Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2515/2023 12.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə. Ərizəçi Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 22 iyul 2022-ci ildə mediasiya prosesində bağlanmış MŞL-00338 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs 04 avqust 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşəna çatana kimi saxlanılması üçün hər ay 150 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə faktiki nikaha girərək ailə qurmuşdur. Birgə nikahdan 04 avqust 2017-ci il təvəllüdlü Səma adlı uşaqları olmuşdur. Uşaq doğularkən cavabdehlə nikahları rəsmi qeyd edilmədiyindən doğum haqqında şəhadətnamədə uşağın soyadı onun soyadı ilə, yəni «Tahirova» kimi yazılmışdır. Sonradan aralarında yaranmış ailə məişət zəmnində narazılıqlara görə ayrılmalı olmuşlar. Uşağı ilə birlikdə valideynlərinin evində yaşayır. Taleh Şükürovla münasibətləri pozulduqdan sonra uşağın saxlanılmasına köməklik etmədiyindən bununla bağlı Mediasiya Şurasına müraciət etmişdir. Taleh Şükürov ilə 22 iyul 2022-ci ildə mediasiya prosesində MŞL-00338 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə Taleh Şükürov uşağa atalıq verməyi öhdəsinə götürməklə, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat alimenti ona ödəməli, alimentin köçürülməsi hər ayın 1-də nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödənilməli idi. X4 barışıq sazişini ötən ilin iyul ayının 22-də imzalamasına baxmayaraq həmin sazişin şərtlərinə tam əməl etməmişdir. Belə ki, uşaqla bağlı atalıq məsələsi öz həllini tapsa ad, o, alimenti tam ödəməmiş, ötən ilin dekabr ayından isə ümumiyyətlə alimenti dayandırmışdır. Odur ki, Maraqlı şəxs ilə 22 iyul 2022-ci ildə mediasiya prosesində bağladıqları MŞL- 00338 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi izahatında bildirdi ki, cavabdeh Maraqlı şəxs 2022-ci ilin noyabr ayından alimenti etməmişdir, odur ki, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin görünür ki, Maraqlı şəxs 04 avqust 2017-ci ildə Ərizəçi doğulmuş X1 atası hesab edilmişdir. İş materiallarında olan 22 iyul 2022-ci il tarixli, MŞL-00338 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci) Ərizəçi və (ikinci) Maraqlı şəxs faktiki nikaha girərək ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə nikahlarından 04 avqust 2017-ci ildə X2 adlı uşaqları olmuşdur. Uşağın atalığı müəyyən edilmişdir. Sonradan xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Uşaq anasının yanında saxlanılmışdır. Birinci tərəf uşağın saxlanılması üçün ikinci tərəfdən atalığın müəyyən edilməsini və aliment tələb edir. İkinci tərəf işləmədiyini nəzərə alıb uşağın saxlanılması üçün birinci tərəfə aliment ödəməsinə və atalığın müəyyən edilməsinə etiraz etmir. İkinci tərəf Maraqlı şəxs saziş imzaladıqdan sonra xx.xx.2017-ci il təvəllüldü X1 yetkinİik yaşına çatana kimi hər ay 150 manat aliment ödəməsini öz öhdəsinə götürür. Alimentin köçürülməsi hər ayın 01-də gün ərzində nağd qaydada, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 05 iyul 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. 22 iyul 2022-ci il tarixli, MŞL-00338 nömrəli barışıq sazişi təsdiq edilsin. xx.xx.2017-ci il təvəllüldü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Alimentin tutulması 01 avqust 2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2515/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2515/2023
12.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver