017-ci il təvəllüdlü X4 anaları Ərizəçi yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan 09 mart 2022-ci il tarixli, MŞİH-15551 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) Ərizəçi (ikinci tərəf) Maraqlı şəxsdur. Tərəflər Maraqlı şəxs və Ərizəçi yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment təyin edilməsi mübahisəsini həll edərək, aşağıdakı şərtlər daxilində razılığa gəlmişlər. X3 və X4 yetkinlik yaşına çatana qədər hər bir uşaq üçün 90 (doxsan) manat sabit məbləğdə aliment müəyyən edilir. X3 və X4 yetkinlik yaşına çatana qədər, 2022-ci ilin mart ayından başlayaraq, hər ayın sonuna qədər, hər bir uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 180 (yüz səksən) manat məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 23 iyun 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 09 mart 2022-ci il tarixli, MŞİH-15551 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 may 2023-cü ildən başlayaraq Maraqlı şəxs 13 fevral 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 90 (doxsan) manat aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar