Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2503/2023 27.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cehiz əmlakları olan 1000 manat dəyərində 128 ekran “Shivaki” markalı televizorun, 120 manat dəyərində “Eurolux” markalı tozsoran, 110 manat dəyərində “Eurolux” markalı elektrikli soba, 80 manat dəyərində “Eurolux” markalı ət maşını, 70 manat səyərində “Eurolux” markalı miksel, 50 manat dəyərində “Eurolux” markalı sokçəkən, 28 manat dəyərində blender, 14 manat dəyərində soğançəkən, 50 manat dəyərində ütü, 50 manat dəyərində ütü altlığı, 50 manat dəyərində 2 ədəd naçnik, 50 manat dəyərində DVD, 4500 manat dəyərində mebel-yataq-qonaq dəsti, 360 manat dəyərində 2 ədəd iri xalça, 100 manat dəyərində 1 ədəd girdə xalça, 60 manat dəyərində 2 ədəd balaca girdə xalça, 180 manat dəyərində qonaq otağı üçün 2 ədəd pərdə, 90 manat dəyərində yataq otağı üçün 1 ədəd pərdə, 30 manat dəyərində taxt üstlüyü, 40 manatdəyərində künc divan üstüyü, 70 manat dəyərində paltar qurutma asqısı, 100 manat dəyərində böyük stol və balaca stol üstlüyü, 30 manat dəyərində 1 ədəd ağ stol üstü, 30 manat dəyərində 3 ədəd süfrə, 28 manat dəyərində 12 ədəd dəsmal, 50 manat dəyərində 24 ədəd çay dəsmalı, 10 manat dəyərində qab süfrəsi, 190 manat dəyərində 7 ədəd çexol dəsti, 40 manat dəyərində taxt ədyalı, 30 manat dəyərində tək ədyal, 130 manat dəyərində taxt üstü, 30 manat dəyərində böyük yorğan, 60 manat dəyərində taxt döşəyi, 40 manat dəyərində tək döşək, 60 manat dəyərində 6 ədəd nalça, 30 manat dəyərində 6 ədəd balış, 10 manat dəyərində 2 ədəd paltar setkası, 6 manat dəyərində 2 ədəd dəmir vedrə, 30 manat dəyərində 4 ədəd podnos, 50 manat dəyərində 3 ədəd güzgülü podnos, 50 manat dəyərində 1 ədəd gümüş podnos, 30 manat dəyərində 1 ədəd çüyün qazan, 50 manat dəyərində 1 ədəd çüyün ağ xallı qazan, 20 manat dəyərində çüyün ləyən, 20 manat dəyərində çüyün vedrə, 20 manat dəyərində çüyün balon, 50 manat dəyərində tefal qazan, 45 manat dəyərində tefal qazan güllü, 60 manat dəyərində nikkelli qazan dəsti, 5 manat dəyərində 2 ədəd balaca külqabı, 10 manat dəyərində 2 ədəd lak ləyən, 10 manat dəyərində dəmir ləyən, 15 manat dəyərində 3 ədəd paltar şotkası, 120 manat dəyərində 1 ədəd 8 şamlı lüstür, 120 manat dəyərində 2 ədəd 6 şamlı lüstür, 10 manat dəyərində iri süzgəc, 6 manat dəyərində balaca süzgəc, 15 manat dəyərində 6 ədəd şiş, 20 manat dəyərində 12 ədəd armudu stakan, 24 manat dəyərində 24 ədəd çay stəkanı, 20 manat dəyərində ağ çaşqa dəsti, 10 manat dəyərində su stəkan dəsti, 15 manat dəyərində 12 ədəd armudu nəlbəki, 24 manat dəyərində 24 ədəd nəlbəki, 20 manat dəyərində tefal termos, 70 manat dəyərində elekrtikli su termosu, 12 manat dəyərində 6 ədəd qəndqabı, 7 manat dəyərində 1 ədəd qəndqabı, 6 manat dəyərində 2 ədəd mürəbbəqabı, 5 manat dəyərində 2 ədəd mürəbbəqabı, 6 manat dəyərində 6 ədəd razetka, 25 manat dəyərində 1 ədəd su bakalı, 30 manat dəyərində su naboru, 10 manat dəyərində 2 ədəd ləpəqabı, 16 manat dəyərində böyük çörəkqabı, 10 manat dəyərində meyvə yuyan, 15 manat dəyərində soyuducuqabı, 20 manat dəyərində dəst soyuducuqabı, 10 manat dəyərində böyük zibil qabı, 10 manat dəyərində 2 ədəd balaca zibil qabı, 30 manat dəyərində ədviyyat qabı, 10 manat dəyərində 3 ədəd ədviyyat qabı, 15 manat dəyərində qabyuyan setka, 8 manat dəyərində 6 ədəd şəffaf fincan, 12 manat dəyərində 6 ədəd şəffaf şirniyyatqabı, 8 manat dəyərində şəffaf maskur, 12 manat dəyərində 2 ədəd salfetka qabı, 8 manat dəyərində 12 ədəd armudu stakan, 25 manat dəyərində 18 ədəd paltarasan, 120 manat dəyərində qızılı süfrəqabı, 60 manat dəyərində 6 ədəd tortqabı, 260 manat dəyərində nahar dəsti, 45 manat dəyərində xrustal rumka, 60 manat dəyərində xrustal rumka, 40 manat dəyərində xurustal rumka, 50 manat dəyərində xrustal rumka, 35 manat dəyərində ağ qaşlı rumka, 50 manat dəyərində ağ qaşlı su naboru, 85 manat dəyərində xrustal güldan, 80 manat dəyərində xrustal meyvəqabı, 20 manat dəyərində 2 ədəd şirniyyatqabı, 10 manat dəyərində sadə rumka, 40 manat dəyərində 24 ədəd su bakalı, 20 manat dəyərində 12 ədəd sadə su bakalı, 10 manat dəyərində meyvəqabı, 30 manat dəyərində tortqabı, 28 manat dəyərində şirniyyatqabı, 18 manat dəyərində ləpəqabı, 18 manat dəyərində yarpaq qabı, 10 manat dəyərində 2 ədəd külqabı, 5 manat dəyərində külqabı, 50 manat dəyərində keramika qazan dəsti, 20 manat dəyərində alüminium tək qazan, 70 manat dəyərində tökmə qazan dəsti, 20 manat dəyərində tək tefal tava, 30 manat dəyərində bıçaq dəsti, 50 manat dəyərində keramika bıçaq dəsti, 6 manat dəyərində 2 ədəd tək bıçaq, 40 manat dəyərində qaşıq dəsti, 30 manat dəyərində əlavə qaşıq dəsti, 5 manat dəyərində taxta qaşıq dəsti, 30 manat dəyərində tefal çömçə dəsti, 30 manat dəyərində çömçə sadə dəsti, 20 manat dəyərində çüyün qəfədan, 20 manat dəyərində çüyün qırmızı qəfədan, 10 manat dəyərində sarı qəfədan, 28 manat dəyərində üst-üstə çaynik dəsti, 30 manat dəyərində çüyün ağ qəfədan, 3 manat dəyərində balaca şüşə çaynik, 6 manat dəyərində böyük şüşə çaynik, 60 manat dəyərində qab dəsti, 50 manat dəyərində kvadrat qab dəsti, 30 manat dəyərində 6 ədəd bulud, 12 manat dəyərində ayaqlı cüt qəndqabı, 10 manat dəyərində qəndqabı, 7 manat dəyərində salatqabı, 8 manat dəyərində 2 ədəd konfetqabı, 5 manat dəyərində qaşıq qabı, 15 manat dəyərində tort bişirən kvadrat tava, 15 manat dəyərində tort bişirən dairəvi tava, 10 manat dəyərində 3 ədəd soyuducuqabı, 50 manat dəyərində hündür ləpəqabı, 10 manat dəyərində şəffaf maskur, 15 manat dəyərində 3 ədəd mətbəx taxtası, 3 manat dəyərində tyorka, 15 manat dəyərində lak armudu stəkan, 10 manat dəyərində 2 ədəd sadə meyvəqabı, 8 manat dəyərində 2 ədəd çay-şəkərqabı, 18 manat dəyərində 6 ədəd bulud qaşıq, 6 manat dəyərində duzqabı, 10 manat dəyərində 6 ədəd duzqabı, 7 manat dəyərində 3 ədəd duzqabının, qızıl-zinət əşyaları olan 2000 manat dəyərində 1 ədəd 25 qram çəkidə 585 əyyarlı brilliant kole dəstinin, 160 manat dəyərində 1 ədəd 2 qram çəkidə 585 əyyarlı sep, 1600 manat dəyərində 20 qram çəkidə 583 əyyarlı sep-qolbaq dəsti, 500 manat dəyərində 5 qram çəkidə 583 əyyarlı 1 ədəd nişan üzüyü, 400 manat dəyərində 5 qram çəkidə 585 əyyarlı 1 ədəd ürək formalı klon, 160 manat dəyərində 2 qram çəkidə 583 əyyarlı 1 ədəd paxlava üzük, 160 manat dəyərində 2 qram çəkidə 583 əyyarlı 1 ədəd halqa üzük, 320 manat dəyərində 4 qram çəkidə 583 əyyarlı 1 ədəd qaşlı üzük, 210 manat dəyərində 2,6 qram çəkidə 585 əyyarlı 1 ədəd sepli sırğa, 40 manat dəyərində 0,5 qram çəkidə 583 əyyarlı 1 ədəd muncuqlu qolbağın, əmlakları olmadığı təqdirdə onların dəyəri olan 17335 manat və ödənilmiş 160 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, əri Elburus Hüseynovla rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından övladları olmamışdır. Birgə nikahda olarkən cehiz əmlakarı və qızıl-zinət əşyalarını Elburus Hüseynovun Bakı şəhərində yerləşən evinə yerləşdirmişdilər. Bir müddət mehriban yaşaslar da, sonradan ailə daxili narazılıqlar səbəbindən bir neçə dəfə ayrılıb barışmışlar. Sonradan yenidən münasibətləri pisləşmiş və nikahları məhkəmədən kənar Masallı Rayon Qeydiyyat şöbəsində pozulmuşdur. Lakin cehiz əmlakları və qızıl-zinət əşyaları cavabdehlərin Bakı şəhərindəki evlərindədir. Dəfələrlə əmlaklarını cavabdehlərdən tələb etsə də, heç bir nəticəsi olmamışdır. Lakin keçmiş əri Elburus Hüseynov qızıl-zinət əşyalarından 1 ədəd 5 qramlıq 583 əyyarlı qızıl bilərziyi, 1 ədəd qızıl qadın üzüyünü, 1 ədəd oğlana verilən birliyant nişan üzüyünü nikahıları pozulduqdan sonra ona qaytarmışdır. Digər qızıl-zinət əşyalarını istədikdə isə verməmişdilər və bildirmişdilər ki, həmin qızıl-zinət əşyalarının pulunu onlar verdiyinə görə qızıllar onlara məxsusdur. O, gəlin köçdüyü vaxt ona valideynləri, qohumları tərəfindən müxtəlif cehiz əmlak və toy hədiyyəsi kimi həm valideynləri, qohumları, həmdə oğlan evi tərəfindən qızıl-zinət əşyaları verilmişdir. Lakin ailə münasibətləri pozulduqdan sonra həmin əmlakları cavabdehin evində qalmışdır. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 225.2-ci maddələrinə istinad edilmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də məhkəmə iclasına gəlməmişdilər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehlərə çatdırılması üçün onların məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmiş, həmçinin 16 oktyabr 2023-cü il tarixdə məhkəmə iclasının katibi cavabdehlərdən Cavabdeh2 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxlayaraq, məhkəmə iclasının 27 oktyabr 2023-cü il tarixə, saat 15:00-a təyin edilməsi barədə ona məlumat vermişdir. Bununla bağlı telefonoqramma tərtib edilmiş və iş materiallarına əlavə edilmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğuna izahat verərək, əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış barışıq sazişindən sonra qızıl-zinət əşyalarından bəziləri iddiaçıya qaytarılmışdır. Bu səbəbdən də həmin əşyalar tələb edilmir. Sonda Vəkil iddianın təmin edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(050)-84/2023 saylı qərardadından görünür ki, müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İmadəddin Nəsimi küçəsində yerləşən iki mərtəbəli evdə olan televizor 128 ekran “Shivaki” 1000 manat, tozsoran “Eurolux” 120 manat, elektrikli soba “Eurolux” 110 manat, ət maşını “Eurolux” 80 manat, miksel “Eurolux” 70 manat, sokçəkən “Eurolux” 50 manat, blender 28 manat, soğançəkən 14 manat, ütü 50 manat, ütü altlığı 50 manat, 2 ədəd naçnik 50 manat, DVD 50 manat, mebel-yataq-qonaq dəsti 4500 manat, 2 ədəd iri xalça 360 manat, 1 ədəd girdə xalça 100 manat, 2 ədəd balaca girdə xalça 60 manat, qonaq otağında 2 ədəd pərdə 180 manat, yataq otağında 1 ədəd pərdə 90 manat, taxt üstlüyü 30 manat, künc divan üstüyü 40 manat, paltar qurutma asqısı 70 manat, böyük stol və balaca stol üstlüyü 100 manat, 1 ədəd ağ stol üstü 30 manat, 3 ədəd süfrə 30 manat, 12 ədəd dəsmal 28 manat, 24 ədəd çay dəsmalı 50 manat, qab süfrəsi 10 manat, 7 ədəd çexol dəsti 190 manat, taxt ədyalı 40 manat, tək ədyal 30 manat, taxt üstü 130 manat, böyük yorğan 30 manat, taxt döşəyi 60 manat, tək döşək 40 manat, 6 ədəd nalça 60 manat, 6 ədəd balış 30 manat, 2 ədəd paltar setkası 10 manat, 2 ədəd dəmir vedrə 6 manat, 4 ədəd podnos 30 manat, 3 ədəd güzgülü podnos 50 manat, 1 ədəd gümüş podnos 50 manat, 1 ədəd çüyün qazan 30 manat, 1 ədəd çüyün ağ xallı qazan 50 manat, çüyün ləyən 20 manat, çüyün vedrə 20 manat, çüyün balon 20 manat, tefal qazan 50 manat, tefal qazan güllü 45 manat, nikkelli qazan dəsti 60 manat, 2 ədəd balaca külqabı 5 manat, 2 ədəd lak ləyən 10 manat, dəmir ləyən 10 manat, 3 ədəd paltar şotkası 15 manat, 1 ədəd 8 şamlı lüstür 120 manat, 2 ədəd lüstür 6 şamlı 120 manat, iri süzgəc 10 manat, balaca süzgəc 6 manat, 6 ədəd şiş 15 manat, 12 ədəd armudu stakan 20 manat, 24 ədəd çay stakanı 24 manat, ağ çaşqa dəsti 20 manat, su stəkan dəsti 10 manat, 12 ədəd armudu nəlbəki 15 manat, 24 ədəd nəlbəki 24 manat, tefal termos 20 manat, elekrtikli su termosu 70 manat, 6 ədəd qəndqabı 12 manat, 1 ədəd qəndqabı 7 manat, 2 ədəd mürəbbəqabı 6 manat, 2 ədəd mürəbbəqabı 5 manat, 6 ədəd razetka 6 manat, 1 ədəd su bakalı 25 manat, su naboru 30 manat, 2 ədəd ləpəqabı 10 manat, çörəkqabı böyük 16 manat, meyvə yuyan 10 manat, soyuducuqabı 15 manat, soyuducuqabı dəst 20 manat, böyük zibil qabı 10 manat, 2 ədəd balaca zibil qabı 10 manat, ədviyyat qabı 30 manat, 3 ədəd ədviyyat qabı 10 manat, qab qurudan 15 manat, 6 ədəd şəffaf fincan 8 manat, 6 ədəd şəffaf şirniyyatqabı 12 manat, maskur şəffaf 8 manat, 2 ədəd salfetka qabı 12 manat, 12 ədəd armudu stakan 8 manat, 18 ədəd paltarasan 25 manat, qızılı süfrəqabı 120 manat, 6 ədəd tortqabı 60 manat, abedni dəsti 260 manat, xrustal rumka 45 manat, xrustal rumka 60 manat, xurustal rumka 40 manat, xrustal rumka 50 manat, rumka ağ qaşlı 35 manat, ağ qaşlı su naboru 50 manat, xrustal güldan 85 manat, xrustal meyvəqabı 80 manat, 2 ədəd şirniyyatqabı 20 manat, sadə rumka 10 manat, 24 ədəd su bakalı 40 manat, 12 ədəd sadə su bakalı 20 manat, meyvəqabı 10 manat, tortqabı 30 manat, şirniyyatqabı 28 manat, ləpəqabı 18 manat, yarpaq qabı 18 manat, 2 ədəd külqabı 10 manat, külqabı 5 manat, keramika qazan dəsti 50 manat, alüminium tək qazan 20 manat, tökmə qazan dəsti 70 manat, tək tefal tava 20 manat, bıçaq dəsti 30 manat, keramika bıçaq dəsti 50 manat, 2 ədəd tək bıçaq 6 manat, qaşıq dəsti 40 manat, əlavə qaşıq dəsti 30 manat, taxta qaşıq dəsti 5 manat, tefal çömçə dəsti 30 manat, çömçə dəsti sadə 30 manat, çüyün qəfədan 20 manat, çüyün qırmızı qəfədan 20 manat, sarı qəfədan 10 manat, üst-üstə çaynik dəsti 28 manat, ağ qəfədan çüyün 30 manat, şüşə çaynik balaca 3 manat,böyük şüşə çaynik 6 manat, qab dəsti 60 manat, kvadrat qab dəsti 50 manat, 6 ədəd bulud 30 manat, ayaqlı cüt qəndqabı 12 manat, qəndqabı 10 manat, salatqabı 7 manat, 2 ədəd konfetqabı 8 manat, qaşıq qabı 5 manat, tort bişirən tava kvadrat 15 manat, tort bişirən tava dairəvi 15 manat, 3 ədəd soyuducuqabı 10 manat, ləpəqabı hündür 50 manat, maskur şəffaf 10 manat, 3 ədəd mətbəx taxtası 15 manat, tyorka 3 manat, lak armudu stəkan 15 manat, 2 ədəd sadə meyvəqabı 10 manat, 2 ədəd çay-pesokqabı 8 manat, 6 ədəd bulud qaşığı 18 manat, duzqabı 6 manat, 6 ədəd duzqabı 10 manat, 3 ədəd duzqabı 7 manat dəyərində olan cehiz əmlaklara həbs qoyularaq özgəninkiləşdirilməsi qadağan edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(050)-84/2023 saylı icra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixli “İcraata xitam verilməsi haqqında” qərarla xitam verilmişdir. Həmin qərara əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilir ki, “...Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(050)-84/2023 saylı icra vərəqəsinə əsasən icra vərəqəsində göstərilən əmlakların üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsi qadağan edilməlidir. İcra sənədini icra etmək məqsədilə icra sənədində göstərilən əmlakların saxlanıldığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Nəsimi kçəsində yerləşən fərdi yaşayış evinə gəlmişdilər. Ünvanda olan zaman tərəflər təyin olunmuş icra yerində iştirak etmişdilər. İcra sənədinin tələbləri tərəflərə izah olunmuşdur. Bundan sonra icra tədbirləri davam etdirilərək ünvanda İddiaçı məxsus əmlaklara baxış keçirilmişdir. Baxış zamanı icra sənədində qeyd olunan əmlaklardan 3 ədəd güzgülü padnosdan başqa digər əmlaklar ünvanda olmuşdur. Tələbkar özünə məxsus əmlaklara baxış keçirmiş və bundan sonra əmlakların üzərinə həbs qoyularaq, həmin əmlakların özgəninkiləşdirilməsi qadağan olunmuşdur. Bununla əlaqədar akt tərtib olunaraq icra işinə əlavə edilmişdir.” X1 və “Almaz” qızıl dükanının direktoru X3 (VÖEN **********) tərəfindən imzalanmış mütəxəssis rəyindən görünür ki, İddiaçı tələb etdiyi qızıl-zinət əşyalarından 1 ədəd 25 qram çəkidə 585 əyyarlı birliyant kole dəstinin qiyməti 2000 manat, 1 ədəd 2 qram çəkidə 585 əyyarlı sepin qiyməti 160 manat, 1 ədəd 5,6 qram çəkidə 583 əyyarlı kişi üzüyünün qiyməti 450 manat, 2 ədəd 20 qram çəkidə 583 əyyarlı sep-qolbaq dəstinin qiyməti 1600 manat, 5 qram çəkidə 583 əyyarlı 1 ədəd nişan üzüyünün qiyməti 500 manat, 5 qram çəkidə 585 əyyarlı 1 ədəd ürək formalı klonun qiyməti 400 manat, 2 qram çəkidə 583 əyyarlı 1 ədəd paxlava üzüyün qiyməti 160 manat, 2 qram çəkidə 583 əyyarlı 1 ədəd halqa üzüyün qiyməti 160 manat, 4 qram çəkidə 583 əyyarlı 1 ədəd göy qaşlı üzüyün qiyməti 320 manat, 2,6 qram çəkidə 585 əyyarlı 1 ədəd sepli sırğanın qiyməti 210 manat, 0,5 qram çəkidə 583 əyyarlı 1 ədəd muncuqlu qolbağın qiyməti 40 manat, 5 qram çəkidə 583 əyyarlı 1 ədəd bilərziyin qiyməti 400 manat, 2,7 qram çəkidə 583 əyyarlı 1 ədəd tək qaşlı üzüyün qiyməti 220 manat, cəmi 6620 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, MŞL-00418 saylı barışıq sazişində göstərilir ki, “... 2.1.1. İkinci tərəf X2 bu saziş imzalandıqdan sonra 15 gün müddətində birinci tərəf İddiaçı hədiyyə edilmiş 1 ədəd 585 əyyar qızıl sep, 1 dəst 585 əyyar qızıl bilərzik və sepi, 1 dəst briliyant kole dəsti (dəstə aiddir 1 ədəd qolbaq, 1 ədəd sep, 1 cüt sırğa və 1 ədəd üzük), 1 ədəd 9 qaş qızıl nişan üzüyü, 1 ədəd göz formasında qızıl üzük, 1 ədəd brilliant qaş üzük, 1 ədəd qızıl halqa üzük, 1 ədəd qızıl ürək formasında klon və 1 ədəd paxlava formasında üzük, daha sonra İddiaçı anası tərəfindən hədiyyə edilmiş 1 ədəd qızıl sepli sırğa, 1 ədəd oğlana verilən brilliant nişan üzüyü, 1 ədəd 7 qramlıq bilərzik və 1 ədəd qızıl qadın üzüyünü İddiaçı qaytaracaqdır.” Ödəniş qəbzlərindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat pul ödəmişdir. İddiaçının tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu 3 komponentin hamısının mövcudluğu iddianın təmin edilən hissəsinə münasibətdə öz təsdiqini tapmışdır. Bu halı Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(050)- 84/2023 saylı qərardadının icrası ilə əlaqədar görülmüş icra tədbirləri də təsdiq edir. Belə ki, qərardadının icrası ilə bağlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, “...Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(050)-84/2023 saylı icra vərəqəsinə əsasən icra vərəqəsində göstərilən əmlakların üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsi qadağan edilməlidir. İcra sənədini icra etmək məqsədilə icra sənədində göstərilən əmlakların saxlanıldığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Nəsimi kçəsində yerləşən fərdi yaşayış evinə gəlmişdilər. Ünvanda olan zaman tərəflər təyin olunmuş icra yerində iştirak etmişdilər. İcra sənədinin tələbləri tərəflərə izah olunmuşdur. Bundan sonra icra tədbirləri davam etdirilərək ünvanda İddiaçı məxsus əmlaklara baxış keçirilmişdir. Baxış zamanı icra sənədində qeyd olunan əmlaklardan 3 ədəd güzgülü padnosdan başqa digər əmlaklar ünvanda olmuşdur. Tələbkar özünə məxsus əmlaklara baxış keçirmiş və bundan sonra əmlakların üzərinə həbs qoyularaq, həmin əmlakların özgəninkiləşdirilməsi qadağan olunmuşdur.” Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(050)-84/2023 saylı qərardadının icrası ilə bağlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda mövcud olmayan əmlak kimi göstərilmiş - 3 ədəd güzgülü padnosa münasibətdə məhkəmə bildirir ki, həmin əşyaların cehiz əmlaklar olaraq aparılması işin araşdırılması zamanı təsdiqini tapmamışdır. Bununla bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Məhkəmə tələb edilən qızıl-zinət əşyalarına (40 manat dəyərində 0,5 qram çəkidə 583 əyyarlı 1 ədəd muncuqlu qolbaq istisna olmaqla) münasibətdə bildirir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞL-00418 saylı barışıq sazişi ilə sonuncu qızıl-zinət əşyalarının onlarda olmasını etiraf etmiş və barışıq sazişi imzalandıqdan sonra onların 15 gün müddətində iddiaçıya qaytarılması barədə öhdəlik götürmüşdür. İddiaçı iddia ərizəsində həmin qızıl-zinət əşyalarından bəzilərinin qaytarıldığını bildirir. Sübutların bölgüsü baxımından cavabdeh tərəf xx.xx.2022-ci il tarixli, MŞL-00418 saylı barışıq sazişi imzalandıqdan sonra barışıq sazişində qeyd edilmiş hazırda iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının qaytarılmasını sübut etməlidir. Lakin iş materiallarında həmin əşyaların qaytarılması barədə sübut yoxdur, həmçinin işin araşdırılması zamanı da bu hal sübuta yetirilməmişdir. İddiaçının tələb etdiyi 40 manat dəyərində 0,5 qram çəkidə 583 əyyarlı 1 ədəd muncuqlu qolbağa münasibətdə isə məhkəmə bildirir ki, iddiaçı tərəfindən həmin əşyanın ümumiyyətlə məxsus olması, məxsus olmuşdursa onun mülkiyyəti olması, həmin əşyaya qarşı tərəfin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulması sübut edilməlidir. Həmin hallar isə sübuta yetirlməmişdir. Məhkəmə tələb edilən qızıl-zinət əşyalarının dəyərinə münasibətdə bildirir ki, cavabdehlər qızıl-zinət əşyalarının dəyərini mübahisələndirməmişdilər, bununla bağlı əlavə araşdırmanın aparılmasını (mütəxəssis, ekspert rəyinin alınması ilə bağlı vəsatət və s.) tələb etməmişdilər, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyini də mübahisələndirməmişdilər. Məhkəmə tərəfindən də əşyaların dəyəri ilə bağlı ekspertiza təyin edilməsi məqbul hesab edilməmişdir. Belə ki, ilk növbədə bununla bağlı tərəflər arasında mübahisə yoxdur, ikincisi tələb edilən qızıl-zinət əşyalarının mövcud olubolmaması müəyyən deyil, belə bir vəziyyətdə ekspertə təqdim edilməyən əşyalar barəsində onun rəy verib-verməməsi və ya şəkil görüntülərinə əsasən verilmiş rəyin də reallığı nə dərəcədə əks etdirməsi müəyyən suallar doğur. Mövcud şərtlər daxilində məhkəmə tələb edilən qızıl-zinət əşyalarının dəyərini işdə olan mütəxəssis rəyinə əsasən qiymətləndirmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən dövlət rüsumuna və mediasiya xərcinə görə ödənilmiş pul vəsaitinin 139.47 manat hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qalan məhkəmə xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. İddiaçı məxsus olan 1000 manat dəyərində 128 ekran “Shivaki” markalı televizor, 120 manat dəyərində “Eurolux” markalı tozsoran, 110 manat dəyərində “Eurolux” markalı elektrikli soba, 80 manat dəyərində “Eurolux” markalı ət maşını, 70 manat səyərində “Eurolux” markalı miksel, 50 manat dəyərində “Eurolux” markalı sokçəkən, 28 manat dəyərində blender, 14 manat dəyərində soğançəkən, 50 manat dəyərində ütü, 50 manat dəyərində ütü altlığı, 50 manat dəyərində 2 ədəd naçnik, 50 manat dəyərində DVD, 4500 manat dəyərində mebel-yataq-qonaq dəsti, 360 manat dəyərində 2 ədəd iri xalça, 100 manat dəyərində 1 ədəd girdə xalça, 60 manat dəyərində 2 ədəd balaca girdə xalça, 180 manat dəyərində qonaq otağı üçün 2 ədəd pərdə, 90 manat dəyərində yataq otağı üçün 1 ədəd pərdə, 30 manat dəyərində taxt üstlüyü, 40 manatdəyərində künc divan üstüyü, 70 manat dəyərində paltar qurutma asqısı, 100 manat dəyərində böyük stol və balaca stol üstlüyü, 30 manat dəyərində 1 ədəd ağ stol üstü, 30 manat dəyərində 3 ədəd süfrə, 28 manat dəyərində 12 ədəd dəsmal, 50 manat dəyərində 24 ədəd çay dəsmalı, 10 manat dəyərində qab süfrəsi, 190 manat dəyərində 7 ədəd çexol dəsti, 40 manat dəyərində taxt ədyalı, 30 manat dəyərində tək ədyal, 130 manat dəyərində taxt üstü, 30 manat dəyərində böyük yorğan, 60 manat dəyərində taxt döşəyi, 40 manat dəyərində tək döşək, 60 manat dəyərində 6 ədəd nalça, 30 manat dəyərində 6 ədəd balış, 10 manat dəyərində 2 ədəd paltar setkası, 6 manat dəyərində 2 ədəd dəmir vedrə, 30 manat dəyərində 4 ədəd podnos, 50 manat dəyərində 1 ədəd gümüş podnos, 30 manat dəyərində 1 ədəd çüyün qazan, 50 manat dəyərində 1 ədəd çüyün ağ xallı qazan, 20 manat dəyərində çüyün ləyən, 20 manat dəyərində çüyün vedrə, 20 manat dəyərində çüyün balon, 50 manat dəyərində tefal qazan, 45 manat dəyərində tefal qazan güllü, 60 manat dəyərində nikkelli qazan dəsti, 5 manat dəyərində 2 ədəd balaca külqabı, 10 manat dəyərində 2 ədəd lak ləyən, 10 manat dəyərində dəmir ləyən, 15 manat dəyərində 3 ədəd paltar şotkası, 120 manat dəyərində 1 ədəd 8 şamlı lüstür, 120 manat dəyərində 2 ədəd 6 şamlı lüstür, 10 manat dəyərində iri süzgəc, 6 manat dəyərində balaca süzgəc, 15 manat dəyərində 6 ədəd şiş, 20 manat dəyərində 12 ədəd armudu stakan, 24 manat dəyərində 24 ədəd çay stəkanı, 20 manat dəyərində ağ çaşqa dəsti, 10 manat dəyərində su stəkan dəsti, 15 manat dəyərində 12 ədəd armudu nəlbəki, 24 manat dəyərində 24 ədəd nəlbəki, 20 manat dəyərində tefal termos, 70 manat dəyərində elekrtikli su termosu, 12 manat dəyərində 6 ədəd qəndqabı, 7 manat dəyərində 1 ədəd qəndqabı, 6 manat dəyərində 2 ədəd mürəbbəqabı, 5 manat dəyərində 2 ədəd mürəbbəqabı, 6 manat dəyərində 6 ədəd razetka, 25 manat dəyərində 1 ədəd su bakalı, 30 manat dəyərində su naboru, 10 manat dəyərində 2 ədəd ləpəqabı, 16 manat dəyərində böyük çörəkqabı, 10 manat dəyərində meyvə yuyan, 15 manat dəyərində soyuducuqabı, 20 manat dəyərində dəst soyuducuqabı, 10 manat dəyərində böyük zibil qabı, 10 manat dəyərində 2 ədəd balaca zibil qabı, 30 manat dəyərində ədviyyat qabı, 10 manat dəyərində 3 ədəd ədviyyat qabı, 15 manat dəyərində qabyuyan setka, 8 manat dəyərində 6 ədəd şəffaf fincan, 12 manat dəyərində 6 ədəd şəffaf şirniyyatqabı, 8 manat dəyərində şəffaf maskur, 12 manat dəyərində 2 ədəd salfetka qabı, 8 manat dəyərində 12 ədəd armudu stakan, 25 manat dəyərində 18 ədəd paltarasan, 120 manat dəyərində qızılı süfrəqabı, 60 manat dəyərində 6 ədəd tortqabı, 260 manat dəyərində nahar dəsti, 45 manat dəyərində xrustal rumka, 60 manat dəyərində xrustal rumka, 40 manat dəyərində xurustal rumka, 50 manat dəyərində xrustal rumka, 35 manat dəyərində ağ qaşlı rumka, 50 manat dəyərində ağ qaşlı su naboru, 85 manat dəyərində xrustal güldan, 80 manat dəyərində xrustal meyvəqabı, 20 manat dəyərində 2 ədəd şirniyyatqabı, 10 manat dəyərində sadə rumka, 40 manat dəyərində 24 ədəd su bakalı, 20 manat dəyərində 12 ədəd sadə su bakalı, 10 manat dəyərində meyvəqabı, 30 manat dəyərində tortqabı, 28 manat dəyərində şirniyyatqabı, 18 manat dəyərində ləpəqabı, 18 manat dəyərində yarpaq qabı, 10 manat dəyərində 2 ədəd külqabı, 5 manat dəyərində külqabı, 50 manat dəyərində keramika qazan dəsti, 20 manat dəyərində alüminium tək qazan, 70 manat dəyərində tökmə qazan dəsti, 20 manat dəyərində tək tefal tava, 30 manat dəyərində bıçaq dəsti, 50 manat dəyərində keramika bıçaq dəsti, 6 manat dəyərində 2 ədəd tək bıçaq, 40 manat dəyərində qaşıq dəsti, 30 manat dəyərində əlavə qaşıq dəsti, 5 manat dəyərində taxta qaşıq dəsti, 30 manat dəyərində tefal çömçə dəsti, 30 manat dəyərində çömçə sadə dəsti, 20 manat dəyərində çüyün qəfədan, 20 manat dəyərində çüyün qırmızı qəfədan, 10 manat dəyərində sarı qəfədan, 28 manat dəyərində üst-üstə çaynik dəsti, 30 manat dəyərində çüyün ağ qəfədan, 3 manat dəyərində balaca şüşə çaynik, 6 manat dəyərində böyük şüşə çaynik, 60 manat dəyərində qab dəsti, 50 manat dəyərində kvadrat qab dəsti, 30 manat dəyərində 6 ədəd bulud, 12 manat dəyərində ayaqlı cüt qəndqabı, 10 manat dəyərində qəndqabı, 7 manat dəyərində salatqabı, 8 manat dəyərində 2 ədəd konfetqabı, 5 manat dəyərində qaşıq qabı, 15 manat dəyərində tort bişirən kvadrat tava, 15 manat dəyərində tort bişirən dairəvi tava, 10 manat dəyərində 3 ədəd soyuducuqabı, 50 manat dəyərində hündür ləpəqabı, 10 manat dəyərində şəffaf maskur, 15 manat dəyərində 3 ədəd mətbəx taxtası, 3 manat dəyərində tyorka, 15 manat dəyərində lak armudu stəkan, 10 manat dəyərində 2 ədəd sadə meyvəqabı, 8 manat dəyərində 2 ədəd çay-şəkərqabı, 18 manat dəyərində 6 ədəd bulud qaşıq, 6 manat dəyərində duzqabı, 10 manat dəyərində 6 ədəd duzqabı, 7 manat dəyərində 3 ədəd duzqabı, qızıl-zinət əşyaları olan 2000 manat dəyərində 1 ədəd 25 qram çəkidə 585 əyyarlı brilliant kole dəstinin, 160 manat dəyərində 1 ədəd 2 qram çəkidə 585 əyyarlı sep, 1600 manat dəyərində 20 qram çəkidə 583 əyyarlı sep-qolbaq dəsti, 500 manat dəyərində 5 qram çəkidə 583 əyyarlı 1 ədəd nişan üzüyü, 400 manat dəyərində 5 qram çəkidə 585 əyyarlı 1 ədəd ürək formalı klon, 160 manat dəyərində 2 qram çəkidə 583 əyyarlı 1 ədəd paxlava üzük, 160 manat dəyərində 2 qram çəkidə 583 əyyarlı 1 ədəd halqa üzük, 320 manat dəyərində 4 qram çəkidə 583 əyyarlı 1 ədəd qaşlı üzük və 210 manat dəyərində 2,6 qram çəkidə 585 əyyarlı 1 ədəd sepli sırğa və ya qət olunan əşyaların naturada alınması mümkün olmadığı halda həmin əyşaların dəyəri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumuna və mediasiya xərcinə görə ödənilmiş pul vəsaitinin 139.47 manat hissəsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ceyhun Quliyev