Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2535/2025 18.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə imzaladıqları xx.xx.2025-ci il tarixdə Masallı 1 saylı Mediasiya Təşkilatında MŞM/MT036/2025-00496 saylı Barışıq Sazişinin təsdiq edilməsi, Ərizəçi uşaqla ünsiyyətdə olmaq məqsədi ilə hər həftənin şənbə günü (bayram günlərinin Yeni il, Novruz, Ramazan, Qurban bayramı və atanın doğum günündə səhəri bir gün qalmaq şərti ilə) saat 09:00-da xx.xx.2022-ci il təvəllüdlü X2 anası Maraqlı şəxs təhvil alıb, özü ilə aparr və bazar günü saat 17:00-da geri qaytararaq, anası Maraqlı şəxs təhvil vermək barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Güllütəpə kəndində yaşayan xx.xx.1999-cıı il təvəllüdlü Maraqlı şəxs ilə xx.xx.2020-ci il tarixdə qeyri rəsmi ailə həyatı qurmuşlar. Faktiki nikahlarından xx.xx.2022-ci il tarixdə X3 adlı bir qız uşaqları olmuşdur. xx.xx.2022-ci il tarixdə X1 atalığın müəyyən edilməsi haqqında Şəhadətnamə almışdır. Qeyri rəsmi həyat yoldaşı Maraqlı şəxs evdən bir neçə dəfə acıq edərək getmişdir. Buna baxmayaraq, o, övladı Əlvanə Şirəliyeva ilə mütəmadi görüşmüş. Hətda evinə gətirib saxlamışdır. xx.xx.2025-ci il tarixdə Masallı 1 saylı Mediasiya Təşkilatında MŞM/MT036/2025-00496 saylı Barışıq Sazişi imzalayaraq, Ərizəçi uşaqla ünsiyyətdə olmaq məqsədi ilə hər həftənin şənbə günü (bayram günlərinin Yeni il, Novruz, Ramazan, Qurban bayramı və atanın doğum günündə səhəri bir gün qalmaq şərti ilə) saat 09:00-da xx.xx.2022-ci il təvəllüdlü X2 anası Maraqlı şəxs təhvil alıb, özü ilə aparır və bazar günü saat 17:00-da geri qaytararaq, anası Maraqlı şəxs qızma təhvil verməyə Maraqlı şəxs ilə razılaşmışlar. Buna baxmayaraq, Maraqlı şəxs bügünkü günə qədər imzaladığı barışıq sazişinə əsasən götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixdə Masallı 1 saylı Mediasiya Təşkilatında MŞM/MT036/2025-00496 saylı Barışıq Sazişinin təsdiq edilməsi, Ərizəçi uşaqla ünsiyyətdə olmaq məqsədi ilə hər həftənin şənbə günü (bayram günlərinin Yeni il, Novruz, Ramazan, Qurban bayramı və atanın doğum günündə səhəri bir gün qalmaq şərti ilə) saat 09:00-da xx.xx.2022-ci il təvəllüdlü X2 anası Maraqlı şəxs təhvil alıb, özü ilə aparır və bazar günü saat 17:00-da geri qaytararaq, anası Maraqlı şəxs təhvil vermək barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, 03 fevral 2022-ci il təvəllüdlü X1 atası Ərizəçi, anası Maraqlı şəxsdır. 13 iyun 2025-ci il tarixli, MŞM/MTO36/2025-00496 saylı barışıq sazişindən görünür ki, xx.xx.2022-ci təvəllüdlü X3 anası Maraqlı şəxs himayəsinə verməklə onun yanında saxlanılır. Tərəflər xx.xx.2022-ci təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 manat məbləğində alimentdə razılaşdılar. Ərizəçi 2025-ci ilin iyun ayından başlayaraq gələn hər növbəti ayda 170 manat məbləğində alimenti nağd, poçt və ya bank köçürməsi yolu ilə Maraqlı şəxs ödəməyi öhtəsinə götürür. Ərizəçi uşaqla ünsiyyətdə olmaq məqsədi ilə hər həftənin şənbə günü (bayram günlərinin Yeni il, Novruz, Ramazan, Qurban bayramı və atanın doğum günündə səhəri bir gün qalmaq şərti ilə) saat 09:00-da xx.xx.2022-ci təvəllüdlü X2 anası Maraqlı şəxs təhvil alıb özü ilə aparır və bazar günü saat 17:00-da geri qaytararaq anası Maraqlı şəxs təhvil verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin birinci tərəfi ikinci tərəflə övladları ilə bağlı ünsiyyət barədə razılığa gəlsələr də buna əməl etməmiş, bu səbəbdən sazişin ikinci tərəfi 08 iyul 2025-ci il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. qət etdi : 13 iyun 2025-ci il tarixli, MŞM/MTO36/2025-00496 saylı barışıq sazişi ünsiyyət hissəsində təsdiq edilsin. Ərizəçi uşaqla ünsiyyətdə olmaq məqsədi ilə hər həftənin şənbə günü (bayram günləri: Yeni il, Novruz, Ramazan, Qurban bayramı və atanın doğum günündə səhəri bir gün qalmaq şərti ilə) saat 09:00-da xx.xx.2022-ci təvəllüdlü X2 anası Maraqlı şəxs təhvil alıb özü ilə aparmaqla və bazar günü saat 17:00-da geri qaytarrmaqla anası Maraqlı şəxs təhvil verməklə ünsiyyət versin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2535/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2535/2025
18.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver