Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2521/2023 13.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi Nagdiəli qızının Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Nagdiəli qızı Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-00998 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay bir uşağa görə 90 manat olmaqla iki uşağa görə 180 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarımasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə el adəti qaydasında toy etdirməklə ailə həyatı qurmuşdur. Nikahlarını xx.xx.2010-cu ildə rəsmiləşdirmişlər. Yaşadıqları müddət ərzində birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Cavabdehin təqsiri üzündən ayrılmışlar, bu barədə məhkəməyə müraciət etmişdir. Uşaqlar onun himayəsindədir. Ayrıldıqları vaxt Maraqlı şəxs ilə uşaqların saxlanılması ilə bağlı razılığa gəlmişlər və bir müddət Maraqlı şəxs uşaqların saxlanılmasında ona köməklik etmişdir. Lakin sonradan Maraqlı şəxs aralarında olan razılığı pozduğundan aliment tələbi ilə bağlı mediatora müraciət etmişdir. Mediasiya prosesi zamanı Maraqlı şəxs ilə aralarında barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Maraqlı şəxs uşaqların yetkinlik yaşmaq çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 90 manat olmaqla cəmi 180 manat aliment ödəmək, alimentin ödənilməsinə hər ayın 24-dən başlayaraq ödənilməsi barədə razılaşmışlar. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, alimenti ödəməmişdir. Cavabdeh barışıq sazişinin şərtlərini yerinə yetirmir. Ona görə də, məhkəməyə müraciət etmişdir. İşləmir, azyaşlı uşaqlarını maddi cəhətdən təmin edə bilmir. Cavabdeh uşaqlarına baxmağa, onlara qayğı göstərməyə, onların maddi tələbatlarını təmin etməyə borcludur. Maraqlı şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X5 nikahlarını xx.xx.2010-cu ildə rəsmiləşdirmişlər. Nikahdan sonra ərə (arvada) Nuriyev (Nuriyeva) soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələdən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 anası Nuriyeva (Ağayeva) Gülnar Nagdiəli qızı, atası Maraqlı şəxsdur. 25 aprel 2023-cü il tarixli, MŞL/MT014/2023-00998 saylı barışıq sazişində göstərilir ki, ikinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək kimi saxlanılması üçün hər ay bir uşağa görə 90 manat, iki uşağa görə 180 manat aliment pulunun Ərizəçi Nagdiəli qızına ödəməsi barədə öhdəlik götürür. Alimentin köçürülməsi hər ayın 24-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişinin bir hissəsi qanuna ziddir. Belə ki, ərizəçinin ərizəsində nikahının xx.xx.2010-cu ildə rəsmiləşdirilməsi qeyd edilmişdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2010-cu il təvəllüdlü X1 atalığı müəyyən edilməmişdir. Belə olan halda atalığı müəyyən olunmayan uşağa görə Maraqlı şəxs alimentin tutulması ilə bağlı bağlanmış barışıq sazişi qanuna ziddir və barışıq sazişinin həmin hissədə təsdiq edilməsindən imtina edilməlidir. Barışıq sazişinin alimentlə bağlı qalan hissəsinin təsdiq edilməsi təsdiq edilməsindən imtina edilən hissədən ayrılması mümkündür. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişinin alimentlə bağlı digər hissəsi qanuni şəkildə bağlanmış, həmçinin saziş həmin hissədə hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 24-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 05 iyul 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. qət etdi: xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-00998 saylı barışıq sazişi qismən təsdiq edilsin. 24 may 2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində aliment tutulub Ərizəçi Nagdiəli qızına verilsin. xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-00998 saylı barışıq sazişinin - Maraqlı şəxs xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində aliment tutulub Ərizəçi Nagdiəli qızına verilməsi hissəsində təsdiq edilməsindən imtina edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-2521/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2521/2023
13.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver