Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2547/2025 21.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio və videoçəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilən işin halları: Ərizəçi, xx xxxx 1982-ci ildə Masallı rayon Kalinovka kəndində anadan olmuşdur, halhazırda Masallı rayon Viləş kəndində yaşayır. xx.xx.2012-ci il təvəllüdlü oğlu X12 xx.xx.2013-cü ildə xəstəlikdən ölmüşdür. El adəti qaydasında X9 Masallı rayonu, 1-ci Yeddioymaq kənd qəbristanlığında dəfn etmişlər. Onun həmin qəbristanlıqda dəfn edilməsini şahidlər və ərizəyə əlavə edilmiş sənədlərlə təsdiq edə bilər. X5 vəfat etdiyi zaman onun ölümü ilə bağlı müvafiq tibb orqanlarına məlumat verməmişlər və onlara tibbi şəhadətnamə verilməmişdir. Göstərilən faktın təsdiq edilməsinə dair sənəd verən yeganə orqan tibbi rəy olmadığına görə həmin sənədin verilməsindən imtina etdiyindən ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin tələbi: xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 xx.xx.2013-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin mövqeyi: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, mərhum oğlu X5 xx.xx.2013-cü il tarixdə vəfat etməsini, həmin vaxt onun ölümü ilə bağlı rəsmi sənədləşmə aparılmadığını bildirdi. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun sayır. Şahid ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, ərizəçi onun oğludur. Mərhum onun nəvəsi olmuşdur. Yusif xx.xx.2012-ci ildə anadan olub, 2013-cü ilin aprelində vəfat edib. Anadangəlmə xəstəliyi var idi. Ürək qüsurlu doğulmuşdur. Yeddioymaq kənd qəbiristanlığında dəfn edilib. Dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin mərhum oğlu Yusif xx.xx.2013-cü ildə vəfat edib. Yeddioymaq qəbiristanlığında vəfat edib. Dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, ərizəçi onun qonşusudur. Mərhum oğlu Yusif 2013-cü ilin aprelində vəfat edib. Yeddioymaq kənd qəbiristanlığında dəfn edilib. Dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, ərizəçi onun bacanağıdır. Mərhum oğlu Yusif anadangəlmə xəstəlikdən 2013-cü ilin aprelində vəfat edib. Yeddioymaq kənd qəbiristanlığında dəfn edilib. Dəfndə iştirak etmişdir. İş materiallarında olan: Doğum haqqında arayışdan görünür ki, X12 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Atası Ərizəçi, anası X3r. Masallı RİHB-nin Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2013-cü il tarixli arayışından görünür ki, X1 ailə tərkibi əri Ərizəçi və oğlu X4 ibarətdir. Masallı RİHB-nin Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin möhürü ilə təsdiqlənən xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Viləş kənd İƏD-si üzrə nümayəndəsi, Viləş bələdiyyəsinin sədri, Viləş kənd İƏD-si üzrə nümayəndəsinin müavini və Viləş kənd sakinləri öz imzaları ilə Ərizəçi xx.xx.2012-ci ildə doğulmuş oğlu X12 və xx.xx.2013-cü il tarixində vəfat etdiyini və Masallı rayonu 1 Yeddioymaq kənd qəbiristanlığında dəfn olunduğunu təsdiq edirlər. Masallı Rayon “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlanmış və ölüm haqqında aktı qeydi aşkar olunmamışdır. “Masallı Rayon Mərkəzi Xəstəxanası” X18 xx.xx.2025-ci il tarixli, 18-1-60/2-T-526-42- 524/2025 saylı məktubundan görünür ki, X5 ölməsi barəsində “Masallı Rayon Mərkəzi Xəstəxanası” X17 hər hansı məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinn K.Y.Fərəcova adına Elmi-tədqiqat Pediatriya İnstitutunun epikrizindən görünür ki, X12 xx.xx.2013-cü ildə Elmi-tədqiqat Pediatriya İnstitutuna bətindaxili infeksiya, SMV toksplazma, doğuş travması kefalohematoma, körpücük sümüyün sınığı, perinatal hipoksik ensefalopatiya, baş beyinə qan sızma İ dərəcə, anemiya, qastroezofageal refluks, funksional oval dəlik diaqnozu ilə daxil olmuş və xx.xx.2013-cü ildə yaxşılaşma ilə sahə həkiminin və uşaq nevroloqunun nəzarəti altında evə yazılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1-ci maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Həmin qaydanın 8.5-ci maddəsinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını, işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, 28.012.2012-ci ildə doğulmuş X12 xx.xx.2013-cü il tarixdə vəfat etmiş, lakin onun ölümü barəsində tibbi sənəd verilmədiyindən, müvafiq həkim rəyi verilməmiş, bu səbəbdən ölüm akt qeydi aparılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mərhumun ölüm akt qeydinin aparılması məhkəmə tərəfindən ölüm faktı müəyyən olunmadan mümkün deyil, odur ki, ərizə təmin edilməli, X8 xx.xx.2013-cü il tarixdə Viləş kəndində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2012-ci ildə doğulmuş X5 xx.xx.2013-cü il tarixdə Masallı rayonu Viləş kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) tərəflər Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-2547/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2547/2025
21.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver