Məhkəmə qərarları › İş №2(050)-2585/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2585/2023

17.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2585/2023 17.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi maralı şəxs Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə arasında bağlanmış xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT 014/2023-01529 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər birinə 80 manat olmaqla, üç uşağa görə 240 (iki yüz qırx) manat aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə ailə həyatı qurduğu dövrdə xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X14 adlı üç nəfər övladları olmuşdur. Ayrıldıqdan sonra uşaqlar onun, yəni anaları Ərizəçi yanında saxlanılmışdır. O, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT 014/2023-01529 saylı barışıq sazişi imzalamışdır. Barışıq sazişinə görə cavabdeh tərəf övladları xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər birinə 80 manat olmaqla, üç uşağa görə 240 (iki yüz qırx) manat aliment pulunu ödəmək öhdəliyi götürmüşdür. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT 014/2023-01529 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə icılasında əriənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini qeyd etdi. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, Maraqlı şəxs ilə X2 arasında 07 sentyabr 2012-ci il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində 392 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Əliyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X8 11 oktyabr 2012-ci ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X11 17 yanvar 2015-ci ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X14 11 noyabr 2018-ci ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan 21 iyun 2023-cü il tarixli, MŞL/MT 014/2023-01529 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) Ərizəçi (ikinci tərəf) Maraqlı şəxsdur. İkinci tərəf Maraqlı şəxs oğlıı bu sazişi imzaladıqdan sonra xx.xx.2012 -ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər birisinə 80 manat olmaqla, üç uşağa görə 240 (iki yüz qırx) manat aliment pulunu ödəməsinə öhdəlik götürmüşdür. Alimentin köçürülməsi hər ayın 01də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur.Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 07 iyul 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 21 iyun 2023-cü il tarixli, MŞL/MT 014/2023-01529 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 iyul 2023-cü ildən başlayaraq Maraqlı şəxs 11 oktyabr 2012-ci il təvəllüdlü X5m, 17 yanvar 2015-ci il təvəllüdlü X6 və 11 noyabr 2018-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar