Məhkəmə qərarları › İş №2(050)-2519/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2519/2023

13.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2519/2023 13.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 17 iyun 2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT 014/2023-01256 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat alimentin Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə faktiki nikaha girərək ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə xx.xx.2021-ci il təvəllüdlü X2 adlı uşaqları olmuşdur. Bir müddət yaşadıqdan sonra ayrılmışlar. Ayrıldıqdan sonra Azər uşağın xərclərini qarşılamadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Maraqlı şəxsla 17 iyun 2023-cü ildə mediasiya prosesində MŞL/MT 014/2023-01256 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə Maraqlı şəxs uşağın saxlanılması üçün hər ay 200 manat aliment ödəyəcəkdir. Alimentin ödənilməsini isə hər ayın 01-də icra etməli idi. Lakin cavabdeh barışıq sazişi imzaladıqları vaxtdan aliment ödəməmişdir. Odur ki, Maraqlı şəxs ilə 17 iyun 2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT 014/2023-01256 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, teleqram ilə məhkəməyə müraciət edərək, işdən buraxılmadığını bildirərək, işə onun iştirakı ilə başqa vaxtda baxılmasını xahiş etmişdir. Maraqlı şəxs həqiqətən də işləməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin, teleqram ilə bağlı Maraqlı şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxlanılmış, o, iddiadan xəbərdar olduğunu, hazırda Laçın rayonunda olduğunu və məhkəmə iclasının 7-10 gün müddətinə təxirə salınarsa, məhkəmə iclasında iştirak edə biləcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Ərizə məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Göstərilənlərə əsasən məhkəmə işə baxmışdır. İş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X1 anası Ərizəçi, atası Maraqlı şəxsdur. 17 iyun 202-cü il tarixli, MŞL/MT 014/2023-01256 saylı barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 200 manat aliment Ərizəçi ödəyəcəkdir. Alimentin köçürülməsi hər ayın 01-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə poçt və ya bank vasitəsi ilə ödəyəcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi 2023-cü ilin iyul ayının 01-dən başalayaraq hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. qət etdi: xx.xx.2023-cü il tarixli, MŞL/MT 014/2023-01256 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 iyul 2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulub Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar