Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2598/2025 25.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə Ərizəçi mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə 07 iyul 2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2025- 00757 saylı barışıq sazişinin təsdiq edilməsi, 09 sentyabr 2007-ci il təvəlüdlü X2 və 30 avqust 2015-ci il təvəllüdlü X3 adlı uşaqların saxlanılması üçün hər uşağa görə 100 manat, iki uşağa görə 200 manat alimentin alınması və alimentin tutulmasının 2025-ci ilin yanvar ayının 01-dən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə el adəti qaydasında ailə qurmuşdur. Nikahlarını rəsmi qeyd etdirsələr də, sonradan ayrılmışlar. Birgə yaşadıqları müddətdə 09 sentyabr 2007-ci il təvəllüdlü X2 və 30 avqust 2015-ci il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Maraqlı şəxs uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Maraqlı şəxs ilə 07 iyul 2025-ci il tarixdə mediasiya prosesində MŞL/MT014/2025-00757 saylı barışıq sazişi imzalamışlar, cavabdeh işləyir, aylıq gəliri olduğundan barışıq sazişi bağladıqları vaxt belə razılığa gəlmişlər ki, Maraqlı şəxs iki nəfər uşağın saxlanılması üçün hər ay qazancından bir nəfər uşağa görə 100 manat, iki uşağa görə 200 manat ona aliment ödəyəcəkdir. Eyni zamanda alimentin hesablanması 2025-ci ilin yanvar ayının 01-dən başlanmasına razılaşlar və Maraqlı şəxs orda belə öhdəlik götürmüş ki, yanvar ayının 01-dən iyul ayının 01-dək yığılmış aliment məbləğini iyulun 10-dək ona ödəməlidir. Lakin həmin tarixin keçməsinə baxmayaraq Maraqlı şəxs sazişi icra etməkdən yayınır və əgər o, borcu verməyibsə heç aylıq öhdəlik götürdüyü alimenti ona verməyəcəkdir. Odur ki, Maraqlı şəxs ilə 07 iyul 2025-ci ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2025-00757 saylı barışıq sazişinin təsdiq edilməsi, 09 sentyabr 2007-ci il təvəllüdlü X2 və 30 avqust 2015-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 100 manat, iki uşağa görə 200 manat alimentin və alimentin tutulmasının 2025-ci ilin yanvar ayının 01-dən hesablanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: MŞL/MT014/2025/MŞL-00757 saylı 07 iyul 2025-ci il tarixli barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X4 bu sazişi imzaladıqdan sonra birgə nikahdan anadan olmuş 09 sentyabr 2007-ci il təvəllüdlü X2 və 30 avqust 2015-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlaması üçün həy ay bir uşağa görə 100 manat, iki uşağa görə cəmi 200 manat alimenti anası Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ödəməsinə öhdəlik götürür; Alimentin hesablanması 2025-ci ilin yanvar ayının 01-dən başlanılmasına razılaşdılar, aliment pulu hər ayın 01-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəyəcəkdir; İkinci tərəf Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X4 bu sazişi imzalamaqla 2025-ci ilin yanvar ayının 01-dən 2025-ci ilin iyul ayının 01-nə kimi borclu qaldığı pulu 10 iyul 2025-ci ildə Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ödəməsinə öhdəlik götürür; Tərəflər bu sazişi imzalamaqla bəyan edirlər ki, Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X1 2025-ci ilin yanvar ayının 01-dən 2025-ci ilin iyul ayının 01-nə kimi borclu qaldığı pulu 10 iyul 2025-ci ildə ödəməməsi saziş üzrə ümumi öhdəliyin pozulması kimi razılaşırlar. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat cəmi 200 (iki yüz) manat məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 07 iyul 2025-ci il tarixli, MŞL/MT014/2025/MŞL-00757 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “ikinci tərəf Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X4 bu sazişi imzaladıqdan sonra birgə nikahdan anadan olmuş 09 sentyabr 2007-ci il təvəllüdlü X2 və 30 avqust 2015-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlaması üçün həy ay bir uşağa görə 100 manat, iki uşağa görə cəmi 200 manat alimenti anası Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ödəməsinə öhdəlik götürür” hissəsində təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 07 iyul 2025-ci il tarixli, MŞL/MT014/2025/MŞL-00757 nömrəli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “ikinci tərəf Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X4 bu sazişi imzaladıqdan sonra birgə nikahdan anadan olmuş 09 sentyabr 2007-ci il təvəllüdlü X2 və 30 avqust 2015-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlaması üçün həy ay bir uşağa görə 100 manat, iki uşağa görə cəmi 200 manat alimenti anası Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ödəməsinə öhdəlik götürür.” Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №2(050)-2598/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2598/2025
25.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver