Məhkəmə qərarları › İş №2(050)-2611/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2611/2024

06.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2611/2024 06.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 27 iyun 2024-cü il tarixdə mediasiya prosesində bağladıqları MŞL/MT014/2024-00927 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs uşaqları-10 sentyabr 2016-cı il təvəllüdlü X2 və 09 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa görə 80 manat, iki uşağa görə 160 manat alimentin onun xeyrinə aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə el adəti qaydasında ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2016-cı üdə X4 və xx.xx.2019-cu ildə X3 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Elşən uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılamadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Elşən ilə xx.xx.2024-cü ildə mediasiya prosesində MŞL/MT014/2024-00927 saylı barışıq sazişi imzalamışlar. Cavabdeh işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt razılaşmışlar ki, Maraqlı şəxs iki nəfər uşaqın saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, iki uşağa görə cəmi 160 manat alimenti ona ödəyəcəkdir. Lakin Maraqlı şəxs ilə barışıq sazişini imzaladıqları vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2024-ci ildə mediasiya prosesində MŞL/MT014/2024-00927 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs iki nəfər uşaqın saxlanılması hər ay hər bir uşağa görə 80 manat, iki uşağa görə 160 manat alimentin alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: MŞL/MT014/2024-00927 saylı, 27 iyun 2024-cü il tarixli barışıq sazişində göstərilir ki, Maraqlı şəxs bu sazişi imzalamaqla Ərizəçi ilə birgə nikahdan olan uşaqları, 10 sentyabr 2016-cı il təvəllüdlü X2 və 09 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 80 manat, cəmi 160 manat məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Doğum haqqında şəhadətnamələrdən və şəxsiyyət vəsiqələrindən görünür ki, 10 sentyabr 2016-cı ildə X4, 09 dekabr 2019-cu ildə X3 anadan olmuşdur. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən görünür ki, 10 sentyabr 2016-cı il təvəllüdlü X2 və 09 dekabr 2019-cu il təvəllüdlü X1 atası Maraqlı şəxsdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün 160 manat aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 24 iyul 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. MŞL/MT014/2024-00927 saylı, 27 iyun 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. 10 sentyabr 2016-cı il təvəllüdlü X2 və 09 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 80 manat, cəmi 160 manat pul məbləğində aliment Maraqlı şəxs alınaraq, Ərizəçi ödənilsin. Alimentin tutulması 24 iyul 2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar