Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2581/2023 25.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cehiz əmlak, birgə nikah dövründə əmlak və qızıl-zinyət əşyaları» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cehiz əmlak, birgə nikah dövründə əmlak və qızıl-zinyət əşyaları» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmlakları olan boyunbağı 1 ədəd, əyyarı 583, çəkisi 25 qram, dəyəri 2250 manat, boyunbağı+kolye 1 ədəd, əyyarı 750, 1.5 karat, çəkisi 17 qram, dəyəri 2200 manat, üzük nişan 1 ədəd, əyyarı 750, 1 karat, çəkisi 5 qram, dəyəri 750 manat, qolbaq 1 ədəd, əyyarı 750, 1 karat, çəkisi 8 qram, dəyəri 1050 manat, komplekt 1 ədəd, əyyarı 750, 1 karat, çəkisi 12 qram, dəyəri 1600 manat, kulon (quran qabı) 1 ədəd, əyyarı 585, çəkisi 3 qram, dəyəri 270 manat, üzük 1 ədəd, əyyarı 583, çəkisi 3 qram, dəyəri 270 manat, boyunbağı kulon (ad) 1 ədəd, əyyarı 583, çəkisi 7 qram, dəyəri 630 manat, qolbaq 1 ədəd, əyyarı 583, çəkisi 7 qram, dəyəri 630 manat, çılçıraq 400 manat, servant 600 manat, servis dəsti madonna 500 manat, çay servisi madonna 250 manat, masa və 12 ədəd stul 600 manat, divan və kreslo dəst 1200 manat, smart televizor 700 manat, paltaryuyan 700 manat, soyuducu nord 800 manat, yorğan 6 ədəd 200 manat, balış 6 ədəd 200 manat, döşək 4 ədəd 150 manat, sputnik antena 300 manat, yataq dəsti 2500 manat, uşaq kravatı 300 manat, bagema dəst 12 rumka 300 manat, meyvə qabı 2 ədəd 150 manat, kanfet qabı 2 ədəd 400 manat, xrustal stəkan 12 ədəd 160 manat, nəlbəki 12 ədəd 150 manat, xrustal rumka 12 ədəd 100 manat, xrustal meyvə qabı 2 ədəd 100 manat, xrustal qənd qabı 2 ədəd 200 manat, güldan bagema 50 manat, tarelka 48 ədəd 160 manat, çəngəl qaşıq dəsti 250 manat, kasturka 3 dəst 200 manat, tozsoran 250 manat, xalça 2 ədəd 300 manat, çuxol 5 dəst 350 manat, peçqa 150 manat, video 180 manat, əl-üz dəsmalları 10 ədəd 70 manat, taxt üstlüyü 200 manat, divan kreslo üstlüyü 200 manat, pərdələr 300 manat, karnizlər 30 manat, çay dəsmalları 30 manat, adyallar 3 ədəd 250 manat, televizor altlığı 70 manat, ət maşı 150 manat, çayniklər 30 manat, çaydanlar 50 manat, skaterlər 5 ədəd 150 manat, çömçə dəsti 50 manat, qorapalanlar 30 manat, kasalar12 ədəd 50 manat, sok stəkanları 24 ədəd 30 manat, xrustal külqabı 70 manat olmaqla, cəmi 31760 manat dəyərində cehiz əmlaklarının və ya onların dəyərinin, birgə nikah dövründə inşa edib təmir etdikləri fərdi yaşayış evinin tikinti və təmir xərclərinə çəkimiş 50000 (əlli min) manat pulun yarısı 25000 (iyirmi beş min) manatın və 261 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti qaydasında toy etdirməklə ailə həyatı qurmuşdur. Nikahlarını xx.xx.2012-ci ildə rəsmiləşdirmişlər. Faktiki ər-arvad yaşamaqla təsərrüfatı birgə idarə etmişlər. Yaşadıqları müddət ərzində 2008-ci il təvəllüdlü Sinan və 2012-ci il təvəllüdlü Nuray adlı iki nəfər uşaqları olmuşdur. Cavabdehin təqsiri üzündən ayrılmışlar. Bu səbəbdən də aralarında olan nikah Masallı Rayon Məhkəməsinin 2(050)-126/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar onun yanında saxlanılmış və uşaqların saxlanılması üçün müvafiq qaydada aliment tutulmuşdur. Gəlin köçdüyü vaxt valideynləri, qohumları və cavabdehlər tərəfindən ona müxtəlif adda cehiz, qızıl-zinət və başqa əşyalar hədiyyə olaraq verilmişdir. Həmin əmlaklar boyunbağı 1 ədəd, əyyarı 583, çəkisi 25 qram, dəyəri 2250 manat, boyunbağı kolye 1 ədəd, əyyarı 750, 1.5 karat, çəkisi 17 qram, dəyəri 2200 manat, üzük nişan 1 ədəd, əyyarı 750, 1 karat, çəkisi 5 qram, dəyəri 750 manat, qolbaq 1 ədəd, əyyarı 750, 1 karat, çəkisi 8 qram, dəyəri 1050 manat, komplekt 1 ədəd, əyyarı 750, 1 karat, çəkisi 12 qram, dəyəri 1600 manat, kulon (quran qabı) 1 ədəd, əyyarı 585, çəkisi 3 qram, dəyəri 270 manat, üzük 1 ədəd, əyyarı 583, çəkisi 3 qram, dəyəri 270 manat, boyunbağı kulon (ad) 1 ədəd, əyyarı 583, çəkisi 7 qram, dəyəri 630 manat, qolbaq 1 ədəd, əyyarı 583, çəkisi 7 qram dəyəri 630 manat, çılçıraq 400 manat, servant 600 manat, servis dəsti madonna 500 manat, çay servisi madonna 250 manat, masa və 12 ədəd stul 600 manat, divan və kreslo dəst 1200 manat, smart televizor 700 manat, paltaryuyan 700 manat, soyuducu nord 800 manat, yorğan 6 ədəd 200 manat, balış 6 ədəd 200 manat, döşək 4 ədəd 150 manat, sputnik antena 300 manat, yataq dəsti 2500 manat, uşaq kravatı 300 manat, bagema dəst 12 rumka 300 manat, meyvə qabı 2 ədəd 150 manat, kanfet qabı 2 ədəd 400 manat, xrustal stəkan 12 ədəd 160 manat, nəlbəki 12 ədəd 150 manat, xrustal rumka 12 ədəd 100 manat, xrustal meyvə qabı 2 ədəd 100 manat, xrustal qənd qabı 2 ədəd 200 manat, güldan bagema 50 manat, tarelka 48 ədəd 160 manat, çəngəl qaşıq dəsti 250 manat, kasturka 3 dəst 200 manat, tozsoran 250 manat, xalça 2 ədəd 300 manat, çuxol 5 dəst 350 manat, peçqa 150 manat, video 180 manat, əl-üz dəsmalları 10 ədəd 70 manat, taxt üstlüyü 200 manat, divan kreslo üstlüyü 200 manat, pərdələr 300 manat, karnizlər 30 manat, çay dəsmalları 30 manat, adyallar 3 ədəd 250 manat, televizor altlığı 70 manat, ət maşı 150 manat, çayniklər 30 manat, çaydanlar 50 manat, skaterlər 5 ədəd 150 manat, çömçə dəsti 50 manat, qorapalanlar 30 manat, kasalar 12 ədəd 50 manat, sok stəkanları 24 ədəd 30 manat, xrustal külqabı 70 manat olmaqla, cəmi 31760 manat. Qeyd olunan əmlaklar cavabdehin qanunsuz sahibliyindədir və cavabdeh onun əmlaklarını qaytarmır. Eləcədə birgə nikah dövründə cavabdehlə birlikdə yaşamaq üçün fərdi yaşayış evi inşa etmişlər və təmir etdirmişlər. Tikinti və təmir işlərinə 50000 (əlli min) manat pul xərclənmişdir. Odur ki, qeyd edilən cehiz-əmlakların, qızı-zinət əşyaların və birgə nikah dövründə inşa edilmiş evə çəkilən xərcin yarısı cavabdehdən alınaraq ona verilməlidir. Qanunvericiliyin tələbinə əsasən tələb etdiyi mebel və yataq dəstləri, müxtəlif məişət əşyalarından ibarət cehizləri, qızıl-ziynət əşyaları ona toy hədiyyəsi kimi verildiyindən ayrıca mülkiyyətin hesab edilir. Lakin o, cavabdehdən faktiki olaraq ayrı yaşamağına baxmayaraq cavabdeh qeyd olunan əmlaklarını verməkdən imtina etdiyindən həmin əşyalarını hazırda cavabdehin qeyri-qanuni sahibliyindədir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiada qeyd edilən əmlakın üstünə həbs qoyulması və həmin evin satılaraq iddiaçıya düşən payın verilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 15 may 2023-cü il tarixli qızıl-zinət əşyalarının qiymətləndirilməsinə dair rəydən görünür ki, boyunbağı 1 ədəd, əyyarı 583, çəkisi 25 qram, dəyəri 2250 manat, boyunbağı kolye 1 ədəd, əyyarı 750, 1.5 karat, çəkisi 17 qram, dəyəri 2200 manat, üzük nişan 1 ədəd, əyyarı 750, 1 karat, çəkisi 5 qram, dəyəri 750 manat, qolbaq 1 ədəd, əyyarı 750, 1 karat, çəkisi 8 qram, dəyəri 1050 manat, komplekt 1 ədəd, əyyarı 750, 1 karat, çəkisi 12 qram, dəyəri 1600 manat, kulon (quran qabı) 1 ədəd, əyyarı 585, çəkisi 3 qram, dəyəri 270 manat, üzük 1 ədəd, əyyarı 583, çəkisi 3 qram, dəyəri 270 manat, boyunbağı+kulon (ad) 1 ədəd, əyyarı 583, çəkisi 7 qram, dəyəri 630 manat, qolbaq 1 ədəd, əyyarı 583, çəkisi 7 qram dəyəri 630 manat məbləğindədir. İddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının və digər cehiz əmkaklarının mövcud olması iş materilları, iddiaçının izahatı, fotoşəkillər, toy mərasiminin videogörüntüləri ilə müəyyən və sübut olunmuşdur. İş materiallarında olan Masallı rayon Məhkəməsinin 27 mart 2023-cü il, 2(050)- 126/2023 nömrəli qətnamədən görünür ki, Vİddiaçı və Cavabdeh arasında bağlanmış 16 avqust 2012-ci il tarixli, 354 nömrəli nikah akt qeydi pozulması, 04 dekabr 2008-ci il təvəllüdlü X5 və 11 may 2012-ci il təvəllüdlü X4 anaları Vİddiaçı yanında saxlanılması, 04 dekabr 2008-ci il təvəllüdlü X3 və 11 may 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq iddiaçı Vİddiaçı ödənilməsi, alimentin tutulması 11 noyabr 2022-ci il tarixdən hesablanması, aliment tələbinə dair hissədə qətnamə dərhal icra edilməsi, tərəflərə nikah pozulduqdan sonra 3 il müddətində birgə nikah dövründə əldə olunmuş əmlakın bölüşdürülməsi barədə iddia qaldırmaq hüquqlarının olması izah edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhər Xəzər rayon Binə Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 128 nömrəli məktubundan görünür ki, Xəzər rayon Binə Bələdiyyəsində vergi ödəyici kimi qeydiyyatda olmayan İddiaçı və Cavabdeh Binə qəsəbəsində fərdi yaşayış evlərinin olub-olmaması barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-12-6/2- 565/2023 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı iddiası ilə əlaqədar olaraq əlaqə saxlanılmış, yaşadığı evin sənədlərinin gətirilməsi və həmin ünvana baxılması məqsədi ilə dəfərlərə qəsəbə nümayəndəliyinə dəvət olunmuşdur. Lakin vətəndaş qəsəbə nümayndəliyinə gəlmədiyindən sözügedən üznvana baxılması və sorğuda qeyd olunan məlumatların əladə olunması mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə müavif olaraq ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətindədir.(maddə 225.1). Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətindədir. (maddə 225.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Qeyd olunan maddi hüquq normasının mənasına görə göstərilən tələbin qanuni və əsaslı olması üçün şəxsin tələb etdiyi əmlakın onun mülkiyyətində olduğu və hal-hazırda özgəsinin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Məhkəmə mübahisə ilə bağlı qeyd edir ki, tərəflər nikaha daxil olub ailə qurarkən iddiaçı özünə məxsus cehiz əmlakları cavabdehlə birgə yaşadığı mənzilə yerləşdirmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçıya müxtəlif adda qızıl-ziynət əşyaları hədiyyə olunmuşdur. Tərəflər birgə nikahda olduqları müddətdə mebel və məişət əşyaları almışlar. İddia ərizəsində tələb olunan qızıl-zinət, cehiz əşyaları və birgə nikah dövründə alınmış əmlaklar hazırda cavabdehə məxsus evdə mövcud olduğu cavabdeh tərəfindən etiraf edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia həmin əmlaklar hissədə təmin olunmalıdır. Məhkəmə tərəflərin ər-arvad olaraq birgə yaşadıqları dövrdə inşa edilmiş fərdi yaşayış evinin dəyərinin cavabdehdən tələbinə münasibətdə qeyd edir ki, məhkəmə tərəfinən müvafiq orqanlara verilmiş sorğulardan görünür ki, tərəflərin adına rəsmi sənədlər əsasında fərdi yaşayış evi mövcud deyildir. Bu halda iddia həmin hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh boyunbağı 1 ədəd, əyyarı 583, çəkisi 25 qram və ya dəyəri 2250 manat, boyunbağı kolye 1 ədəd, əyyarı 750, 1.5 karat, çəkisi 17 qram və ya dəyəri 2200 manat, üzük nişan 1 ədəd, əyyarı 750, 1 karat, çəkisi 5 qram və ya dəyəri 750 manat, qolbaq 1 ədəd, əyyarı 750, 1 karat, çəkisi 8 qram və ya dəyəri 1050 manat, komplekt 1 ədəd, əyyarı 750, 1 karat, çəkisi 12 qram və ya dəyəri 1600 manat, kulon (quran qabı) 1 ədəd, əyyarı 585, çəkisi 3 qram və ya dəyəri 270 manat, üzük 1 ədəd, əyyarı 583, çəkisi 3 qram və ya dəyəri 270 manat, boyunbağı kulon (ad) 1 ədəd, əyyarı 583, çəkisi 7 qram və ya dəyəri 630 manat, qolbaq 1 ədəd, əyyarı 583, çəkisi 7 qram və ya dəyəri 630 manat təşkil edən qızıl-zinyət əşyaları alınaraq iddiaçıya verilməli, həmçinin, çılçıraq və ya dəyəri 400 manat, servant və ya dəyəri 600 manat, servis dəsti madonna və ya dəyəri 500 manat, çay servisi madonna və ya dəyəri 250 manat, masa və 12 ədəd stul və ya dəyəri 600 manat, divan və kreslo dəst və ya dəyəri 1200 manat, smart televizor və ya dəyəri 700 manat, paltaryuyan və ya dəyəri 700 manat, soyuducu nord və ya dəyəri 800 manat, yorğan 6 ədəd və ya dəyəri 200 manat, balış 6 ədəd və ya dəyəri 200 manat, döşək 4 ədəd və ya dəyəri 150 manat, sputnik antena və ya dəyəri 300 manat, yataq dəsti və ya dəyəri 2500 manat, uşaq kravatı və ya dəyəri 300 manat, bagema dəst 12 rumka və ya dəyəri 300 manat, meyvə qabı 2 ədəd və ya dəyəri 150 manat, kanfet qabı 2 ədəd və ya dəyəri 400 manat, xrustal stəkan 12 ədəd və ya dəyəri 160 manat, nəlbəki 12 ədəd və ya dəyəri 150 manat, xrustal rumka 12 ədəd və ya dəyəri 100 manat, xrustal meyvə qabı 2 ədəd və ya dəyəri 100 manat, xrustal qənd qabı 2 ədəd və ya dəyəri 200 manat, güldan bagema və ya dəyəri 50 manat, tarelka 48 ədəd və ya dəyəri 160 manat, çəngə qaşıq dəsti və ya dəyəri 250 manat, kasturka 3 dəst və ya dəyəri 200 manat, tozsoran və ya dəyəri 250 manat, xalça 2 ədəd və ya dəyəri 300 manat, çuxol 5 dəst və ya dəyəri 350 manat, peçqa və ya dəyəri 150 manat, video və ya dəyəri 180 manat, əl-üz dəsmalları 10 ədəd və ya dəyəri 70 manat, taxt üstlüyü və ya dəyəri 200 manat, divan kreslo üstlüyü və ya dəyəri 200 manat, pərdələr və ya dəyəri 300 manat, karnizlər və ya dəyəri 30 manat, çay dəsmalları və ya dəyəri 30 manat, adyallar 3 ədəd və ya dəyəri 250 manat, televizor altlığı və ya dəyəri 70 manat, ət maşı və ya dəyəri 150 manat, çayniklər və ya dəyəri 30 manat, çaydanlar və ya dəyəri 50 manat, skaterlər 5 ədəd və ya dəyəri 150 manat, çömçə dəsti və ya dəyəri 50 manat, qorapalanlar və ya dəyəri 30 manat, kasalar12 ədəd və ya dəyəri 50 manat, sok stəkanları 24 ədəd və ya dəyəri 30 manat, xrustal külqabı və ya dəyəri 70 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh boyunbağı 1 ədəd, əyyarı 583, çəkisi 25 qram və ya dəyəri 2250 manat, boyunbağı kolye 1 ədəd, əyyarı 750, 1.5 karat, çəkisi 17 qram və ya dəyəri 2200 manat, üzük nişan 1 ədəd, əyyarı 750, 1 karat, çəkisi 5 qram və ya dəyəri 750 manat, qolbaq 1 ədəd, əyyarı 750, 1 karat, çəkisi 8 qram və ya dəyəri 1050 manat, komplekt 1 ədəd, əyyarı 750, 1 karat, çəkisi 12 qram və ya dəyəri 1600 manat, kulon (quran qabı) 1 ədəd, əyyarı 585, çəkisi 3 qram və ya dəyəri 270 manat, üzük 1 ədəd, əyyarı 583, çəkisi 3 qram və ya dəyəri 270 manat, boyunbağı kulon (ad) 1 ədəd, əyyarı 583, çəkisi 7 qram ya dəyəri 630 manat, qolbaq 1 ədəd, əyyarı 583, çəkisi 7 qram və ya dəyəri 630 manat olan qızıl-zinət əşyaları alınaraq İddiaçı verilsin. Cavabdeh çılçıraq və ya dəyəri 400 manat, servant və ya dəyəri 600 manat, servis dəsti madonna və ya dəyəri 500 manat, çay servisi madonna və ya dəyəri 250 manat, masa və 12 ədəd stul və ya dəyəri 600 manat, divan və kreslo dəst və ya dəyəri 1200 manat, smart televizor və ya dəyəri 700 manat, paltaryuyan və ya dəyəri 700 manat, soyuducu nord və ya dəyəri 800 manat, yorğan 6 ədəd və ya dəyəri 200 manat, balış 6 ədəd və ya dəyəri 200 manat, döşək 4 ədəd və ya dəyəri 150 manat, sputnik antena və ya dəyəri 300 manat, yataq dəsti və ya dəyəri 2500 manat, uşaq kravatı və ya dəyəri 300 manat, bagema dəst 12 rumka və ya dəyəri 300 manat, meyvə qabı 2 ədəd və ya dəyəri 150 manat, kanfet qabı 2 ədəd və ya dəyəri 400 manat, xrustal stəkan 12 ədəd və ya dəyəri 160 manat, nəlbəki 12 ədəd və ya dəyəri 150 manat, xrustal rumka 12 ədəd və ya dəyəri 100 manat, xrustal meyvə qabı 2 ədəd və ya dəyəri 100 manat, xrustal qənd qabı 2 ədəd və ya dəyəri 200 manat, güldan bagema və ya dəyəri 50 manat, tarelka 48 ədəd və ya dəyəri 160 manat, çəngə qaşıq dəsti və ya dəyəri 250 manat, kasturka 3 dəst və ya dəyəri 200 manat, tozsoran və ya dəyəri 250 manat, xalça 2 ədəd və ya dəyəri 300 manat, çuxol 5 dəst və ya dəyəri 350 manat, peçqa və ya dəyəri 150 manat, video və ya dəyəri 180 manat, əl-üz dəsmalları 10 ədəd və ya dəyəri 70 manat, taxt üstlüyü və ya dəyəri 200 manat, divan kreslo üstlüyü və ya dəyəri 200 manat, pərdələr və ya dəyəri 300 manat, karnizlər və ya dəyəri 30 manat, çay dəsmalları və ya dəyəri 30 manat, adyallar 3 ədəd və ya dəyəri 250 manat, televizor altlığı və ya dəyəri 70 manat, ət maşı və ya dəyəri 150 manat, çayniklər və ya dəyəri 30 manat, çaydanlar və ya dəyəri 50 manat, skaterlər 5 ədəd və ya dəyəri 150 manat, çömçə dəsti və ya dəyəri 50 manat, qorapalanlar və ya dəyəri 30 manat, kasalar12 ədəd və ya dəyəri 50 manat, sok stəkanları 24 ədəd və ya dəyəri 30 manat, xrustal külqabı və ya dəyəri 70 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2581/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2581/2023
25.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver