Məhkəmə qərarları › İş №2(050)-2544/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2544/2024

14.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2544/2024 14.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cehiz əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Rəsmi nikahdan iki övladı doğulmuşdur. Övladları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1r. Münasibətləri pisləşdiyindən nikahları məhkəmə qaydasında pozulmuş, iki azyaşlı övladı onun himayəvə verilmişdir. Hazırda o, övladları ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Cavabdehlə evləndikdən sonra cavabdehin Hişkədərə kəndində olan ata evinə gəlin köçmüşdür. Gəlin köçdüyü vaxt ona valideynləri, qohumları tərəfindən müxtəlif cehiz əşyaları verilmişdir. Həmin əşyaları o, cavabdehin valideyinlərinin evinə gəlin köçərkən aparmışdır. Əmlakları hazırda cavabdehlərin evindədir. Dəfələrlə əmlaklarını cavabdehlərdən tələb etsə də heç bir nəticəsi olmamışdır. Cehiz əmlaklarının siyahısına aiddir: 2 ədəd toyuq qayçısı 10 manat, 6 ədəd bıçaq 1 ədəd qayçı dəsti 50 manat, 1 ədəd qənd doğruyan tabaq və çəkici 20 manat, 1 ədəd salat doğruyan taxta 5 manat, 10 ədəd podnus 100 manat, 4 ədəd ləyən 100 manat, 1 ədəd çuqun vedrə 30 manat, 1 ədəd zibilqabı 10 manat, 1 ədəd xəkəndaz 5 manat, 1 ədəd qabyığan 10 manat, 1 ədəd yuxa yayan 10 manat, 2 ədəd oxlov 10 manat, 24 ədəd duzqabı 40 manat, 24 ədəd qəndqabı 50 manat, 4 ədəd çörəkqabı 20 manat, 6 ədəd şiş 15 manat, 1 ədəd bulud 6 ədəd boşqab dəsti 50 manat, 4 ədəd kapron qab 10 manat, 1 ədəd ət baltası 10 manat, 4 ədəd bulud qaşığı,12 ədəd böyük boşqab, 12 ədəd orta boşqab, 12 ədəd balaca boşqab,12 ədəd dərin boşqab 100 manat, 24 ədəd kasa 40 manat, 6 ədəd böyük kasa 30 manat, 6 ədəd mürəbbə qabı 20 manat, 12 ədəd su stəkanı 20 manat, 6 ədəd böyük zərli boşqab 30 manat, böyük tortqabı 12 boşqab 30 manat, 3 ədəd keramika duzqabı 20 manat, 1 ədəd keramik qaşıq qabı 15 manat, taxta qaşıqlar 10 manat, 5 ədəd bıçaq, 1 ədəd spatula, 1 ədəd fırça, 1 ədəd ələk, 1 ədəd tor süzgəc, 1 ədəd çömçə, 1 ədəd böyük qaşıq 40 manat, 1 ədəd mikser 60 manat, 6 ədəd qazan tava dəsti, 4 ədəd çuqun qazan 150 manat, 3 ədəd qəfədan 7 manat, 1 ədəd çaynik, 1 ədəd ketil 60 manat, 6 ədəd alüminium qazan dəsti 50 manat, 1 ədəd böyük,1 ədəd balaca tava dəsti 40 manat, 1 ədəd tefal çaynik və çaydan dəsti 50 manat, 2 ədəd stol üstü xalça 100 manat, 3 ədəd çuqun qab 20 manat, 2 ədəd böyük qazan 40 manat, 4 siyirməli şkaf 30 manat, elektrikli soba 120 manat, tozsoran 100 manat, 6 ədəd hamam dəsmalı 80 manat, 20 ədəd dəsmal 60 manat, 2 dəst məhrəba və dəsmal dəsti 20 manat, 4 ədəd yataq dəsti 50 manat, 6 ədəd balış üzü 20 manat, 1 ədəd polietilen süfrə 5 manat, 5 ədəd parça süfrə 30 manat, 2 ədəd qazan papağı 10 manat, 1 ədəd taxtüstü, 3 ədəd balış üzü 150 manat, saat 20 manat, tərəzi 40 manat, sərinkeş 50 manat, 6 ədəd fincan nəlbəki dəsti 30 manat, 12 ədəd sallanma çaşqa dəsti 20 manat, 2 ədəd aşsüzən 20 manat, 1 ədəd qalın yorğan 6 ədəd çaşqa nəlbəki dəsti 30 manat,12 ədəd sallanma çaşqa dəsti 20 manat, 2 ədəd aşsüzən 20 manat, 1 ədəd qalın yorğan 30 manat, 5 ədəd pərdə 150 manat, 5 ədəd qarniz 30 manat, ləpə çıxaran maşın 30 manat, 2 ədəd şamdan xurustal 40 manat, Qorka, dolab, taxt, termo, 2 ədəd tumba, stol, 6 ədəd stul, divan, 2 ədəd kreslo, jurnalnı masa, yazı stolu 7000 manat, soyuducu 1000 manat, paltaryuyan 900 manat, ət çəkən maşın elektrikili 150 manat, ət çəkən maşın sadə 30 manat, 3 ədəd xalça 500 manat, 3 döşək, 3 yorğan, 8 balış,12 nalça 1500 manat, lüstür 100 manat, ütü, ütü stolu 100 manat,3 ədəd adyal 200 manat, divan üstü, kreslo üstü 100 manat, televizor, televizor altlığı, DVD 300 manat, nahar, çay, kofe dəsti 700 manat, 30 ədəd xrustal stəkan 80 manat, 30 ədəd sadə stəkan 60 manat, 30 ədəd armudu stəkan 50 manat, 20 ədəd balaca stəkan 40 manat, 2 ədəd xrustal meyvəqabı 100 manat, 2 ədəd bagema meyvəqabı 150 manat, 2 ədəd xrustal külqabı 60 manat, 6 rumkalı bagema suqabı 200 manat, 2 ədəd şirniyyat qabı 60 manat, 3 ədəd qrafinka 18 ədəd bakal 100 manat, 4 ədəd xrustal çərəzqabı 150 manat, 1 ədəd xrustal bagema güldan 200 manat, 1 ədəd çaşqa nəlbəki 20 manat, 1 ədəd çaynik, 1 ədəd südqabı, 6 ədəd çaşqa 70 manat, 6 ədəd nəlbəki 20 manat, 2 ədəd nahar buludu 30 manat, 2 ədəd nahar, şirniyyat qabı 50 manat, 1 ədəd lampa bagema 100 manat, 12 ədəd su bakalı 40 manat, 2 ədəd konfetqabı, 1 ədəd şirniyyatqabı 100 manat, 6 ədəd xrustal konfetqabı 200 manat, 2 ədəd solfetkaqabı 10 manat, 6 böyük, 6 balaca, 6 armudu stəkan nəlbəki 200 manat, 6 ədəd qaşıq dəsti 50 manat, 6 ədəd tefal qaşıq dəsti 50 manat, 12 ədəd xörək qaşığı, 12 ədəd çəngəl, 12 ədəd çay qaşığı, 4 ədəd bulud qaşığı, 24 ədəd bıçaq dəsti 200 manat, 6 dəst böyük qaşıq, çəngəl, çay qaşığı, mürəbbə qaşığı 100 manat, 2 ədəd gecə lampası 30 manat dəyərində, uşaqların və onun şəxsi geyim əşyaları. İddiaçının tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cehiz əmlakının, onlar olmadığı halda əmlaklarının dəyəri olan 17855 manat pulun və ödənilmiş 143.56 manat dövlət rüsumunun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, icra məmuru tərəfindən tərtib edilmiş aktda ona məxsus əşyaların bir qisminin olmadığı qeyd edilib. Belə ki, paltaryuyan maşın, 2 ədəd balış, 3 ədəd ədyal, sərinkeş, tefal qazan dəsti, 3 ədəd çaydan, sandıq, xrustal güldan, 5 ədəd pərdə, jurnalni stol, ütü, 2 ədəd kreslonun evə baxış zamanı olmadığı qeyd edilmişdir. Bundan əlavə elektrik sobası və tozsoran da cavabdehdə qalmışdır. Evdən çıxarkən onları özü ilə aparmamışdır. Odur ki, iddia tələbinin tam təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, akt əsasında evdə olduğu aşkar edilmiş əmlakların geri qaytarılmasına etirazı yoxdur. Həmçinin ütü də evdədir və geri qaytarmağa razıdır. Digər əşyalara münasibətdə iddia tələbini qəbul etmir. Elektrik sobası və tozsoranı iddiaçı onun tanışı olan taksi vasitəsilə gedərkən özü ilə aparmışdır. Paltaryuyan maşınını özü almışdır. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlər: İş materiallarında olan Masallı rayon icra və probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 16(050)-102/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar əmlakların olduğu evdə olmuşlar və tərəflərindən 96 adda əmlak siyahıya alınaraq üzərinə həbs qoyulmuşdur. Aktla siyahıya alınan əmlaklar: 1 ədəd toyuq qayçısı, 6 ədəd bıçaq, 1 ədəd qənd doğrayan tabaq, 1 ədəd salat doğrayan taxta, 3 ədəd padnos, 2 ədəd ləyən, 1 ədəd çuqun vedrə, 1 ədəd zibilqabı, 1 ədəd xəkandaz, 1 ədəd qabyığan, 1 ədəd yuxayayan, 2 ədəd oxlov, 24 ədəd duzqabı, 20 ədəd qəndqabı, 6 ədəd şiş, 3 ədəd bulud boşqabı, 1 ədəd ət baltası, 2 ədəd bulud qaşığı, 8 ədəd böyük boşqab, 9 ədəd kasa, 6 ədəd böyük kasa, 6 ədəd mürəbbə qabı, 6 ədəd böyük zərli boşqab, 4 ədəd bıçaq, 1 ədəd ağ rəngli qəfədan, 1 ədəd çaynik, 6 ədəd alüminium qazan dəsti, 1 ədəd Tefal çaynik və çaydan dəsti, 2 ədəd stolüstü xalça, 1 ədəd çuqun qab, 2 ədəd dəsmal, 2 ədəd qətvə dəsti, 2 ədəd balış üzü (çxolu), 1 ədəd polietilen (klyonka) süfrə, 4 ədəd parça süfrə, 1 ədəd qazan qapağı, 1 ədəd taxt üstü, 2 ədəd balış üzü, 6 ədəd çaşqa nəlbəki, 1 qalın yorğan, qorka, dolab, taxt, termo, 6 ədəd stul, divan, 1 ədəd soyuducu, 3 ədəd xalça, 2 döşək, 3 yorğan, çılçıraq, ütü stolu, divan üstü, kreslo üstü, televizor, DVD, Çay, kofe dəsti, 23 ədəd sadə stəkan, 24 ədəd armudu stəkan, 24 ədəd balaca stəkan, 2 ədəd xrustal meyvə qabı, 2 ədəd bagema meyvə qabı, 2 ədəd şirniyyat qabı, 18 ədəd bakal, 2 ədəd xrustal qab, 1 ədəd xrustal bagema güldan, 1 ədəd çaşqa nəlbəki, 1 ədəd çaynik, 6 ədəd nəlbəki, 2 ədəd nahar (abedni) buludu, 1 ədəd lampa bagema, 12 ədəd su bakalı, 2 ədəd konfet qabı, 1 ədəd salfetka qabı, 6 ədəd qaşıq naboru, 7 ədəd xörək qaşığı, 9 ədəd çəngəl, 8 ədəd balaca qaşıq, 2 ədəd bulud qaşığı, 6 dəst böyük qaşıq, çəngəl, çay qaşığı, mürəbbə qaşığı. Evdə aşkar edilməyən əmlaklar: 2 ədəd çörəkqabı, 7 ədəd orta boşqab, 9 ədəd balaca boşqab, 10 ədəd dərin boşqab, 2 ədəd kreslo, 1 ədəd masa yazı stolu, ət çəkən maşın sadə, 6 ədəd balış, 11 ədəd nalça, televizor altlığı, 2 ədəd xrustal külqabı, 6 ədəd rumkalı bagema su qabı, 19 ədəd bıçaq naboru, uşaqların və iddiaçının şəxsi geyim əşyaları. İddiaçının özü ilə apardığı əşyalar: Elektrikli soba və tozsoran. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 143.56 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.4. mülkiyyətin toxunulmazlığı Mülki qanunvericiliyin prinsiplərindəndir. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-cil tarixli Qərarında qeyd edilir ki; Məhz əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn və ya öhdəliyin ümumi əmlak siyahısından çıxarılması üçün bu hal qanunda birbaşa nəzərdə tutulmalıdır. Ər-arvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında göstərilmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; İşə baxan məhkəmənin mövqeyi: Mülki işə məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçıya toy mərasimi zamanı cehiz əmlakları hədiyyə edilmişdir. Qeyd edilən əmlakları gəlin köçərkən hazırda cavabdehlərin yaşadığı evə aparmışdır və həmin əşyaların geri qaytarılmasını tələb edir. Məhkəmə tərəfindən işin halları araşdırılarkən Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 16(050)-102/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli akt üzrə qeydə alınmış əşyaların siyahısı ilə tərəflər tanış edilmiş və münasibətləri öyrənilmişdir. Cavabdeh aktda evə baxış zamanı müəyyən edilmiş əşyaların geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Bundan əlavə iddiaçı aktda qeyd edilməyən “paltaryuyan maşın, 2 ədəd balış, 3 ədəd ədyal, sərinkeş, tefal qazan dəsti, 3 ədəd çaydan, sandıq, xrustal güldan, 5 ədəd pərdə, jurnalni stol, ütü, 2 ədəd kreslo, elektrik soba və tozsoranı” da tələb etdiyini bildirmiş, cavabdeh həmin əşlayardan yalnız ütünü etiraf etməklə onu geri qaytarmağa etiraz etməmişdir. Məhkəmə cavabdehin həmin hissədə etirafedici ifadəsini işin mübahisəsiz halı kimi qiymətləndirmişdir. Digər əşyaların mövcudluğu və cavabdehdə olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu normadan göründüyü kimi, cehiz əşyalarının qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehin sahibliyində olması. Göründüyü kimi iddia tələbinin “paltaryuyan maşın, 2 ədəd balış, 3 ədəd ədyal, sərinkeş, tefal qazan dəsti, 3 ədəd çaydan, sandıq, xrustal güldan, 5 ədəd pərdə, jurnalni stol, 2 ədəd kreslo, elektrik sobası və tozsoran”ın qaytarılması hissəsində qeyd edilən 3 hal sübuta yetmir. Həmçinin məhkəmə iddiaçı tərəfindən aktda mövcud olmayan bir sıra əşyaların (soyuducu, paltaryuyan və.) köhnəlməsi və ya satılmasına münasibətdə qeyd edir ki, tərəflər 2007-ci ildən rəsmi nikah münasibətlərinə daxil olmuş və bu dövrdən birgə təsərrüfat aparmış, birgə təsərrüfatı idarə etmişlər. Qeyd edilən əşyaların ümumi ailə ehtiyacları üçün istifadə edilməsi, köhnəlməsi və ya yararsız hala düşməsi halı mümkündür. Lakin məhkəmə həmin əşyaların ümumi ehtiyaclar üçün istifadə edildiyini nəzərə alaraq da iddia tələbini bu hissədə əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 143.56 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Masallı rayon icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda göstərilən cehiz əmlakları 1 ədəd toyuq qayçısı, 6 ədəd bıçaq, 1 ədəd qənd doğrayan tabaq, 1 ədəd salat doğrayan taxta, 3 ədəd padnos, 2 ədəd ləyən, 1 ədəd çuqun vedrə, 1 ədəd zibilqabı, 1 ədəd xəkandaz, 1 ədəd qabyığan, 1 ədəd yuxayayan, 2 ədəd oxlov, 24 ədəd duzqabı, 20 ədəd qəndqabı, 6 ədəd şiş, 3 ədəd bulud boşqabı, 1 ədəd ət baltası, 2 ədəd bulud qaşığı, 8 ədəd böyük boşqab, 9 ədəd kasa, 6 ədəd böyük kasa, 6 ədəd mürəbbə qabı, 6 ədəd böyük zərli boşqab, 4 ədəd bıçaq, 1 ədəd ağ rəngli qəfədan, 1 ədəd çaynik, 6 ədəd alüminium qazan dəsti, 1 ədəd Tefal çaynik və çaydan dəsti, 2 ədəd stolüstü xalça, 1 ədəd çuqun qab, 2 ədəd dəsmal, 2 ədəd qətvə dəsti, 2 ədəd balış üzü (çxolu), 1 ədəd polietilen (klyonka) süfrə, 4 ədəd parça süfrə, 1 ədəd qazan papağı, 1 ədəd taxt üstü, 2 ədəd balış üzü, 6 ədəd çaşqa nəlbəki, 1 qalın yorğan, qorka, dolab, taxt, termo, 6 ədəd stul, divan, 1 ədəd soyuducu, 3 ədəd xalça, 2 döşək, 3 yorğan, çılçıraq, ütü stolu, divan üstü, kreslo üstü, televizor, DVD, Çay, kofe dəsti, 23 ədəd sadə stəkan, 24 ədəd armudu stəkan, 24 ədəd balaca stəkan, 2 ədəd xrustal meyvə qabı, 2 ədəd bagema meyvə qabı, 2 ədəd şirniyyat qabı, 18 ədəd bakal, 2 ədəd xrustal qab, 1 ədəd xrustal bagema güldan, 1 ədəd çaşqa nəlbəki, 1 ədəd çaynik, 6 ədəd nəlbəki, 2 ədəd nahar (abedni) buludu, 1 ədəd lampa bagema, 12 ədəd su bakalı, 2 ədəd konfet qabı, 1 ədəd salfetka qabı, 6 ədəd qaşıq dəsti, 7 ədəd xörək qaşığı, 9 ədəd çəngəl, 8 ədəd balaca qaşıq, 2 ədəd bulud qaşığı, 6 dəst böyük qaşıq çəngəl çay qaşığı, mürəbbə qaşığı və əlavə olaraq 1 ədəd ütü alınaraq, İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumuna görə 143.56 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq, İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar